BSU-da Elçin Əfəndiyevin "Sosrealizm bizə verdi?" kitabının təqdimat mərasimi keçirildi

 

Bakı Slavyan Universitetində Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış ictimai-siyasi xadim Elçin Əfəndiyevin kitabının təqdimat mərasimi keçirildi XX əsr Azərbaycan ədəbiyyatının yaradıcılıq baxımından zəngin bir dövrü sosialist realizmi (sosrealizm) ədəbi metodu ilə bağlı olub. Ədəbiyyatımızın 70 illik tarixi bu ədəbi metodun daxilində cərəyan edib. Sosrealizm ədəbiyyatımızın axtarışları, istəyi, bədii-estetik ehtiyacı ilə yox, sovet sisteminin zoru ilə tətbiq edilirdi. Təqdimatı keçirilmiş bu kitabda sosrealizmə qarşı kin-küdurət, qərəz bir tərəfə qoyulub, onun ədəbi irsi, mənfi müsbət tərəfləri obyektiv şəkildə təhlil edilmiş, elmi-nəzəri təsnifatdan keçirilmişdir. Qeyd edək ki, sözügedən kitab Bakı Slavyan Universitetinin "Mütərcim" nəşriyyat-poliqrafiya mərkəzi tərəfindən çapa hazırlanıb. Tədbiri BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi professor Kamal Abdullayev giriş sözü ilə açaraq, qonaqları salamladı, Novruz bayramı bayram ərəfəsində bu kitabın işıq üzü görməsi münasibətilə mərasim iştirakçılarını təbrik etdi: "Əziz dostlar, bugünkü tədbirimizin çox böyük filoloji əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatşünası tənqidçisi Elçin müəllimin həcmcə kiçik, lakin məzmunca çox geniş kitabının təqdimat mərasiminə yığışmışıq. Artıq bir neçə müddətdir ki, bu kitab çapdan çıxıb bizim müəllimlərimiz, tələbələrimiz, mütəxəssislərimiz bu kitab haqqında fikir mübadiləsi aparmaq imkanına malik olublar.

Elçin müəllim Azərbaycanın ədəbiyyatını, mədəniyyətini, Azərbaycan ziyalılığını təkcə Azərbaycanda və postsovet məkanında deyil, bütün dünyada təmsil edən bir şəxsiyyətdir, çoxsaylı əsərləri ilə Azərbaycan oxucusunun qəlbini çoxdan fəth etmiş bir yazıçıdır. Elçin müəllim çox nadir yazıçılardan biridir ki, yazıçı fəaliyyətini ədəbiyyatşünas kimi tamamlayır "Sosrealizm bizə verdi?" əsəri bunu bir daha sübut edir. Bu kitabda mənim diqqətimi cəlb edən əsas məsələ ondan ibarətdir ki, həcmcə kiçik olmasına baxmayaraq, əsərdə müzakirəyə qoyulan problem çox ətraflı şəkildə gündəmə gətirilmişdir. Mən bu əsərin işıq üzü görməsi münasibətilə Elçin müəllimi təbrik edirəm. Əminəm ki, bu görüş təqdimat mərasiminə qatılmış hər bir kəs üçün unudulmaz xatirəyə çevriləcək". Təqdimat mərasimində AMEA-nın vitse-prezidenti, akademik Arif Həşimov, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru, professor Rasim Nəbiyev BSU-nun professorları Məmməd Qocayev, Bədirxan Əhmədov, Rəhilə Qeybullayeva, Flora Naci, Moskva Dövlət Linqvistik Universitetinin "Tərcümə" (Azərbaycan ingilis) ixtisası üzrə təhsil alan tələbəsi Dəmir İzmayılov, BSU-nun tələbə magistrantları digər qonaqlar çıxış edərək, təqdim olunmuş kitabın Azərbaycan ədəbiyyatşünaslığı üçün əhəmiyyətindən danışdılar. Kitabın müəllifi xalq yazıçısı Elçin çıxış edərək, ona göstərilən diqqətə kitaba verilən dəyərə görə, mərasimdə iştirak edənlərə öz dərin təşəkkürünü bildirdi ona ünvanlanan çoxsaylı sualları cavablandırdı.

 

 

Zümrüd

 

Səs.- 2011.- 19 mart.- S. 12.