Kitabxanaların informasiyalaşdırılması
davam etdirilir
Kürdəmir rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin veb-saytı yaradılıb
Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət
Proqramı"nın icrasını təmin etmək məqsədi
ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
kitabxanaların informasiyalaşdırılması işi davam
etdirilir. Bu günlərdə Kürdəmir rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin veb-saytı yaradılmış, Elektron kataloq
və Elektron kitabxanaları oxucuların istifadəsinə təqdim
edilmişdir.
Mədəniyyət və
Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,
Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin
(http://www.kurdemir-mks.az) veb-saytında "Kürdəmir
rayonu" bölməsində rayon haqqında ətraflı məlumat
yerləşdirilmişdir.
"Tanınmışlar"
bölməsində rayonun tanınmış ziyalıları
haqqında məlumatlar və onların fotoşəkilləri
daxil edilmişdir. Veb-saytın "Muzeyimizin
eksponatları" bölməsində Kürdəmir rayon
Tarix-Diyarşünaslıq Muzeyində mühafizə edilən
və istifadəçilər marağına səbəb
olacaq eksponatların fotoşəkilləri və hər bir
eksponat haqqında məlumatlar öz əksini tapır.
"Nadir kitablar"
bölməsində "Kitab abidələri haqqında" Əsasnaməyə
uyğun olaraq hazırlanmış, dövlət reyestrinə
daxil edilmiş və rayon Mərkəzi Kitabxanasında
saxlanılan nadir və unikal kitablar haqqında məlumat təqdim
edilir.
Kitabxananın
veb-saytında kitabxana tərəfindən keçirilən tədbirlər,
yeni kitablar, kitabxana-informasiya sahəsinə dair qanunvericilik sənədləri
yerləşdirilmişdir.
Kitabxanada oxucuları istifadəsinə
verilmiş Elektron kataloqda Kürdəmir rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin fonduna yeni daxil
olmuş Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"
2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə nəşr edilmiş və kitabxanalara hədiyyə edilmiş kitablar yerləşdirilir.
Bu elektron bazada kitabları 3-5 açar sözə görə axtarış imkanı yaradılmışdır.
Zümrüd
Səs.- 2011.- 2 mart.- S. 12.