Novruz - yeni il, yeni arzular
bayramıdır
Qloballaşma dövründə Azərbaycan
xalqının adət-ənənələri,
milli-mənəvi dəyərləri beynəlxalq
səviyyədə təbliğ olunur
Dövlətin
milli-mənəvi dəyərlərimizə olan
münasibəti onun prioritet istiqamələrdən biri olaraq
qarşıya qoyduğu məsələlərdəndir. Müstəqil
Azərbaycan dövlətinin mədəniyyət siyasəti,
islami dəyərlərə yeni prizmadan baxış kimi
meyilləri ictimai düşüncənin formalaşmasında
özünü göstərir. Bu
amillər zaman-məkan kontekstində həllini tapmaqdadır.
Dünyada gedən qloballaşma və inteqrasiya
prosesində ölkəmiz uğurlu gələcəyi
təmin etmək üçün tarixi köklərimizə
söykənir. Azərbaycan dövləti
tərəfindən qarşıya qoyulan siyasət
özündə bu və digər məsələləri
ehtiva edir.
Azərbaycan Prezidenti
cənab İlham Əliyevin apardığı
məqsədyönlü siyasəti və xalqa
göstərdiyi yüksək qayğısı Azərbaycan
milli-mənəvi dəyərlərinin qorunması və
beynəlxalq səviyyədə təbliği
məqsədinə istiqamətlənmişdir. Xalqın etnik tarixi inkişafı bir çox maddi
və mənəvi amillərlə tənzimlənən
mürəkkəb bir prossesdir. Son
illərdə Azərbaycanın milli-mənəvi
mədəniyyətinin tarixi mənzərəsinə
nəzər salaraq, onun əsas inkişaf vasitələrini
üzə çıxarmağa çalışsaq, hər
şeydən əvvəl, mövcud amillərin rol
oynadığını görərik.
Dünya
xalqları arasında milli-mənəvi dəyərləri
ilə tanınan Azərbaycan xalqı yaşatdığı
və təbliğ etdiyi bəşəri ideyaları,
adət-ənənələri, milli xüsusiyyətləri
ilə özünəməxsus yer tutub. Uzun illər
aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim
köklərə malik Azərbaycan əsrlər boyu maddi
və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir.
Bu zəngin irsdə xalqın
soykökünə bağlı olan
adət-ənənələr yaşayaraq əsrimizə, yeni
yüzilliyə qədər gəlib çatmışdır.
Xalqın toy-büsat mərasimi, bayram
adət-ənənələri, Novruz mərasimləri, yas
mərasimləri onun milli-mənəvi dəyərlərini
özündə yaşadır.
Təbii ki, islam
dininin də mənəvi dəyərlərimizin
inkişafındakı rolunu qeyd etmək vacibdir. İslam dini
təmizlik, düzlük, insanlıq, kimi bəşəri, ali hissləri tərbiyə edən
dəyərdir. Bütün bunların
kontekstində Azərbaycan vətəndaşının
varlığı göstərilir. Uzun illərin yolu
və əsrlərin, qərinələrin sorağı bizi bu
ənənələrə bağlamış,
dövrümüzə körpü salmışdır. Müasir insanın formalaşması və
özünü təsdiqi, məhz milli-mənəvi
dəyərlərin aşılanması prosesi ilə
bağlıdır.
Bütün
həyatını Azərbaycan xalqının rifahına
və çiçəklənməsinə sərf etmiş
Ümummilli Liderimiz, Ulu Öndərimiz Heydər Əliyevin
sovet hakimiyyəti illərində Azərbaycana birinci rəhbərliyi
dövründə xalqımızın yaddaşında
özünə yuva qurmuş Novruz bayramı
milli-mənəvi xüsusiyyətləri və
dəyərləri özündə əks etdirməklə,
dövlət səviyyəsində qeyd edilmiş, bununla da
imperiyanın sərt qadağalarına baxmayaraq, milli
bayramımız qorunaraq, nəsillərdən-nəsillərə
ötürülməklə saxlanılmışdır. Azərbaycan
xalqı müstəqillik əldə etdikdən sonra,
xalqın təkidi və tələbi ilə hakimiyyətə
qayıdan Ümummilli Liderimiz, Ulu Öndərimiz Heydər
Əliyevin bilavasitə səyləri nəticəsində
Novruz bayramı dövlət bayramı elan olunmuş,
şəxsən Onun iştirakı ilə milli
bayramımız ümumxalq şənlikləri
çərçivəsində yüksək təmtəraqla
qeyd edilmişdir.
