"Türkmənşəli erməni soyadları" kitabı nəşr edilib

 

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunmuş "Türkmənşəli erməni soyadları" kitabın müəllifləri filologiya elmləri doktoru, professor Hüseyn İsmayılov, fəlsəfə doktoru Əziz Ələkbərli etnoloq Elbrus Qaraqoyunludur. Kitab ermənilərin genetik kimliyi, Azərbaycan-türk mədəni çevrəsinin bu etnosun dilinə, düşüncəsinə, mədəniyyətinə təsiri, dil əlaqələri s. məsələlərə işıq salır. Kitabda 434 müasir erməni soyadının birbaşa Azərbaycan mənşəli olması, təkcə dil faktı ilə deyil, həm tarixi arqumentlərlə əsaslandırılır. Sübut olunur ki, erməni mətbəxi, erməni musiqisi, erməni folkloru s. anlayışlar özününküləşdirilmiş Azərbaycan milli-mədəni dəyərlərini ehtiva etdiyi kimi, onun advermə sistemi birbaşa Azərbaycan dilindən alınmadır. Bu soyadlar həm , ermənilərin bir toplum kimi formalaşmasında türk etnosunun (o cümlədən, azərbaycanlıların onların ulu babalarının) böyük rolunu göstərir. Kitabın redaktoru filologiya elmləri doktoru, professor İsrafil Abbaslı, rəyçiləri filologiya elmləri doktoru, professor Buludxan Xəlilov dilçi alim Sərlan Həsənovdur.

 

 

Zümrüd

 

Səs.- 2011.- 3 mart.- S. 12.