İmişli sosial-iqtisadi tərəqqinin yeni mərhələsində

 

2010-cu ildə də rayon üzrə sənaye məhsullarının həcmi 76,4 milyon manat olub

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, digər bölgələrdə olduğu kimi, İmişli rayonunda  da böyük nailiyyətlər əldə olunub. Elə bunun nəticəsidir ki, rayon sakinlərinin güzəranı xeyli yaxşılaşıb, yeni iş yerləri açılıb, böyük sənaye potensialı formalaşıb. Rayon icra hakimiyyətindən verilən məlumata görə, 1 rayon, 1 qəsəbə və 48 kənddən ibarət olan İmişli rayonunun sahəsi 189 kv.km, əhalisi isə 104 min nəfərdir.

 

Dövlət Proqramının uğurlu icrası

 

Sosial-iqtisadi inkişaf yolunu keçən İmişli rayonunda Dövlət Proqramı uğurla icra olunur. Belə ki, ötən ilin sosial-iqtisadi göstəricilərini təhlil edərkən, belə bir nəticə hasil olur ki, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində İmişli rayonunda görülən işlər rayon sakinlərinin güzəranının yaxşılaşmasına, İmişlidə böyük iqtisadi potensialın formalaşmasına şərait yaradıb. Respublika iqtisadiyyatının dinamik inkişafı fonunda İmişli rayonunda da son illər bir sıra uğurlu nəticələr əldə edilib. Belə ki, rayon əhalisinin fasiləsiz enerji ilə təchizatını təmin etmək məqsədilə İmişlidə 330 kv-luq 2-ci İmişli-Parsabad 330 kv-luq İmişli-Şirvan DRES elektrik ötürücü xətlərinin inşası "Azərenerjitikinti" MMC tərəfindən davam etdirilib, İmişli-Parsabad elektrik ötürücü xəttində dayaqların quraşdırılması, bünövrələrin tökülməsi işləri başa çatdırılıb, hazırda naqillərin quraşdırılmasında son tamamlama işləri aparılır. İmişli-Şirvan DRES elektrik ötürücü xəttində isə dayaqların quraşdırılması, bünövrələrin tökülməsi işləri başa çatmaq üzrədir. Bununla yanaşı, rayonun Sarıxanlı kəndində 220 şagird yerlik yeni məktəb binasının, Muradallı kəndində isə 160 şagird yerlik 8 əlavə sinif otağının tikintisində son tamamlama işləri aparılır. 5 saylı şəhər orta məktəbində əsaslı təmir işləri aparılıb, Bəhrəmtəpə qəsəbə Xəlfəli kənd orta məktəblərində aparılan təmir işləri başa çatıb. Mirili kəndində 192 şagird yerlik yeni məktəb binası, Qaralar kəndində 600, Gənclik məhəlləsində 360 şagird yerlik yeni məktəb binaları əsaslı təmir olunmuş 1 saylı şəhər orta məktəbi, Murğuzallı kəndində 180, Muradxanlı kəndində 120 şagird yerlik məktəb binaları şagirdlərin istifadəsinə verilib.

 

Sənayenin inkişafı

 

Sənayedə artım əsasən rayonda Şəkər zavodunun fəaliyyətə başlaması hesabına olmuşdur. Zavodda il ərzində 268181,4 ton şəkər tozu, 73,9 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ümumi sənaye məhsulunun 82,8 faizini təşkil edir. Ümumiyyətlə, rayon üzrə istehsal olunan sənaye məhsullarının 93 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. "Azərsun Holdinq" şirkətlər qrupu tərəfindən rayon ərazisində Bitki yağları zavodu, Qarışıq yem zavodu Spirt emalı zavodunun tikintisi başa çatıb, Spirt emalı zavodu məhsul istehsalına başlayıb. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə rayonun Qaraqaşlı, Xoşçobanlı, Xubyarlı, Cavadxanlı, Qaradonlu Göbəktala kəndlərində modul tipli sutəmizləyici qurğular quraşdırılaraq əhalinin istifadəsinə verilib, Məzrəli Muradallı kəndlərində bu sahədə işlər davam etdirilir. Dövlət Proqramına uyğun olaraq Bəhrəmtəpə Hidroqovşağında bərpa işləri "Azərsutikinti" SC-nin Muğan Su tikinti törəmə müəssisəsi tərəfindən davam etdirilib rayon ərazisindəki suvarma kanallarında 292,0 km uzunluqda 850,0 min kub.m, kollektorlarda isə 116,7 km uzunluqda 550,0 min kub.m lildən təmizləmə işləri görülüb.

