Novruz bayramı bu il ABŞ-da
da geniş qeyd olundu
Bildiyimiz kimi, BMT-nin Baş Məclisinin qərarı ilə dünyada martın 21-i "Beynəlxalq
Novruz Günü"
elan olunub.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən və bəşəriyyətin ortaq
mirası olan Novruz bayramı bu il ABŞ-da
da geniş qeyd olundu.
TÜRKSOY mədəniyyətlərarası dialoq prosesini dəstəkləmək məqsədi
ilə 2011-ci ildə Novruz bayramının BMT Baş Məclisində qeyd olunması üçün səylər
göstərib. Martın
24-də TÜRKSOY-un təşkilatçılığı
ilə Nyu-Yorkda, BMT-nin Baş Məclisində Novruz bayramı şənliyi təşkil olunub. ABŞ
Azərbaycanlıları Şəbəkəsi
və ABŞ Türkləri
Şəbəkəsinin dəstəyi
ilə keçirilən
tədbirdə TÜRKSOY-a
üzv ölkələrin
BMT-dəki daimi nümayəndəliklərinin təmsilçiləri
iştirak ediblər.
Zümrüd
Səs.- 2011.- 29 mart.- S. 12.