Azərbaycan qış turizmi ölkəsinə çevrilir

 

İlham Əliyev: "Şahdağ Turizm Kompleksi ölkəmizdə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaq"

 

Hazırda turizm planetar miqyasda sürətlə inkişaf edən biznes sahələrindəndir. Dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür. Göstərilən xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əmək qabiliyyətli əhalinin 8,1 faizi turizm industriyasında onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur. Bəs Azərbaycanın turizm imkanları necədir, qış turizmi hansı perspektivlər vəd edir. Bu yazımızda bu suallara aydınlıq gətirməyə çalışcağıq.

Zəngin mədəni-tarixi irsə əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial s. inkişafı üçün geniş imkanlar mövcuddur.

Azərbaycanda 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılıb. Beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulub, eyni zamanda, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlib.

2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda ötən dövr ərzində onların sayı 4 dəfə artaraq 370-ə çatıb. Bu obyektlərdə ümumi yerlərin sayı da 2002-ci illə müqayisədə təxminən üç dəfə çoxdur. Bildiyiniz kimi, turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədi ilə 2006-cı ildə Turizm İnstitutu da yaradıldı. Onun nəzdində isə müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılıb.

Əvvəllər Azərbaycanda  cəmi 3-4 turizm şirkəti var idi. Hazırda isə 300-dən çox turizm şirkəti fəaliyyət göstərir. Onlar arasında artıq rəqabət güclənir.

2002-ci ildən başlayaraq, hər il Azərbaycanda beynəlxalq turizm sərgisi təşkil olunur. Görülən kompleks işlərin nəticəsi olaraq ölkəyə gələn turistlərin sayı ilbəil artmaqla yanaşı, ölkədə fəaliyyət göstərən turizm şirkətləri şəbəkəsi genişlənir. Hazırda respublikada 123-dən çox turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstərir.

Bununla yanaşı, turizmin inkişafı turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Son illər Azərbaycanda əldə olunan sosial-iqtisadi irəliləyiş bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə şərait yaradır.

"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ölkədə turizmin rastlaşdığı problemlərin həll olunması turizm sahəsinin daha da inkişafının təmin edilməsi üçün hazırlanıb.

Məlum olduğu kimi, bu il Azərbaycanda "Turizm ili" elan olunub. Hazırda xarici ölkələrdən ölkəmizə turistləri cəlb etmək üçün tədbirlər görülür. Xarici ölkələrdə Azərbaycanın turizm imkanları ilə bağlı ciddi təbliğat aparılır. Bunun, ilk növbədə, ölkəmizin büdcəsinə xeyiri var. Çünki qədər çox turist gələrsə, bir o qədər çoxlu pul ölkəmizdə sərf olunar. Turistlər burada otellərə, restoranlara, mağazalara külli miqdarda pul xərcləyirlər.

Azərbaycan üçün turizmdə ən böyük bazar Rusiya keçmiş SSRİ respublikaları ola bilər.

Cənub ölkələrindən isə turistlər əsasən qış turizminə üstünlük verirlər. Azərbaycanda bu sahədən gəlir götürmək üçün böyük imkanlar var. İndiyədək bizdə qış turizmi yox idi, turizm yalnız yay mövsümünə uyğun qurulurdu. İndi isə, Şahdağda böyük bir qış turizm kompleksi yaradılır.

Yeri gəlmişkən, srağagün Azərbaycan Prezidenti İlham Əliyev idmanın turizmin inkişafı istiqamətində həyata keçirilən geniş infrastruktur layihələrindən biri olan Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli kanat xizək enişinin açılışında iştirak edib.

Dövlət başçısının da qeyd etdiyi kimi, bu dağ-xizək kurortunun fəaliyyətə başlaması nəticəsində burada minlərlə yeni yerləri açılacaq, insanlar işlə təmin olunacaq, yaxşı maaş alacaqlar. Gerçəkdən, şimal zonasının inkişafı üçün bu kurortun çox böyük önəmi var. Qusar, Quba ətraf rayonlarda yaşayan vətəndaşlar işlə təmin olunacaq, burada ən yüksək xidmət təşkil ediləcək. Kompleksdə müasir hotellər, əyləncə yerləri tikilir.

Prezident qeyd edib ki, bu kompleksin yaradılma üçün dünyanın ən qabaqcıl təcrübəsi öyrənilib, ən inkişaf etmiş ölkələrin dağ-xizək imkanları araşdırılıb burada ən qabaqcıl texnologiyalar, ən gözəl təcrübə tətbiq olunur.

Qeyd edək ki, Şahdağ Qış-Yay Turizm Kompleksinin inşasına 2009-cu ilin sentyabrında başlanılıb. Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə Qusar şəhərindən 30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksində inşaat işləri yüksək standartlara uyğun olaraq həyata keçirilir. Tikinti işlərinin gedişinə Mədəniyyət Turizm Nazirliyi nəzarət edir.

Şahdağ Milli Parkının ərazisində salınan bu kompleksin tikintisi ölkəmizdə dağ xizək digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaq. Kompleksdə tikinti işlərini yerli xarici mütəxəssislərdən ibarət briqadalar yerinə yetirirlər.

Qeyd edək ki, bu ilin sonuna qədər artıq bu gözəl kurortun açılışı gözlənilir. Əslində, bu, böyük tarixi hadisədir. İlk dəfə olaraq Azərbaycanda dağ-xizək kurortu yaradılır. Birinci mərhələdə bütün investisiyalar dövlət tərəfindən qoyulur. Yollar, elektrik, qaz, su xətləri, infrastuktur, birinci mehmanxana dövlət tərəfindən yaradılır. Şübhə yoxdur ki, gələcək illərdə burada əlavə investisiyalar qoyulacaq. Nəticədə Azərbaycan dünyada həm qış turizmi ölkəsi kimi tanınacaq.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 3 mart.- S. 3.