Koroğlu" dastanı Azərbaycan gürcü dillərində

 

Gürcüstan Elmlər Akademiyasında "Koroğlu" dastanının Azərbaycan gürcü dillərində nəşrinin təqdimat mərasimi keçirilib.

Kitab Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə Tbilisinin "Universal" nəşriyyatında işıq üzü görüb. "Ön söz"ün müəllifi Azərbaycanın Gürcüstandakı səfiri, professor Namiq Əliyev, gürcü dilinə tərcümə edən Zezva Medulaşvili, layihənin müəllifi nəşrin rəhbəri Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri, şair Rafiq Hümmətdir.

Təqdimat mərasimində çıxış edən Gürcüstan Elmlər Akademiyasının prezidenti Tamaz Qamkrelidze, akademik Roin Metreveli bu nəşrin çox maraqlı kitab olduğunu Azərbaycan gürcü dillərində işıq üzü görməsinin təqdirəlayiqliyini vurğulayıblar. Dastanın gürcü dilinə tərcüməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan xalqının Koroğlu adlı qəhrəmanı Qafqazın ümumi qəhrəmanıdır. Onun xatirəsinə, qəhrəmanlığına Gürcüstanda da ehtiram bəsləyirlər. Gürcüstanda Koroğlunun adını daşıyan xeyli toponim mövcuddur. Tbilisi yaxınlığında, Qocoridə Koroğlu qalası vardır. Bu, təsadüfi deyildir. Çünki Koroğlu bir qəhrəman kimi müstəqillik, azadlıq uğrunda mübariz olaraq həm öz xalqı, həm gürcülər tərəfindən sevilir.

 Tədbirdə bu kitabın işıq üzü görməsində əməyi olanlara, ilk növbədə, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevə təşəkkür ifadə olunub. Səfir Namiq Əliyev səmərəli əməkdaşlığa görə Elmlər Akademiyası rəhbərliyinə təşəkkür edərək, "Koroğlu" dastanının iki dildə nəşr edilməsinin Azərbaycan-gürcü ədəbi əlaqələrinin, Azərbaycan-Gürcüstan dostluğunun daha da dərinləşməsinə, həmçinin, iki dili öyrənmək istəyənlərə töhfə olacağını söyləyib.

Məşhur akademiklər Marika Lordkipianidze, Kuça Kvarasxelia, Zaza Aleksidze, David Musxelişvili, Quram Tevzadze, Quram Lordkipianidze, akademiyanın vitse-prezidenti parlamentin vitse-spikeri Fridon Todua, mühacirətdə olan Suxumi Universitetinin professoru İndira Dzaqania, İranın Gürcüstandakı səfiri Məcid Sabir, "Varlıq" mədəniyyət mərkəzinin əməkdaşı Tapdıq Yolçu, tərcüməçi Zezva Medulaşvili başqaları tədbirdə çıxış edərək, bu kitabın gürcü tərcümə ədəbiyyatında layiqli yer tutacağına əmin olduqlarını vurğulayıblar. Natiqlər gürcü dastanlarının da Azərbaycan dilinə tərcümə olunmasını arzu ediblər.

Mərasimdə Elmlər Akademiyasının vitse-prezidenti, parlamentin vitse-spikeri Fridon Toduanın bu kitabın mükafata təqdim olunması barədə təklifi dəstəkləyib.

 

 

Zümrüd

 

Səs.- 2011.- 3 mart.- S. 12.