"Meydan Bazarı" Novruz şənliklərinə əlavə stimul verdi

 

İçərişəhərdə təşkil olunan "Meydan Bazarı" mədəni-kütləvi tədbirlər silsiləsi Novruz şənliklərinə əlavə stimul verdi. Milli tətbiqi sənətin dəstəklənməsi, mədəniyyətimizin tariximizin təbliği, habelə, Novruz bayramı günlərində İçərişəhərdə istirahətin mənalı keçməsi üçün şəraitin yaradılması məqsədi ilə təşkil olunan "Meydan Bazarı" 4 gün davam etdi.

Bu zaman təşkil edilən konsert proqramlarının əksəriyyəti Qız qalasının ətrafında, digər əyləncəli tədbirlər və yarmarka Qoşa Qala Qapıları meydanında baş tutdu. Gün ərzində nəzərdə tutulmuş yerlərdə müxtəlif musiqi kollektivləri fərqli konsert proqramları ilə çıxış ediblər. Müxtəlif müsabiqələr, pəhləvanların sehrbazların çıxışları, milli tətbiqi sənət məhsullarının suvenirlərin sərgi-satışı təşkil olunmuşdu. Eyni zamanda, bakılılar şəhərimizin qonaqları İçərişəhərlə yaxından tanış olmuş milli yeməklərimizdən dada biliblər.

 

 

Zümrüd

 

Səs.- 2011.- 29 mart.- S. 12.