"Teleskop" tragikomediyası əsasında yeni tamaşanın məşqləri başlanılıb

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin "Teleskop" tragikomediyası əsasında yeni tamaşanın məşqləri başlanılıb. ADAMDT-nin mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Finlandiyada yaşayan həmvətənimiz Kamran Şahmərdandır. Qeyd edək ki, K.Şahmərdan 1972-ci ildə Bakıda anadan olmuşdur. Uşaq yaşlarında rejissor Gülbəniz Əzimzadənin "Qaladan tapılan mücrü" filmində baş rolu ifa etmişdir. Daha sonra bir sıra ekran əsərlərində çəkilmişdir. Stokholm İncəsənət Akademiyasını bitirmiş, Sankt-Peterburqda kukla teatrı rejissurası üzrə ikiillik kurs keçmişdir. UNİMA - Beynəlxalq Kukla Teatrları Assosiasiyasının üzvüdür. 1994-cü ildə AzTV-də çalışmış, burada S.Bekketin "Oyun" əsəri əsasında teletamaşa hazırlamışdır. Azərbaycanlı rejissor 1999-cu ildən Finlandiyada yaşayır fəaliyyətini davam etdirir. 2003-cü ildə Finlandiyanın İmatra şəhərində sinkretik Qara Teatrını yaratmışdır. Bu teatrda "Balaca şahzadə", "Kamenqonun nəğməsi", "Qağayı", "Cənnət", "Klassik futbol", "Şirlər əjdahalar", "Səhrada qadın", "Qara " tamaşalarına quruluş vermişdir.

Kamran Şahmərdan Bakının müxtəlif teatrları ilə əməkdaşlıq edir. O, "Yuğ" Dövlət Teatrında Kobe Abenin "Səhrada qadın", İbrus Teatrında Jan Koktonun "Tənha səs", Rus Dram Teatrında Jan Anuyun "Torağay" Elçinin "Cəhənnəm kirayənişinləri", Kukla Teatrında "Qara " tamaşalarını səhnələşdirmişdir. O, Finlandiyada 2004-cü ildən etibarən hər il keçirilən Cənubi Kareliya Beynəlxalq Qara Teatr Festivalının təşkilatçısı bədii rəhbəridir. "Teleskop" tamaşasına tərtibat vermək üçün məşhur səhnəqraf Eduard Koçerqin dəvət olunmuşdur. Çox maraqlı həyat tarixçəsi olan Eduard Koçerqin Rusiyanın xalq rəssamı, Rusiya İncəsənət Akademiyasının həqiqi üzvü, dövlət mükafatları laureatıdır. Tamaşanın geyim üzrə rəssamı Eduard Koçerqinin həyat yoldaşı Anna Koçerqinadır.

 

 

Zümrüd

 

Səs.- 2011.- 18 mart.- S. 12.