Yeni Azərbaycan Partiyası hümanizm prinsiplərini daim yüksək tutur

 

YAP Gənclər Birliyi Novruz bayramı ilə bağlı Bakı rayonlarındakı aztəminatlı ailələrə bayram sovqatı paylayıb

 

Dünən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Novruz bayramı münasibətilə Bakı paytaxtətrafı rayonlardakı aztəminatlı, kimsəsiz, əlil, şəhid ailələrinin bir qrupuna bayram sovqatı aparıb. Novruz bayramı münasibəti ilə bu qəbildən olan ailələrə bayram sovqatlarının paylanmasında Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov, İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov gənclər birliyin üzvləri iştirak ediblər.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov həyata keçirilən bu humanizm aksiyasının artıq partiyamız tərəfindən ənənəvi olaraq davam etdirildiyini bildirdi. Qeyd etdi ki, bayram sovqatı Bakı paytaxətrafı rayonlarda yaşayan 60-a yaxın ailə üçün nəzərdə tutulub. Onun sözlərinə görə, bayram zənbilində yağ, qənd, çay, düyü, ət, toyuq əti, meyvə digər qida məhsulları var.

"Dövlətimiz hər zaman sosial layihələri daha öndə tutub biz Yeni Azərbaycan Partiyası Gənclər Birliyi olaraq aparılan siyasətə dəstək olaraq sosial yönümlü fəaliyyətimizi artırırıq. Burada əsas məqsədimiz odur ki, partiya olaraq kimlərəsə müəyyən dərəcədə faydamız toxunsun. Bu aksiya Bakının bütün rayonlarını əhatə edəcək. Kimin ən çox ehtiyacı varsa, onlara kömək etməyi nəzərdə tutmuşuq. Dövlət hər zaman kimsəsiz, aztəminatlı ailələlərə öz qayğısını göstərir. Biz partiya gəncləri olaraq buna dəstək üçün bayram aksiyasını həyata keçiririk. Növbəti ildən isə bayram ərəfəsində belə aksiyaları bölgələrdə təşkil etməyi orada yaşayan ailələri sevindirməyi nəzərdə tuturuq", - deyə S.Orucov əlavə edib.

İlk öncə YAP-ın Mərkəzi Qərargahında Binəqədi rayonundan olan kimsəsiz ailələrə bayram sovqatları təqdim olunub. Daha sonra isə digər rayonlar üzrə ailələrə sovqatların paylanmasına başlanıb.

YAP Gənclər Birliyi Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan Arzu Əzizovaya bayramı sovqatını onun öz evində təqdim etdi. YAP Sabnçu rayon təşkilatının Gənclər Birlyinin sədri Rəşad Abasəliyev A.Əziovanı milli bayramımız olan Novruz bayramı münasibəti ilə təbrik edərək, ənənəvi olaraq partiyamızın həyata keçirdiyi bu cür hümanist prinsiplərin məhz aztəminatlı ailələr tərəfindən yüksək qiymətə layiq görüldüyünü bildirdi.

A.Əzizova da, önun ailəsinə göstərilən bu cür yardıma görə təşəkkürlərini çatdırdı. Qeyd etdi YAP həmişə onun ailəsinin sosial durumunu nəzərə alaraq onlara daima diqqət qayğı göstərib.

YAP Gənclər Birliyi tərəfindən bayram sovqatı ilə evində təbrik olunan Sabunçu rayon Balaxanı qəsəbə sakini Leyla İsayeva YAP-ın onlara ənənəvi formada yardımlar etdiyini sosial problemlərinin həllində köməkliklər etdiyini diqqətə çatdırdı. L.İsayeva YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyevanın onun ailəsi ilə yaxından maraqlandığını öz diqqətini əsirgəmədiyini söylədi.

Sabunçu rayon Sabunçu qəsəbəsində yaşayan Rəhilə Əliyeva da YAP Gənclər Birliyinin Novruz bayramı sovqatı alan ailələri sırasında idi. R.Əliyeva YAP rəhbərliyinin onlara diqqət göstərdiyini sosial məsələlərinin həllində yaxından köməkliklər etdiklərini bildirdi.

YAP-ın bayram sovqatı ilə təbrik olunan Sabunçu rayon Bakıxanov qəsəbəsində yaşayan Əzim Ömərov da, dövlətimizin onları hər zaman diqqətdə saxladığını həmişə yardımlar edildiyini bildirdi. Qeyd etdiki, YAP-la yanaşı Sabunçu rayon icra hakimiyyəti tərəfindən , onların sosial digər məsələlərinin həlli üçün köməkliklər edilib.

Suraxanı rayon Qaraçuxur qəsəbəsində yaşayan gözdən əlil Ülkər Atəş YAP Gənclər Birliyinin bayram sovqatı ilə təbrik edildi. Ü.Atəşini öz evində YAP gəncləri adından təbrik edən Rəşad Abasəliyev ölkəmizdə aztəminatlı, şəhid ailələrə, yardımların edildiyini bildirdi. Qeyd etdi YAP Gənclərinin bu hümanist aksiyada yaxından iştirak etməsi xüsusi əhəmiyyət malikdir. Ona görə , YAP-ın Gənclər Birliyi aztəminatlı ailələrə gedərək, onları təbrik etməsi təqdirəlayiq bir haldır.

 

 

Tapdıq Qurbanlı

 

Səs.- 2011.- 19 mart.- S. 3.