Mart soyqırımı erməni vəhşiliyinin ən dəhşətlisidir

 

YAP Gədəbəy rayon təşkilatı RİH-lə birlikdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi keçirib

 

Dünən Gədəbəy rayon icra hakimiyyəti YAP Gədəbəy rayon təşkilatı 1918-ci ilin martında ermənilərin Bakıda Azərbaycanın qəzalarında xalqımıza qarşı törətmiş olduğu amansız qırğınlar onlara havadarlıq edən qüvvələrin əsil simasının bir daha geniş ictimaiyyətə çatdırılması ilə bağlı tədbir keçirilib. Əvvəlcə ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyularaq, onların əziz xatirəsi yad edildi.

Tədbiri giriş sözü ilə açan RİH-in başçısı Kamran Rzazadə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı təcavüz siyasətinin 200 ildən artıq tarixi olduğunu qeyd edərək, bu siyasətin məqsədinin azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin uydurduğu "böyük Ermənistan" dövləti yaratmaq olduğunu bildirib: "Öz mənfur təhlükəli siyasətini gerçəkləşdirmək üçün onlar müxtəlif üsul vasitələrdən; tarixin saxtalaşdırılmasından, siyasi təxribatlardan, separatizm qonşu xalqlara qarşı təcavüz siyasətindən istifadə etmişlər. Təbii ki, bütün bunlar erməni şovinizminin əsil mahiyyətini ifadə etməklə sübut edir ki, ermənilər tarixən bir millət olaraq mahiyyətcə terrorizmə vəhşiliyə aludə olublar".

Gədəbəy rayon icra hakimiyyətinin başçısının birinci müavini Qüdrət Paşayev 31 Mart Azərbaycanlılarının Soyqırımı Günü ilə əlaqədar geniş məruzə ilə çıxış etdi. O öz çıxışında erməni şovinistlərinin törətdikləri azərbaycanlıların 31 mart soyqırımından 93 il ötdüyünü qeyd edib: "1918-ci ilin 30 mart 3 aprel tarixləri arasında Bakı şəhərində Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə , Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ digər ərazilərdə Bakı Soveti   daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı görünməmiş vəhşiliklər edib. Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi. Bolşevik-daşnak dəstələrinin bu vəhşilikləri ancaq Bakı ilə bitmir. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran qəzalarında soyqırımı davam etdirmişdilər. S.Lalayanın dəstələri 3-16 aprel tarixdə Şamaxı əhalisinə divan tutdu. Yerli erməni rus-malakan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxıda 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun 1653 nəfəri qadın, 965-i uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə isə əhalisi təxminən 1700 nəfərə enmişdi".

Tədbirdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov çıxış edərək 1918-ci ilin 31 martında azərbaycanlılara qarşı erməni qaniçənləri tərəfindən törədilən soyqırımı aktında həyatlarını itirmiş soydaşlarımızın əziz xatirəsinin heç vaxt yaddaşlardan silinməyəcəyini bildirib: "200 il öncə əzəli əbədi Azərbaycan torpaqlarına köçürülmüş mənfur ermənilər hər cür iyrənc əməllərə əl atıblar. Çox şükürlər olsun ki, sonradan Ulu Öndər Heydər Əliyev azərbaycanlıların mart soyqırımı barəsində 26 mart 1998-ci ildə verdiyi Sərəncamla bu tarix Azərbaycanlıların Soyqırımı Günü kimi tanınmışdır. Çünki tarixi faktlar dəlillər sübut edir ki, həmin vaxt xalqımız azğınlaşmış erməni daşnaklarının qurbanı olmuşdur. Bu yaxınlarda Qubada aşkar olunmuş kütləvi məzarlıq burada insanların hansı vəhşiliklə öldürüldüyünü sübut edən ən tutarlı faktdır". Rayon təşkilatının sədri onu da bildirib ki, ölkə başçısı İlham Əliyev tərəfindən  xalqımızın tarixi həqiqətlərinə başına gətirilən müsibətlərə verdiyi qiymət göstərir ki, dövlətimizin xalqımızın bütövlüyü daima etibarlı əllərdədir.

Tədbirdə çıxış edən digər iştirakçılar da 1918-ci ildə xalqımızın başına gətirilən müsibətlərlə bağlı fikirlərini bildiriblər. Qeyd ediblər ki, ermənilər azərbaycanlılara qarşı həmişə soyqırımı siyasəti yürüdüblər. 31 mart soyqırımı da xalqımıza qarşı erməni vəhşiliyinin bariz nümunəsidir.

 

 

RƏFİQƏ

 

Səs.- 2011.- 31 mart.- S. 7.