Milli adət-ənənələrimiz
- Novruz Bayramı
YAP Gədəbəy rayon təşkilatı və
Gədəbəy rayon icra hakimiyyətinin
təşkilatçılığı ilə Novruz
bayramı qeyd edildi
Dünən YAP Gədəbəy
rayon təşkilatı
və Gədəbəy
rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibəti
ilə rayon ictimaiyyəti, partiya fəallarının iştirakı
ilə tədbir keçirildi.
Tədbirdə çıxış edən Gədəbəy rayon icra hakimiyyətinin
başçısı Kamran
Rzazadə görüş
iştirakçılarını milli bayramımız olan Novruz Bayramı
münasibətilə təbrik
etdi: "Ölkəmiz
müstəqillik qazandıqdan
sonra Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu
kimi, xalqımız üçün
müqəddəs olan
bu bayramın da dövlət səviyyəsində qeyd olunmasının təməlini
qoydu. Xalq tərəfindən bu əziz bayramın yüksək səviyyədə
qarşılanması üçün
istirahət günlərinə
düşən tarixlərin
başqa günlərlə
əvəz olunması
barədə Nazirlər
Kabinetinə tapşırıq verdi. Həmin vaxtdan Ulu Öndərin
daxili və xarici siyasətini uğurla davam etdirən ölkə Prezidentimiz İlham Əliyev cənabları Novruz bayramının Respublikamızın
bütün bölgələrində
dövlət səviyyəsində,
təntənəli şəkildə
qeyd olunmasını davam etdirir".
Tədbirdə YAP Gədəbəy rayon təşkilatının
sədri Ramazan Muradov çıxış
edərək bildirdi ki, Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə,
öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini
yad təzahürlərdən
hifz edərək onu qoruyub saxlayıb
və nəsildən-nəsilə ötürübdür:
"Xalqımızın milli-mənəvi
dəyərləri, adət-ənənəsi
insanlarımızın dini
etiqadına əsaslanaraq
özündə çox
böyük milli əxlaqi və bəşəri duyğuları
təcəssüm etdirir.
Müqəddəs daxili inama, mənəvi saflığa
tapınan Azərbaycan
xalqı tarixin ən keşməkəşli
mərhələlərində belə, mənəviyyatın
təntənəsinə xidmət
edən islam dininin zəngin dəyərlərindən dönməyərək
bu dəyərlərə
həmişə sadiq qalıbdır.
İslam dininin mahiyyətini dərk edən xalqımız onun insan ruhunu
paklığa səsləyən
müqəddəs çağırışlarına,
mərasim və ayinlərinə tarixin bütün məqamlarında
əməl etməyə
çalışıbdır. Ulu Öndər bu haqda demişdir:
"Bizim xalqımız
yüz illərlə,
min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi
yaradıbdır və
bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil
edən amillərdir".
R.Muradov onu da
bildirdi ki, Ulu Öndər gənclərimizi xalqımızın
milli-mənəvi dəyərləri,
milli əxlaq prinsipləri əsasında
tərbiyə etməyi
tövsiyə edirdi. Bu baxımdan, Ulu Öndər gənclərimizin milli-mənəvi
dəyərlər əsasında
tərbiyələndirilməsindən bəhs edərək demişdir: "Biz
öz milli-mənəvi
dəyərlərimizi, adət-ənənələrimizi,
əxlaqi dəyərlərimizi
bütün istiqamətlərdə
qorumalıyıq, saxlamalıyıq
və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş
bu mənəvi, əxlaqi dəyərlər
ruhunda tərbiyələndirməliyik".
Sonra Novruz şənliyinə
toplaşmış ictimaiyyət
qarşısında rayon
mədəniyyət şöbəsinin
bədii kollektivi, uşaq yaradıcılıq
birliyinin kollektivi, Gədəbəy aşıqları
geniş konsert proqramı ilə çıxış etdilər.
Həmçinin, rayonun
idmançıları şənlik
iştirakçıları qarşısında
öz nümunəvi
çıxışlarını nümayiş etdirdilər.
RƏFİQƏ HÜSEYNOVA
Səs.- 2011.- 19 mart.- S. 8.