 

Kənd təsərrüfatında yüksək göstəricilər

 

Rayonun digər sahələrində uğurlu nəticələr kənd təsərrüfatında da özünü göstərməkdədir. Belə ki, rayonda ötən ildəkindən 694 ha çox, yəni, 16325 ha sahədə taxıl əkilib 54118 tondan çox məhsul yığılıb. Hər hektardan məhsuldarlıq 33,2 sentner təşkil edib ki, bu da "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın uğurla icra olunmasının bariz nümunəsidir. Həmçinin, iribuynuzlu mal-qaranın sayı 78741 başa, xırda buynuzluların sayı 219918 başa, bütün növ quşların sayı isə 814100 başa çatıb, ötən illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 2425 baş, xırda buynuzluların sayı 2525 baş, bütün növ quşların sayı isə 145400 baş artıb. Ət istehsalı (diri çəkidə) 7741ton, süd istehsalı 31214 ton olub ki, bu da ötən illə müqayisədə xeyli çoxdur. Onu da qeyd edək ki, hal-hazırda rayonda ət süd məhsullarının emalı ilə məşğul olan "İmişli Yağ-pendir" "Taleh" ASC fəaliyyət göstərir. Eyni zamanda, ötən il 3711 ha sahədə bostan-tərəvəz bitkiləri əkilib, həmin sahələrdən 18193 ton tərəvəz, 16917 ton bostan məhsulları, 6550 ton kartof istehsal edilib. Ötən illə müqayisədə tərəvəz istehsalı 507 ton, kartof istehsalı 247 ton, bostan məhsulları isə 215 ton artıb. Həmçinin, 18425 ton şəkər çuğunduru istehsal edilib ki, bu da ötən ildəkindən 11025 ton çoxdur. Eyni zamanda, İmişli rayon Aqroservis filialı tərəfindən 198 ədəd müxtəlif kənd təsərrüfatı texnikası qoşquları gətirilərək fermerlərin istifadəsinə verilib, bunun üçün 6 mexanikləşdirilmiş dəstə yaradılıb. Ölkə Prezidenti İlham Əliyevin birbaşa göstərişinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq rayonda bu istiqamətdə xeyli görülüb.

 

Kür-Araz çaylarının mühafizəsi sahəsində uğurlu işlər

 

Ötən ilin yazında Kür Araz çaylarının şıltaqlığı nəticəsində yaranmış təhlükəli vəziyyətin aradan qalıdırılması sahəsində rayonda böyük işlər görülür. Belə ki, Kür-Araz çaylarında mühafizə bəndlərini möhkəmləndirmək məqsədilə 324 kubmetr həcmində betonla, 1215 kubmetr həcmində maşınla sahilbərkitmə, 20,3 kilometr uzunluğunda 535,6 min kubmetr həcmində torpaqtökmə işləri görülübdür. Daşqın sel sularından müdafiə məqsədilə 872 kubmetr betonla sahilbərkitmə, 45,3 min kubmetr torpaqtökmə işləri aparılıb. Allahmədətli kəndində 1 sosial obyekt uçmuş, rayon üzrə 4 sosial obyekt qəzalı vəziyyətə düşmüş, baş vermiş təbii fəlakətlə bağlı Allahmədətli, Telişli Hacımustafalı kəndlərindən 104, Araz çayının yeni qolunun çəkilişi ilə əlaqədar Çaxırlı kəndindən 3 ev olmaqla cəmi 107 ev köçürülübdür. Telişli kəndi ərazisindəki 40 hektar sahədə 104 fərdi yaşayış evi ilə yanaşı, 132 şagird yerlik yeni məktəb binasının, 120 yerlik klub kitabxananın, poçt tibb məntəqələrinin tikintisi tamamlanmışdır. Çaxırlı kəndindən köçürülmüş 3 ailəyə yeni fərdi yaşayış evlərinin tikintisi başa çatıbdır.

Bundan başqa, qrunt sularının qalxması nəticəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evləri ilə bağlı rayon ərazisində 421 yeni yaşayış evinin tikintisi davam etdirilir. Vətəndaşlara Fövqəladə Hallar Nazirliyi tərəfindən pul kompensasiyaları ödənilir. Çaxırlı kəndi ərazisində Araz çayının yeni qolunun üzərində, Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun 4-cü km-də uzunluğu 230 metr, eni 12,5 metr olan yeni körpünün tikintisinə başlanılıbdır. Kollektorlarda 617,6 min kubmetr, suvarma kanallarında isə 915 min kubmetr həcmində lildən təmizləmə işləri görülüb. Ümumiyyətlə isə İmişli rayon ictimaiyyəti Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili xarici siyasət xəttini birmənalı olaraq dəstəkləyir müdafiə edirlər.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 29 mart.- S. 8.