YAP Gənclər
Birliyi Novruz bayramı münasibəti
ilə xeyriyyəçilik
aksiyası keçirdi
Bu aksiyada Nərimanov rayon ərazisində yaşayan
60-a yaxın imkansız ailələrə bayram sovqatları
paylanıldı
Dünən YAP Gənclər
Birliyinin təşkilatçılığı
ilə Novruz bayramı münasibəti
ilə Bakı və paytaxtətrafı rayonlarda yaşayan 60-a yaxın aztəminatlı ailələrə bayram sovqatları paylanıldı.
YAP Gənclər Birliyinin
sədri Seymur Orucov jurnalistlərə müsahibəsində bildirdi
ki, Azərbaycan dövləti hər zaman sosial layihələri
daha öndə tutub və biz
də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi aparılan siyasətə dəstək olaraq sosial yönümlü fəaliyyətimizi daha geniş şəkildə davam etdiririk:
"Əsas məqsədimiz
aparıcı partiya olaraq insanlara diqqət və qayğı ilə yanaşmaqdır. Keçirdiyimiz
bu aksiya Bakının bütün
rayonlarını əhatə
edəcək. Kimin ən çox ehtiyacı varsa, onlara kömək etməyi nəzərdə
tutmuşuq. Azərbaycan
dövləti hər zaman kimsəsiz, aztəminatlı ailələrə
qayğı ilə yanaşır. Biz də hakim partiyanın gəncləri olaraq buna dəstək üçün bayram tədbirini həyata keçiririk. Bu, bizim ənənəvi xarakter alan tədbirlərimizdəndir.
Növbəti ildən
isə bayram ərəfəsində belə
tədbirlərin bölgələrdə
də təşkil etməyi və orada yaşayan aztəminatlı ailələri
də sevindirməyi nəzərdə tuturuq".
Bayram sovqatı ilk olaraq YAP-ın
Mərkəzi Qərargahında
Binəqədi rayonundan
olan kimsəsiz ailələrə təqdim
edildi. Daha sonra isə Bakının digər rayonları üzrə ailələrə sovqatlar
qrup halında təyin edilmiş şəkildə paylanılmağa
başlanıldı.
YAP Gənclər Birliyi
tərəfindən həyata
keçirilən aksiyada
Nərimanov rayon ərazisində yaşayan
kimsəsiz, tənha sakinlərə bayram sovqatları YAP-ın Nərimanov rayon təşkilatının sədri
və üzvləri, eləcə də, KİV
nümayəndələrinin iştirakı ilə paylanıldı. Sovqatlar Əhalinin Sosial Müdafiə Mərkəzi
sosial məişət
sektoru tərəfindən
qeydiyyata alınan kimsəsizlərə təqdim
olundu.
Nərimanov rayonunun 6 sakininə - Ofeliya Hacıyevaya, Əhəd Məhərrəmova, Ənvər
Məmmədova, Suğra
Rzayevaya, İsrafil Şabanova, Məmməd Ələkbərova təqdim
olunan sovqatlar onların ikiqat bayram sevinci yaşamasına səbəb
oldu. Gənclərin belə bir xeyriyyəçilik
missiyası ilə çıxış etmələri
Azərbaycan gəncliyinin
yüksək dəyərləri
özlərində yaşatmaları
ilə ifadə etdilər. Hər bir sakinin qəlbi
bu sevincli günü onlara bəxş etdiklərindən,
fərəhli idi.
O.Hacıyeva bu
bayram günündə
kimsəsiz qadın olaraq sovqatla qapısını döyülməsindən
nə qədər sevincli anlar yaşadığını bildirdi.
40 il L.Şmit adına Maşınqyıma
zavodunda çalışan
xanım uzun illər ictimai fəaliyyətdə olmuşdur.
Belə ki, o, vaxtilə Nərimanov rayon qadınlar şurasının
sədri, Respublika qadınlar şurasının
üzvü olmuş, sədaqətlə vətənə
xidmət göstərmişdir.
O, yaşının bu
vaxtında anılaraq
ona qayğı ilə yanaşılmasını
həyatının ən
xoş anı kimi dəyərləndirdi.
Bu gün sizin gəlişiniz mənim üçün toy-bayramdır - deyən Ofeliya xanım dövlətimizdə hökm
sürən əmin-amanlıqdan
razılığını bildirdi. O, ölkə Prezidenti İlham Əliyevə, yaradılan mövcud şəraitə görə,
minnətdarlığını bildirdi: "Biz kimsəsiz qocalara YAP Gənclər Təşkilatı
tərəfindən belə
diqqət göstərildiyinə
görə, təşəkkür
edirəm."
Kimsəsiz qocalar onlara təkcə bayram günləri deyil, eləcə də, adi günlərdə də Yeni Azərbaycan
Partiyasının rəhbərliyi
tərəfindən gündəlik
qayğılarına qaldıqlarını,
sosial-məişət məslələrini
həllində köməklik
göstərildiyinə görə
minnətdar olduqların
söylədilər. Milli
adət-ənələrimizə uyğun olaraq, belə bir gündə
kimsəsizlərin qonağına
çevrilmək, bayram
sovqatı ilə qapısını döymək
insanlığın ən
yüksək nöqtəsi
olaraq qiymətləndirildi.
Murad İSMAYILZADƏ,
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2011.- 19 mart.- S. 3.