İnkişaf edən, gözəlləşən Ağstafa

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla həyata keçirilir

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla yerinə yetirilməsinə dair təhlilin aparılması çərçivəsində mətbuat nümayəndələri regionlara səfərlər edir, inkişaf və tərəqqi proseslərini diqqətlə izləyirlər. Bu dəfə təqdim etdiyimiz  məqalədə biz Ağstafa rayonunda görülən işlər və yeniliklər haqqında ilkin məlumatlarımızı oxucularımıza təqdim edirik. İlk növbədə, bu əsrarəngiz gözəlliyi olan məkana ilk səfər günümüz haqqındakı təəssüratlarımızı bölüşmək istərdik...

 

Dəmiryol stansiyasının bilet kassalarında xoş ovqatla qarşılaşdıq...

 

İnkişaf etmiş yol infrastrukturu sahəsində avtomobil yollarından başqa, Ağstafa rayonunun giriş nöqtələrindən biri dəmir yolu vağzalıdır. Rayonun giriş qapısı sayılan dəmir yolu stansiyasındaca biz insanların gülərüzlüyü qonaqpərvərlikləri ilə rastlaşdıq. İlk dayandığımız yer isə, Ağstafa Dəmiryol stansiyasının bilet kassaları oldu. Buradan respublikanın müxtəlif bölgələrinə getmək üçün nizamlı halda növbəyə düzülmüş vətəndaşlarımızla söhbət etməyə qərarlaşdıq. Onlardan bilet satışında hər hansı bir problemin ya çatışmamazlığın olmasını öyrənmək istədik. Digər yerlərdən fərqli olaraq, bilet alıcıları kassa əməkdaşlarının öz xidmətlərini layiqincə yerinə yetirdiklərini bildirdilər. Ağstafa Dəmiryol stansiyasının bilet kassalarında satışa çıxarılan bilet qiymətlərində  süni artımının olmadığını xüsusilə vurğuladılar. Ümumiyyətlə, stansiyanın bilet satışı sahəsində bütün içlərə xüsusi diqqət ayrıldığının şahidi olduq. Təbii ki, başqa rayonlara olan ezamiyyətlərimizdə bəzi hallarda neqativliklələ qarşılaşsaq da, burada bundan əsər-əlamət belə yox idi. Buna əmin olmaq üçün biz, Ağstafa Dəmiryolu stansiyasının bilet kassalarının Baş Xəzinədarı Famil Əmiraslanova müraciət etdik o, bizi böyük məmuniyyətlə qəbul edərək maraqlandıran suallarımızı verdik. Gülərüz insan təsiri bağışlayan Famil müəllim qeyd etdi ki, burada bilet satışları üzrə çox ciddi nəzarət mövcuddur. Eləcə , vətəndaşların neqativ hallarla qarşılaşacaqları vəziyyətdə yeni yaradılmış qaynar xəttin mövcud olduğunu vurğuladı. Bax, beləcə, biz Ağstafa rayonunda olduğumuz ilk saatlardan etibarən xoş bir ovqatla qarşılaşdıq. İndi isə bu rayonda görülən digər mühüm işlər  barədə məlumatlar toplamaq üçün yolumuza davam etdik... 

 

Sənaye artımı yeni yerləri...

 

Ağstafa rayonu Azərbaycanın qərb bölgəsində yerləşib paytaxtdan xeyli uzaq məsafədə olduğu üçün, təbii ki, buranın sosial-iqtisadi durumunda ara-sıra çətinliklər yaranır. Son illər "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bu rayonda bir sıra tədbirlər planı həyata keçirilmişdir. Buna misal olaraq, "Saloğlu" şirkətlər qrupunu göstərmək olar. Belə ki, bu şirkətin rayonda "Saloğlu" mebel fabriki "Saloğlu" mineral su zavodu fəaliyyət göstərir. "Saloğlu" müəssisəsi Türkiyənin məşhur "GMS" "Çalışkan" mebel fabrikləri ilə sıx əməkdaşlıq edir onlarla mübadiləsi aparır. Hal-hazırda qonşu Gürcüstan Rusiyaya da bu şirkət tərəfindən mebel digər bu kimi məhsullar ixrac edir. Onu da qeyd edək ki,"Saloğlu" mebel fabrikində əhalinin işlə təminatı istiqamətində mühüm tədbirlər həyata keçirilib. Burada 200 nəfərdən artıq işçi çalışır. Yaxın günlərdə yerləri sayının daha da artacağı gözlənilir.

Bundan əlavə, Poylu qəsəbəsində "Riyad" şirkəti tərəfindən inşa olunmuş, təqribən 4 ha sahəni əhatə edən, yerli məhsullardan yüksək vitaminli yem müxtəlif növ spirt istehsal edən müəssisəni qeyd etmək lazımdır. Zavodun ərazisində Poyluda olan çoxsaylı mineral bulaqlardan biri çağlayır. Bu sudan mədə-bağırsaq, öd, sidik yollarının xroniki xəstəlikləri zamanı istifadə olunur.

