Milli adət-ənənələrimizə
dövlətimiz tərəfindən
böyük hörmət
və ehtiram mövcuddur
Daşkəsəndə Novruz bayramı ilə
bağlı yüksək səviyyəli tədbirlər
keçirilib
Dünən bolluq rəmzi olan Novruz bayramının gəlişini arzulayan daşkəsənlilər bu
el bayramını böyük təmtəraqla
və coşqu ilə qeyd ediblər.
Rayonun ulu öndər Heydər Əliyevin adını daşıyan meydanıda təxminən 10 mindən
çox daşkəsənli
bayram tədbirinə qatılıb. Bayram şənliyinin iştirakçıları
və Daşkəsən
rayon icra hakimiyyətinin başçısı
Əhəd Abıyev ilk olaraq ulu
öndər Heydər
Əliyevin adidəsini
ziyarət edib, abidə önünə gül dəstələri
düzüb.
Tədbirdə çıxış
edən Ə.Abıyev
qeyd edib ki, bu gün
Azərbaycanda ictimai-siyasi
sabitlik mövcuddur.
Ə.Abıyev ölkəmizin
paytaxtı və iri şəhərləri
ilə yanaşı ucqar rayonlarımızın,
kəndlərimizin bu gün öz inkişaf dövrünü
yaşadığını bildirib. Bu gün respublikamızın
hər bir bölgəsində yeni-yeni
iş yerləri açılır, yollar salınır, məktəblər
tikilir deyən Ə.Abıyev əhalinin rifah halının da, yaxşılaşdığını vətəndaşlarımızın həyat səviyyəsinin
yüksəldiyini bildirib.
Məhz ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin təzahürü
olaraq respublikamızın
hər yerində olduğu kimi Daşkəsən rayonunda
da, günü-gündən
yüksələn inkişafın
müşahidə edildiyini
bildirən Ə.Abıyev
bundan sonra daha böyük ğuruların təminatı üçün
münbit şəraitin
olduğunu dilə gətirib. "Bizlər bu el bayramını
belə əmin-amanlıq
və bol ruzi ilə qeyd
ediriksə bu Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətinin
nəticəsidir. Novruz
bayramı bizə babalarımızdan yadigar qalıb. Sovetlər dönəmində bu el bayramı gizli şəkildə evlərdə qeyd edilib. Müstəqillik qazanıldıqdan sonra dahi siyasi xadim
Ulu Öndər Heydər Əliyev xalqın milli mənəvi dəyərlərinin
yaşadılmasının vaciblini önə çəkib. Novruz bayramı başda olmaqla digər el şənliklərimiz bu gün açıq
və təntənəli
şəkildə keçirilir.
Burada mən ağsaqqaları, ağbirçəkləri,
ziyalıları, Yeni Azərbaycan Partiyasının
üzvlərini gördüm.
Doğrudan da xalqımız öz dövlət başçısına
sədaqətlidir və
daim onu dəstəkləyir" deyə
Ə.Abıyev əlavə
edib.
Tədbirdə, həmçinin,
hazırlanmış bayram
təamları, sənaye
və kənd təsərrüfatı məhsullarından
ibarət sərgi də təşkil olunub. Eyni zamanda
rayon pəhləvanlarının
və idmançıların
nümunəvi çıxışları
nümayiş olunub, Novruz tonqalı qalanıb.
Daşkəsəndə bayram
tədbiri yerli və paytaxtdan dəvət olunan mədəniyyət işçilərinin
maraqlı konsert proqramalı lə davam etdirilib.
Ötən gün Daşkəsən rayon mərkəzində keçirilən
tədbirlərin davamı
olaraq Novruz şənliyi daha sonra "N" saylı hərbi hissədə davam edib. Daşkəsən
rayon icra hakimiyyətinin başçısı
və digər rəsmi şəxslər
ön cəhbədə
xidmət aparan Silahlı Qüvvələrimizin
şəxsi heyyətini
Novruz bayramı münasibəti ilə təbrik edib. Hərbiçilər qarşısında çıxış edən
Ə.Abıyev qeyd edib ki, Azərbaycanda
istər Silahlı Qüvvələrin maddi texniki təminatı, istərsə də peşəkar hazırlığı
yüksək səviyyədədir.
İndi Azərbaycan Ordusunun şəxsi heyyətini NATO və digər beynalxalq qurumların tərkibində
ən ağır bölgələrdə
görmək olar deyən Ə.Abıyev Azərbaycan Ordusunun ümumi büdcəsinin Ermənistanın ümumi
büudcəsindən çox
olduğunu bildirib.
"Silahlı Qüvvələrimizdə
nizam-intizam yüksək
səviyyədə təşkil
olunub. Əsgər və zabitlərimizdə döyüş hazırlığı
var. Sizləri buradan, ön cəhbədən salamlamaqdan
qürur duyuram. Bu gün hər
bir azərbaycanlının
orduya diqqət və qayğı ilə yanaşması vətəndaşlıq borcudur"
deyə Ə.Abıyev
əlavə edib.
Tədbirdə xidmətdə
fərqlənən əsgər,
gizir, zabit heyətinə mükafat və fəxri fərmanlar təqdim olunub və bayram sovqatları verilib.
Tapdıq Qurbanlı
Səs.- 2011 .- 19 mart.- S. 9.