İllik "UĞUR - 2010" milli mükafatı qaliblərin adları açıqlandı
İllik
"UĞUR - 2010" milli mükafatı, mükafat təsisçilərinin rəyinə
əsasən, ötən
il ərzində əhəmiyyətli nəticələrə
nail olmuş şəxslərin adlarını
açıqladı. Laureatlar
arasında ictimai xadimlər, həmçinin,
dövlət təşkilatları
və özəl şirkətlər var idi. "UĞUR - 2010" mükafatının təşkilat
komitəsinin sədri
İbrahim Baharov "Buta Palace" sarayında keçirilmiş
təqdimat mərasimindəki
çıxışında laureatları şərh edərək deyib: "Bu mükafata, öz sektorunun flaqmanları olan və ölkəmizin inkişafına öz dəyərli töhfəsini
vermiş təşkilatlar,
şirkətlər, görkəmli
şəxsiyyətlər layiq
görülüb.
Bizim
laureatlarımız, Azərbaycanda ölkənin
gələcəkdə də müxtəlif istiqamətdə
inkişaf etməsi üçün böyük potensialın
olduğunu bir daha nümayiş etdiriblər". Belə ki, turizmin inkişafına
verdiyi töhfəyə
görə nominasiyasına
mədəniyyət və
turizm naziri cənab Əbülfəs
Qarayev laureat olmuşdur. Əbülfəs
Qarayev adından "Uğur" mükafatını
qəbul etmək üçün nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyevə təqdim olunmuşdur.
Zümrüd
Səs.- 2011.- 29 mart.- S. 12.