 

Yerli xammal hesabına yüksək məhsuldarlıq

 

Ağstafa rayonunda Dövlət Proqramına uyğun olaraq yerli xammal hesabına tikinti materiallarının istehsalı əsas diqqət mərkəzindədir. "Çinar" "Mineral" LTD firmaları tərəfindən vulkan külünün hasilatı davam etdirilir. "Çinar", "Akkord", "Altay-Nur" "Daşqır" firmalarının gil-çınqıl karxanaları, Tatlı kəndində yeni istifadəyə verilmiş daş sexi fəaliyyət göstərir. Əhalinin işlə təmin olunması zəminində "Akkord" şirkətlər qrupunun rayonda yaratdığı tikiş fabrikini göstərmək olar. Almaniya Türkiyədən gətirilmiş müasir avadanlığın quraşdırıldığı fabrikdə uşaq, qadın kişi paltarları, idman geyimləri, paltarı tikilir. Orta aylıq əməkhaqqı 300-350 manat təşkil edir. İlkin mərhələdə bir min nəfər işçi cəlb olunmuşdur.

Qeyd edək ki, Çinar" MMC-nin fəaliyyəti getdikcə genişlənir. "Ceyrançöl" MMC əhalidən qəbul olunan südün hesabına məhsulun çeşidini aybaay artırır. Bundan əlavə, növbə ərzində 350 kubmetrdən çox məhsul buraxan qum-çınqıl karxanaları fəaliyyət göstərir. Yuxarıda göstərilənlərdən belə məlum olur ki, Ağstafa rayonunun inkişafı üçün bu ərazidə daxili imkanlar vardır.

Ağstafa rayonunda yem zavodunun tikintisi davam edir. Ağstafa rayon icra hakimiyyətinin məlumatına görə inşa edilməkdə olan yüksək vitaminli yem istehsalı zavodunda tikinti işlərinin 80 faizi yerinə yetirilmişdir. Zavodun tikintisi tam başa çatandan sonra burada 30 min ton vitaminli zülallı yem, 18 min 800 ton lyuks-ekstra spirt, 3 min 600 ton günəbaxan yağı 30 min ton mineral su istehsal olunacağı planlaşdırılır. Artıq zavodun mineral su sexi istifadəyə verilmişdir. Hazırda burada 60 nəfər işlə təmin olunmuşdur. Tikinti işləri tam başa çatandan sonra müəssisədə 1.200 nəfər işlə təmin olunacaqdır.

 

Poçt xidməti yüksək səviyyədədir

 

Ağstafa rayonunda yeni poçt binaları da inşa olunmaqdadır.Kənd əhalisinə yüksək səviyyədə poçt rabitə xidməti göstərmək üçün rayonda bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Rayonun Qırılı Köçəsgər kəndlərində tikilən artıq son tamamlama işləri görülən müasir poçt binaları buna misal ola bilər. Xatırladaq ki, rayonun Dağ Kəsəmən, Poylu, Soyuqbulaq kəndlərində Vurğun qəsəbəsində yeni poçt binaları tikilib istifadəyə verilmişdir.

 

Təhsil sahəsində şagirdlər arasında təlimlər keçirilir

 

Ağstafa rayonun 11 orta məktəbində 22 müəllim 344 şagirdin iştirakı ilə "Ekologiya, ətraf mühit alternativ enerji qurğuları" mövzusunda təlimlər keçirilmişdir. Təlimin təsiri olaraq Ağstafa rayonu Zəlimxan kənd orta məktəbinin 9-cu sinif şagirdi Mollayev Yasin külək generatorunun işlək modelini quraşdırmış "Ümid" HSDM- təqdim etmişdir.

Ağstafa Tovuz məktəbliləri arasında keçirilən "Ətraf mühit, təhlükəsizlik enerji" mövzularını əks etdirən rəsm məqalə müsabiqəsi başa çatmışdır. Müsabiqənin təşkilində məqsəd məktəblilərin ətraf mühit, təhlükəsizlik, enerji üzrə bilik bacarıqlarının dünyagörüşlərinin artırılması olmuşdur.

Gördüklərimizi qələmə aldıqdan sonra yenidən yolumuzu Ağstafa Dəmiryol stansiyasına saldıq bilet almaq üçün kassalara müraciət etdik. Daha sonra inkişaf tərəqqi yolunda uğurla addımlayan bu gözəl diyardan ayrıldıq. Çünki qarşıda bizi uzun yollar yeni-yeni təəssüratlar gözləyirdi...

 

 

RƏFİQƏ KAMALQIZI,

 

RÖVŞƏN RƏSULOV

 

Səs.- 2011.- 5 mart.- S. 6.