Cəlilabad rayonu Uzuntəpə kəndində
orta əsrlərə
aid abidə aşkarlanıb
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə, Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində orta əsrlərə aid yaşayış məskəni, abidə aşkar edilib. Abidə Ələt-Astara magistral yolunun 260-cı km-də, Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində yerləşir. Yaşayış
yeri Uzuntəpə kəndindən 2 km şimalda, əkin və otlaq sahələrinin
arasındadır. Cənub-qərb
tərəfindən böyük
arx, şimal-şərq
tərəfindən kanal
keçir. Abidənin
Qoşatəpə adlanması
eyni yerdə bir-birinə yaxın iki təpənin olması ilə bağlıdır.
Yaşayış yerindən
biri sahəsi təqribən 1,5 ha olan ərazini əhatə edir. Abidənin tən yarı hissəsi dəmyə əkin sahəsinə çevrilmiş,
digər hissəsi də təsərrüfat
üçün münbit
torpaq kimi dağıdılaraq götürülür.
Yaşayış yerinin
dağıdılmış hissəsinin en kəsiyində mədəni
təbəqə aydın
müşahidə edilir.
Belə ki, qırmızı rəngli
yanmış təndir
və yaxud kül qatışıqlı
ocaq izləri, təsərrüfat quyuları,
heyvan sümükləri
ətrafa səpələnmişdir.
Yaşayış yerinin
üstü bütünlüklə
orta əsrin şirli və şirsiz saxsı məmulatı ilə örtülüdür. Yerüstü
materiallar qismində çoxlu sayda saxsı məmulatları götürülmüşdür. Təsərrüfat işləri
zamanı yaşayış
məskəninin ərazisindən
içərisində sikkələr
olan küp aşkar edilmişdir. Aşkar edilmiş dəfinədən 26 ədəd
mis sikkə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna təqdim edilmişdir. Sikkələr Atabəylər
dövrünə aid edilir.
Uzuntəpə kəndinin içərisində
də kurqan və yaşayış məskənlərinə rast
gəlinir. Dəmir dövrünə aid bu kurqanların üzərində orta əsrlərə aid yaşayış məskəninin
izləri var. Kurqanın üzərində
orta əsrin müdafiə qurğularının
qalıqları indi də nəzərə çarpır. Hündür
təpələrin ətrafında
qədim xəndəyin
izləri müşahidə
edilir. XIX əsrin əvvəllərində bu
ərazidə məskunlaşmış
ruslar təpələrin
ətrafında qəbiristanlıq
salmış və bu qəbirlər indiyədək qalmaqdadır.
Qeyd edək ki, yerüstü materiallar qismində abidələrin XI-XIII əsrlərə
aid olduğu güman edilir. Abidənin mühafizəsi
üçün Mədəniyyət
və Turizm Nazirliyinə rəsmi məlumat verilib
Zümrüd
Səs.- 2011.- 18 mart.- S. 12.