Ümummilli Liderimiz Heydər
Əliyevin adət-ənənələrimizin və
milli-mənəvi dəyərlərimizin qorunması
sahəsində fəaliyyətini uğurla davam etdirən
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin göstərişi və
tapşırığı əsasında hər il
dövlət və milli bayramlarımız, xüsusilə,
Novruz bayramımız ildən-ilə daha yüksək
təmtəraqla qeyd edilərək, xalqımızın
silinməz yaddaşına həkk olunmaqdadır.
Ümummilli
Lider Heydər Əliyevin ideyalarının qorunması və
davam etdirilməsində rolu olan Heydər Əliyev Fondunun da bu
istiqamətdəki məqsədyönlü fəaliyyətini
qeyd etməliyik. Fondun sədri YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban xanım
Əliyevanın təşəbbüsü və
dəstəyi Azərbaycanın milli-mənəvi
dəyərlərinin dünyaya inteqrasiya olunmasında
böyük əhəmiyyətə malikdir. Heydər
Əliyev Fondu ölkənin mədəni tərəqqisi, sivil
dünya birliyinə inteqrasiyası, xalqın maddi
rifahının yaxşılaşması naminə Ümumilli
Liderin zəngin irsindən bəhrələnərək, bu
işə xidmət edən genişmiqyaslı proqram və
layihələrin reallaşmasına nail olur. Azərbaycanın
məxsusi dəyərlərinin geniş təbliği,
sağlam mənəvi dəyərlərin qorunması ilə
bağlı planlı işlər həyata keçirir.
Azərbaycanın
beynəlxalq nüfuzunun artırılması ilə
bağlı tədbirlərin həyata
keçirilməsinə yardım göstərən fond dini
tolerantlığın bərqərar olmasına,
vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan
dünyaya inteqrasiya prosesində milli-mənəvi
dəyərlərin qorunub saxlanılmasına dəstəkdir
və beynəlxalq mahiyyət kəsb edən
layihələrdə təsdiqini tapır. Bu
istiqamətdə görülən işlər beynəlxalq
səviyyədə Azərbaycan milli dəyərlərinin
qorunması və tarixi irsimizə sahib olmaq istəyində
olan mənfur simaların qarşısına bir sədd
çəkir. Öz tarixi kökü
olmayan, acgöz qonşuların niyyətlərinin puça
çıxması yolunda dövlət səviyyəsində
görülən işlərin məntiqi nəticəsi
göz önündədir.
Qloballaşma
şəraitində aparılan işlər milli-mənəvi
dəyərlərin dünyaya inteqrasiyasına yollar
açır.
Belə bir şəraitdə Azərbaycan Respublikasının
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın bilavasitə
təşəbbüsü və
təşkilatçılığı ilə həyata
keçirilən tədbirlər ölkəmizin dünya
ictimaiyyətinə tanıdılması, xalqımızın
maddi-mənəvi irsinin, milli
adət-ənənələrinin təbliği
sayəsində atılan ciddi addımlardır. Azərbaycan
xalqının milli sərvəti olan muğam və
aşıq sənətindən sonra, milli
adət-ənənələrimizi özündə əks
etdirən və öz orijinallığı ilə seçilən
Novruz bayramımız 2009-cu il sentyabrın 30-da YUNESKO
tərəfindən qeyri-maddi mədəni irs siyahısına
daxil edilmiş, 2010-cu il 23 fevralda isə BMT Baş
Assambleyasının 64-cü sessiyasının iclasında mart
ayının 21-i "Beynəlxalq Novruz Günü" elan
edilmişdir. Novruz bayramının YUNESKO-nun qeyri-maddi
mədəni irs üzrə reprezentativ siyahısına daxil
edilməsi və Beynəlxalq Novruz Günü elan edilməsi milli
adət-ənənələrimizin dünyəviliyini,
bəşəriliyini, ona irqindən, dinindən asılı
olmayaraq, bütün millətlərin maraq
göstərməsini təsdiqlədi. Bu,
Azərbaycanın tarixiliyini,
özünəməxsusluğunun dünyada
işıqlandırılmasına və irsin
bəşəriliyini ifadə edən faktor kimi ortaya
qoyulması ilə səciyyələndi. Beynəlxalq
çərçivədə qəbul edilən Azərbaycan
milli xəzinəsi dünyanı
təəccübləndirmək iqtidarındadır. Hər
il müsəlman dünyasının
həvəslə qarşıladığı və yola
saldığı Novruz bayramı xalqın tarixi
kökünü, adət-ənənələrini özündə
yaşadır. Bayramın qeyd olunmasına qədər,
bildiyimiz kimi, dünyanın və insanın yaranması
ilə bağlı müqəddəsləşdirilmiş su, od, yel və torpaq
çərşənbələri qeyd olunurdu. Xalqın
erkən düşüncəsində yaratdığı
çərşənbələrlə bağlı ayin və
etiqadları, adət-ənənələri yaşatmaq hər
kəsin mənəvi dünyasının
tələbatından irəli gəlir. Dörd
çərşənbənin qeyd olunmasının
arxasında həqiqətlər dayanır. Folklorşünas alimlərin fikrincə, bu
çərşənbələr insanın həyata
gəlişi və həyatın canlanması ilə
əlaqədardır. Novruz bayramı təbiətlə
bağlı su, od, torpaq, yel ilə
bağlı dörd əsas arxaik xüsusiyyətləri
özündə saxlamaqla yanaşı, cəmiyyətdə
humanist insani münasibətlərin məntiqini ifadə
edən bəşəriliyilə seçilir.
