Novruz bayramı - bərəkət bayramıdır
Səbail rayon icra hakimiyyətinin
nümayəndələri Novruz bayramı ilə
əlaqədar ənənəvi olaraq cəbhə
bölgəsində xidmət edən əsgərlərin qonağı
olublar
Səbail rayon icra hakimiyyətinin
rəhbərliyi və
rayon ictimaiyyətinin bir qrup nümayəndəsi
xalqımızın ən
əziz bayramlarından
olan Novruz bayramı ərəfəsində
ənənəvi olaraq,
cəbhə bölgəsində,
birbaşa düşmənlə
üz-üzə mövqelərdə
dayanmış, rayonun
hamilik etdiyi
"N" saylı hərbi
hissədə xidmət edən
əsgər
və zabitlərin
qonağı olublar. İlk öncə rayonun nümayəndələri
hərbi hissə komandanlığı ilə
birlikdə ön cəbhə xəttindəki
səngərlərə gəlmiş,
burada əsgərlərimizin xidməti,
məişət şəraiti
ilə maraqlanmış,
maraqlı söhbətlər
aparmışlar.
Qonaqlar həmin hərbi hissədə xidmət edən Səbail rayonunda hərbi xidmətə çağırılmış əsgərlərlə də
görüşmüş, onlara məzunu olduqları orta məktəblərin kollektivlərinin
salamlarını və
hədiyyələrini çatdırmışlar.
Rayondan çağırılan
əsgərlərin xidmətdəki
uğurları qonaqları
xüsusilə sevindiribdir.
Hərbi
hissənin şəxsi
heyəti ilə keçirilən təntənəli
görüşdə çıxış
edən Səbail rayon icra hakimiyyəti
başçısı Asif
Əsgərov Novruz bayramı münasibəti
ilə əsgərləri
təbrik edərək,
onlara şərəfli
xidmətlərinin yerinə
yetirilməsində müvəffəqiyyətlər arzulayıbdır.
A.Əsgərov hərbi
hissənin şəxsi
heyətini ölkə
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən
ordumuz üçün
yaradılan şərait
müqabilində daha yaxşı xidmət etməyə çağırıb.
Rayon rəhbəri onu da vurğulayıb ki, güclü ordumuz, həmçinin, dövlət başçısının
apardığı məqsədyönlü
siyasət nəticəsində
işğal altında
olan bütün Azərbaycan torpaqlarının
düşməndən azad
ediləcəyinə, ölkəmizin
ərazi bütövlüyünün bərpa olunacağına əmin olduğunu, lazım gələrsə, Prezidentimizin
əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın
azad olunması üçün bütün
qüvvələrini səfərbər
etməyə hazır
olduğunu bildirib. Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun
Cəfərov əsgərlər
qarşısında çıxış
edərək, bayram münasibəti ilə onları təbrik edərək şərəfli
xidmətlərində onlara
uğurlar arzulayıbdır.
Hərbi hissə komandanlığı adından
çıxış edən polkovnik-leytenant
Dadaş Abdullayev şəxsi heyətin xidməti və döyüş hazırlığı
barədə məlumat
verib. D.Abdullayev Səbail rayon icra hakimiyyəti rəhbərliyinə hərbi
hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi
və Novruz bayramı tədbirinin təşkilinə görə
öz minnətdarlığını
bildirib: "Belə görüşlər düşmənlə
üz-üzə səngərdə
xidmət edən hərbçilərin ruh yuksəkliyinin qalxmasında
böyük rol oynayır".
Tədbirdə respublikamızın
tanınmış incəsənət
ustaları bayram tonqalı ətrafında böyük konsert proqramı ilə çıxış ediblər.
Bayram şənliyindən
sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar edib, Səbail rayon icra hakimiyyətinə
və incəsənət xadimlərinə
hərbi hissənin fəxri fərmanları təqdim olunubdur. Cəbhə bölgəsindəki tədbirdən
sonra Səbail rayonunun nümayəndələri
rayon ilə çox dostluq və möhkəm əməkdaşlıq əlaqələri
olan DİN Daxili Qoşunlarının Bərdə
şəhərindəki "N" saylı hərbi hissəsinin də qonağı olublar. Rayon nümayəndələri
bu hərbi hissədə də əsgərlərimizin şəraiti
və hərbçilərin
döyüş hazırlığı
ilə tanış olublar. Həmçinin, bu hərbi hissədə
də böyük bayram konserti təşkil olunubdur. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün
Səbail rayon nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.
R.KAMALQIZI
Səs.- 2011.- 19 mart.- S. 7.