Aşıq Əli Quliyevin 60 illik yubileyi

 

Martın 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət Turizm Nazirliyi Aşıqlar Birliyinin təşkilatçılığı ilə Əməkdar mədəniyyət işçisi, aşıq Əli Quliyevin 60 illik yubileyinə həsr olunmuş konsert keçiriləcəkdir. Ə.Quliyev 15 il H.Bozalqanlı adına Aşıqlar Muzeyinin direktoru vəzifəsində çalışmış, respublikanın ilk rəsmi aşıq muzeyinin rəhbəri vəzifəsinin məsuliyyətini şərəflə daşımışdır. Aşıq kimi fəaliyyəti dövründə keçirilmiş bütün Aşıqlar Qurultayının nümayəndəsi olmuş 35 şagird yetişdirmişdir. Əli Quliyev həm sovet dövründə, həm müstəqillik illərində İran, İraq, Türkiyə, Hollandiya, Belçika b. ölkələrdə, habelə, keçmiş SSRİ-nin ayrı-ayrı respublikalarında düzənlənmiş beynəlxalq miqyaslı festival simpoziumlarda uğurla çıxış etmiş, laureat adı qazanmışdır.

 

 

Zümrüd

 

Səs.- 2011.- 3 mart.- S. 12.