Minilliklərin
sınağından çıxaraq, bu günə gəlib
çatmış Novruz bayramını hələ
Azərbaycan xalqı Sasanilər dövlətinin
tərkibində olduğu zaman qeyd edib. Daş
dövrünə aid olan əşyalar qazıntılar
zamanı əldə olunan mənəvi mədəniyyət
abidələrimiz Novruz bayramının qədim tarixi
olduğunu təsdiqləyən amillərdir. Azərbaycan
klassikləri olan Nizami Gəncəvi, Şah İsmayıl
Xətai, Əfzələddin Xaqani kimi dahilərimiz baharın
gəlişini əks etdirən nümunələr
yaratmışlar. Novruz bayramının
yaranması tarixinə həsr olunmuş yazılardan
Nizamilmülkün "Siyasətnamə"sini, Ömər
Xəyyamın "Novruznamə"sini və başqalarını
nümunə olaraq göstərmək mümkündür.
Novruzun ən yüksək
zirvəsi köhnə ili təzə ilin
əvəzlənməsidir. Bu zaman ənənəyə
görə, Novruzun şərəfinə top və
tüfənglərdən yaylım atəşləri
açılır. Hələ ötən əsrlərdə
N.Dubrovin bu haqda belə yazmışdır: "Azərbaycanda
baharın gəlməsini şəhər və
kəndlərdə açılan yaylım atəşləri
bildirirdi". Azərbaycanda Novruz bayramı
təntənəsinin iştirakçısı olan Adam Oleari
hələ 1637-ci ildə Şamaxı haqda yazırdı:
"Münəccim tez-tez arxasından qalxaraq, astronomik cihaz və
günəş saatı vasitəsilə günəşin
hündürlüyünü təyin edərək,
gündüzlə gecənin bərabərlişdiyi anda elan etdi:
"Təzə il gəldi" və
elə bu anda yaylım atəşləri başlandı,
şəhərin qüllələrindən və divarlardan
musiqi sədaları ucaldı. Bahar bayramı
başlandı."
Azərbaycanın
qədim, rəngarəng mənəvi dəyərləri,
mədəni irsi hazırda xalqın fəxr mənbəyi
və dünya mədəniyyətinə töhfəsi
qismində çıxış edir. Bu
sahəyə dövlət qayğısının
günü-gündən artması və beynəlxalq
təcrübənin tətbiqi istiqamətində
görülən işlər qeyri-maddi mədəni irsin
gələcəyinə nikbin baxmağa ümidləri
artırır. Görülən işlərin davamı
olaraq, "Azərbaycanın qeyri-maddi mədəni irs
subyektlərinin informasiya bankının yaradılması"
haqqında əmr də mənəvi
dəyərlərimizə bir
dəstəkdir. Bunun əsasında yaradıcı
nailiyyətləri özündə əks etdirən xüsusi
portfoliolar yaradılacaqdır. Portfolioların
yaradılmasında məqsəd Azərbaycanın
milli-mənəvi dəyərlərinin beynəlxalq
aləmə inteqrasiyası, qeyri-maddi mədəni irsinin
dünyada tanıdılmasıdır.
Dünyanın qabaqcıl ölkələrinin
mədəniyyət siyasəti sahəsindəki
təcrübələri nəzərə alınmaqla
Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması,
bərpası, xalq yaradıcılığının
təbliği istiqamətlərində islahatlar uğurla davam
etdirilir.
Beynəlxalq ictimaiyyətin diqqət və maraq
mərkəzində olan, Azərbaycan xalqının adət
və ənənələrini, milli-ənənəvi
xüsusiyyətlərini özündə əks etdirən,
soydaşlarımıza və ölkə
vətəndaşlarımıza sevinc bəxş edən
Novruz bayramı dövlət səviyyəsində qeyd
olunur.
ZÜMRÜD
Səs.- 2011.- 19 mart.- S. 6.