“Azərbaycanı
inkişaf etmiş dövlətə çevirməliyik"
İlham Əliyev: "Ərzaq
təhlükəsizliyinin təmin edilməsi üçün
aqrar sahənin sürətli və hərtərəfli
inkişafı vacibdir"
“Ölkəmizin bütün
bölgələrində inkişaf
var. Haradasa işlər daha sürətlə, haradasa bir az ləng
gedir. Amma bu, artıq dönməz prosesə çevrilibdir. Biz elə etməliyik
ki, 2013-cü ilə qədər, ikinci Dövlət Proqramı başa çatanda qarşıda duran bütün vəzifələr
icra edilsin. Əslində, əgər
ikinci Dövlət Proqramı tam şəkildə icra olunarsa, ölkənin qarşısında duran əsas iqtisadi, infrastruktur və sosial məsələlər
öz həllini tapmış olar"- "Azərbaycan
Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın icrasının 2-ci
ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlət
başçısı onu
da qeyd edib
ki, 2011-ci ildə investisiya qoyuluşu davam etdiriləcək, sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək, məktəblər, tibb müəssisələri, olimpiya
idman kompleksləri tikiləcək, yol tikintisinə diqqət göstəriləcək.
Son illərdə ölkəmizdə 10 elektrik
stansiyası tikilib. Bu gün ölkəmiz
nəinki özünü
elektrik enerjisi ilə təmin edir, böyük həcmdə ixrac da edir. Azərbaycanda
bərpa olunan enerji mənbələrindən
istifadə də xüsusi diqqət altındadır və artıq ilkin işlər başlanıb.
Bütün ölkədə
qazlaşdırma prosesi
gedir. Dövlət başçısı tərəfindən aidiyyatı
qurumların qarşısında
vəzifə qoyulubdur
ki, bu il
və gələn ilin sonuna qədər
qazlaşdırma ilə
bağlı bütün
məsələlər öz
həllini tapsın və ölkə əhalisinin 90-95 faizi təbii qazla təmin edilsin.
İçməli su və kanalizasiya problemlərinin həlli də hökumətin qarşısında duran məsələlərdən biridir.
Hazırda beynəlxalq
maliyyə qurumları
ilə aparılmış
danışıqlar öz
nəticələrini verməkdədir.
Bəzi bölgələrdə
içməli su, kanalizasiya layihələrinin
icrası başlanıb,
bəzi bölgələrdə
isə hazırlıq
işləri gedir.
Meliorasiya ilə bağlı məsələlər
öz həllini tapır. Son illər ərzində bu sahədə müəyyən işlər
görülüb. Hazırda
tikilməkdə olan Şəmkirçay su anbarı başa çatandan sonra on minlərlə hektar torpaq sahəsi
suvarılacaq və beləliklə, kənd təsərrüfatının inkişafı
üçün əlavə
imkanlar yaradılacaq.
Dövlət başçısı
aidiyyəti qurumlar qarşısında taxılçılıq
üzrə böyük
fermer təsərrüfatlarının
yaradılmasına başlamaq
vəzifəsini qoyub.
Hazırda müvafiq dövlət qurumları yeni sahələri müəyyən edirlər.
Ərzaq təhlükəsizliyimizin
əsas sahəsi olan taxılçılığın
inkişafı üçün
kompleks tədbirlər
görülür. Texnikalar
alınır, lizinqə
verilir, aqroservislər
yaradılır, subsidiyalar
verilir, güzəştli
şərtlərlə gübrələr,
yanacaq verilir.
Azərbaycanda inkişaf etdirilməsi düşünülən
sahələrdən biri
də üzümçülükdür. Sirr deyil ki, vaxtilə
Azərbaycanda Ulu Öndər Heydər Əliyevin səyləri və təşəbbüsü
nəticəsində üzümçülük
çox sürətlə
inkişaf etmişdi.
O, 1969-cu ildə Azərbaycana
rəhbərliyə gələndə
üzüm istehsalı
300 min ton idi. Amma onun
dövründə görülmüş
işlər nəticəsində
bu rəqəm 2 milyon tona qalxmışdı.
Qeyd edək ki, bu il
Sahibkarlığa Kömək
Milli Fondunun xətti ilə sahibkarlara 125 milyon manat vəsait
veriləcək. Əlbəttə
ki, bu vəsait
yeni iş yerlərinin yaradılmasına
kömək göstərəcək.
Dövlət başçısı
bildirir ki, kənd təsərrüfatına
yararlı torpaqlardan təyinatı üzrə
istifadə olunmalıdır:
"Mərkəzi və
yerli icra hakimiyyəti orqanları, bələdiyyələr bu
torpaqlardan səmərəli
istifadəni təmin etməlidir. Bu sahədə qanun pozuntularına yol verənlər ciddi şəkildə cəzalandırılacaqlar.
Kənd təsərrüfatı
istehsalını stimullaşdırmaq
üçün subsidiyalar
verilir və bu prosedur sadələşdirilməlidir.
Buna böyük ehtiyac var. Ərzaq
təhlükəsizliyini təmin
etməliyik və inhisarçılığa qarşı
daha da ciddi
mübarizə aparılmalıdır.
Hazırda bu mübarizə
lazımi səviyyədə
deyil. Ərzaq təhlükəsizliyi ilə
bağlı biz elə etməliyik ki, hazırda ölkəmizdə lazımi
səviyyədə istehsal
olunmayan ərzaq məhsullarının inkişafı
üçün və
yeni müəssisələrin
yaradılması üçün
əlavə tədbirlər
görülsün".
Ümumiyyətlə, Azərbaycanın
qlobal böhran şəraitində sürətli
inkişafı dünyada
təəccüblə qarşılanır.
Son 7 ildə iqtisadiyyat 2,8 dəfə artıb. Yoxsulluğun səviyyəsi 4,5 dəfə
azalıb, 900 min iş yeri açılıb.
Hər yerdə quruculuq, abadlıq, tikinti işləri gedir, Azərbaycan vətəndaşları sabitlik,
təhlükəsizlik şəraitində
yaşayırlar. Azərbaycanda
müxtəlif kateqoriyadan
olan 500 mindən artıq insana dövlət tərəfindən
sosial yardım edilir. 100 mindən artıq aztəminatlı ailə hər ay dövlətdən 106 manat ünvanlı yardım olunur. Bütün bunlar onu göstərir ki, ölkəmizdə həyata keçirilən
iqtisadi siyasət düzgündür və öz müsbət nəticələrini
verir.
Elçin Bayramlı
Səs.- 2011.- 31 mart.- S. 3.