Milli qəhrəmanlar
daim ürəklərdə
yaşayacaq
YAP Yasamal rayon təşkilatında 1995-ci ilin 13-17 mart
hadisələrində şəhid olan milli
qəhrəmanların anım tədbiri keçirildi
Dünən
YAP Yasamal rayon təşkilatının qərargahında
Milli Qəhrəmanlar
İnformasiya Mərkəzinin sədri və "Milli Qəhrəman" qəzetinin
baş redaktoru Mirbəşir Seyidzadənin
təşkilatçılığı ilə Azərbaycanın şəhid milli qəhrəmanların - Xasiyev
Samir Zirəddin oğlu və Xəlilov Eldar Xəlil oğlunun anım gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə
dövlət və hökumət nümayəndələri,
elm və ictimaiyyət xadimləri, gənc fəallar və KİV təmsilçiləri,
eyni zamanda milli qəhrəmanların
ailələri iştirak
edib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının
sədri Fikrət İsmayılov qeyd etdi ki, hazırda
anım günü olmasına baxmayaraq, eyni zamanda, Azərbaycan
xalqı əziz bayram ərəfəsini yaşamaqdadır. Lakin Azərbaycan xalqının
bu gün firavan yaşaması üçün canlarından
keçən igidlərimiz
var:"Bizim xalqımız çox müsibətlər çəkib.
Azərbaycanda Səfəvilər
dövləti süquta
uğradıqdan sonra xalqımız
400 il fars, 300 il rus əsarətində
yaşamışdır. Ancaq
qeyrətli oğul və qızlarımız
daim müstəqillik və azadlıq uğrunda canlarından keçməyə hazır
olublar. Çünki bizim xalqımızda üç dəyərli məfhum ən çox önəm kəsb edən amillərdəndir. Onlardan
biri ana, biri vətən, biri də millətdir.
Bugünkü tədbirimizdəki
məqsədimiz də
indiki gənclərə
bu cür qəhrəmanlıqları aşılamaqdan
ibarətdir. Adları
çəkilən hər
iki övladımız
vətənin müstəqilliyi
uğrunda canlarından
keçiblər. Onların
valideynləri isə əsla bundan qəhərlənməməlidirlər. Əksinə, qürur duymalıdılar. Çünki
ən yüksək şərəf şəhidlik
zirvəsidir və Samirlə Eldar bu zirvəni fəth ediblər".
Fikrət İsmayılov onun da vurğuladı
ki, məhz Ulu Öndərimizin qətiyyətli və iradəli siyasəti, müdriklik addımları
sayəsində xalqımız
öz müstəqilliyini
qoruyub-saxlamağa müvəffəq
oldu. Bu yolda şəhid olan hər iki
övladımıza, Samir
Xasıyevə və Eldar Xəlilovu milli qəhrəman adı ilə təltif etdi.
Sonra tədbirin təşkilatçısı, YAP Yasamal rayon ilk
partiya təşkilatının
sədri Mirbəşir
Seyidzadə çıxış
etdi. O da
öz çıxışında
şəhidlərimizə Allahdan
rəhmət dilədi:
"Əgər bu şəhidlərimiz yaşasaydılar,
əminliklə deyə
bilərəm ki, onlar Azərbaycana daha çox xeyir verə, ölkəmizin inkişafı
naminə bütün
zəhmətlərə qatlaşa
biləcək qürurlu
vətəndaş ola
bilərdilər.Onların
valideynləri öz övladları ilə qürur və şərəf hissi keçirməlidirlər. Mən
inanıram ki, Azərbaycanda minlərlə
belə oğul və qızlarımız
var və onlar da vətən
uğrunda hər an canlarından keçməyə hazırdırlar".
Sonra YAP Yasamal rayon təşkilatının
idarə heyətinin sədri, Biznes Universitetinin rektoru İbad Abbasov da, xüsusilə, vurğuladı ki, Azərbaycanın 22 min şəhidi var və onların hər biri insanların
ürəklərində əziz
xatirə kimi yad edilirlər: "Onlardan ikisinin bugünkü anım tədbiri, eyni zamanda, bütün şəhidlərimzin anımı
kimi qəbul edilə bilər. Onların valideynləri ən ali hörmətə
layiq olan insanlardırlar. Allah bütün şəhidlərimizə
rəhmət eləsin".
Daha sonra Ədliyyə Nazirliyində
Ədliyyə Akademiyasının
rəhbəri İlham
Abbasov və digərləri də öz çıxışlarında
Samir və Eldar kimi qəhrəmanların
unudulmayacağını bildirdilər.
Tədbirin sonunda Mirbəşir Seyidzadə
Azərbaycanın milli
qəhrəmanları Xasıyev
Samir Zirəddin oğlunun və Xəlilov Eldar Xəlil oğlunun valideynlərinə onların
şəkilləri həkk
olunmuş portretlərini
təqdim etdi.
RÖVŞƏN RƏSULOV
Səs.- 2011.- 18 mart.- S. 9.