"Torpağın
oyanışı"
Nəsimi rayon icra hakimiyyətinin
təşkilatçılığı ilə
aztəminatlı ailələr üçün Novruz
bayramı keçirildi
Novruz bayramı ilə əlaqədar respublikamızda və ölkəmizin hüdudlarından
kənarda silsilə tədbirlər keçirilir.
Nəsimi rayon icra hakimiyyətinin Novruz bayramı ilə bağlı silsilə tədbirlər planı hazırlanmışdır.
Belə tədbirlərdən
biri də dünən rayonun Səməd Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən
parkda keçirilib.
"Torpağın oyanışı"
mövzusunda keçirilən
tədbirdə çıxış
edən Nəsimi rayon icra hakimiyyətinin
başçısı Nəsib
Məhəməliyev bütün
ictimaiyyəti xalqımızın
əziz bayramı - Novruz bayramı münasibəti ilə təbrik etdi.
N.Məhəməliyev
bildirdi ki, 2009-cu ildən Novruz bayramı YUNESKO tərəfindən
qeyri-maddi, mədəni
irs siyahısına daxil edilib. Həmçinin,
BMT Baş Assambleyasının
builki sessiyasının
iclasında mart ayının 21-i "Beynəlxalq
Novruz Günü"
elan edilib. "Hər bir xalqın
milli-mənəvi dəyərlərini
şərtləndirən dil,
din və adət-ənənə onun
mənəvi aləminin
formalaşmasına həlledici
təsir göstərən
amillərdəndir. Hər
hansı bir ölkədə xalqın
milli-mənəvi dəyərlərinin
qorunması və mədəniyyətinin inkişaf
etdirilməsi vətəndaşların
milli birliyinin təmin olunmasına xidmət edir. Hər xalqın öz adət-ənənəsi
var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi
dəyərlərimizlə, öz dini dəyərlərimizlə,
adət-ənənələrimizlə fəxr edirik" fikrini söləyən Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi dövrlərdə
həmişə xalqımızın
milli-mənəvi dəyərlərinin
qorunmasına, milli mədəniyyətimizin
inkişafına, xalqın
adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır".
N.Məhəməliyev onu da vurğuladı ki, eyni zamanda,
Ulu Öndər gənclərimizi xalqımızın
milli-mənəvi dəyərləri,
milli əxlaq prinsipləri əsasında
tərbiyə etməyi
tövsiyə edirdi. Bu baxımdan, Ulu Öndər gənclərimizin milli-mənəvi
dəyərlər əsasında
tərbiyələndirilməsindən bəhs edərək demişdir: "Biz
öz milli-mənəvi
dəyərlərimizi, adət-ənənələrimizi,
əxlaqi dəyərlərimizi
bütün istiqamətlərdə
qorumalıyıq, saxlamalıyıq
və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş
bu mənəvi-əxlaqi
dəyərlər ruhunda
tərbiyələndirməliyik".
Bayram tədbirində digər çıxış edənlər
bütün Azərbaycan
xalqını təbrik
etdilər. Ölkəmizdə
əmin-amanlığın, ruzi-bərəkətin bol
olmasını, soydaşlarımızın
öz doğma yerlərinə qayıtmasını
arzuladılar.
Tədbirin sonunda həm iştirakçılara,
həm də rayon ərazisində yaşayan 500 nəfərdən
çox şəhid,
əlil və aztəminatlı ailəyə
bayram sovqatı verildi.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 18 mart.- S. 9.