Bakıətrafı qəsəbə kəndlərin sosial-iqtisadi mədəni siması xeyli dəyişib

 

Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirədə səslənən fikirlər Bakı və Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafının təzahürüdür

 

Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin Sədrliyi ilə ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirədə bir çox önəmli və vacib məsələlər müzakirə olundu. Müşavirədə səslənən problem və fikirlərə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə bildirdi ki, ölkəmizdə aparılan geniş quruculuq işləri hər birimizi sevindirir. Bu baxımdan  Bakı və Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı bu amillərin bariz nümunəsidir:

- Bu gün ölkəmiz inkişaf edir, güclənir. Bu, özünü həm statistik göstəricilərdə göstərir, eyni zamanda, biz bu müsbət dəyişiklikləri gündəlik həyatda da görürük. Həm Bakı şəhərində, həm bütün şəhər rayonlarımızda çox böyük quruculuq abadlıq işləri aparılır. Bütün bu quruculuq inkişafa ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu məqsədyönlü siyasəti nəticəsində nail olunur. Ümummilli Liderimiz Heydər Əliyev Onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev Azərbaycanın bütünlüklə inkişafının həmişə tərəfdarı olub. Müşavirədə  dövlət başçısı bu inkişafın təməlində uğurlu iqtisadi siyasi islahatlar, Azərbaycanda aparılan uğurlu neft siyasətinin dayandığını söylədi: "Bu siyasət bizə imkan verdi ki, böyük maliyyə resursları yaradaq onları çox böyük səmərə ilə iqtisadiyyata yönəldək ki, həm insanların rifah halı yaxşılaşsın, həm ölkəmizin inkişafı uğurlu uzunmüddətli olsun. Azərbaycanda son yeddi il ərzində iqtisadiyyat təxminən 3 dəfə, büdcə xərcləri 12 dəfə artmışdır, yoxsulluq 4,5 dəfə, işsizlik kəskin şəkildə azalmışdır. Yəni, hər bir ölkənin iqtisadi sosial göstəricilərini nümayiş etdirən əsas rəqəmlər bizim inkişafımızı əyani şəkildə sübut edir".

Onu da vurğulamaq lazımdır ki, bu inkişaf respublikamızın regionlarının inkişafı ilə yanaşı, paytaxt Bakı şəhərində nəzərə çarpmaqdadır. Çünki Bakı paytaxt şəhəri olmaqla bu inkişafın önündə gedir. Bu baxımdan, ölkə Prezidentinin Sədrliyi ilə Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə paytaxt Bakımızın onun ətraf kəndlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan bir çox işlərlə bağlı fikirlər söylədi: "Bununla bərabər, biz Bakı şəhərinin inkişafına da çox böyük diqqət göstəririk. Bakı bizim paytaxtımızdır, dünyanın ən gözəl şəhərlərindən biridir əlbəttə, Bakıya göstərilən diqqət qoyulan vəsait şəhərimizin inkişafı üçün müsbət rol oynamışdır. Ancaq məqsədimiz ondan ibarət idi ki, rayonlarla Bakı arasındakı fərqi azaldaq biz buna müəyyən dərəcədə nail ola bilmişik. Əgər bu gün hələ bu fərq kifayət qədər böyükdürsə, bunun səbəbi onda deyil ki, regionlar inkişaf etmir. Bunun səbəbi ondadır ki, Bakı şəhəri son bir neçə il ərzində çox sürətlə inkişaf etmişdir".

Qeyd edim ki, Azərbaycanda, həmçinin Bakıda sovet hakimiyyəti dövründə bir çox arxitektur binalar, abidələr tikilsə həmin dövrdə müəyyən qədər diqqətsiz qalmaqda idi. Lakin müstəqil Azərbaycanımızın ilk günlərindən bu günə kimi, həmin abidələr memarlıq əhəmiyyətli binalar bərpa olunaraq, yenilənməyə başladı. Bu gün Bakı daha çox inkişaf etmiş ölkələrin şəhərlərindən geri qalmayan paytaxta  çevrilib. Belə ki, müasir tələblərə cavab verən yüksək səviyyəli parklar salınır, abidələr qoyulur. İnfrastruktur yeniləşir, küçə meydanlar yenidən abadlaşır. Bütün bunlar Bakıya xarici turistlərin cəlb olunmasına imkan verir. Həmçinin, paytaxt Bakımızda yeni yaşayış massivlərinin salınması da şəhərimizin gözəlliyinə gətirib çıxarır.  Eyni zamanda, Bakının keçmiş "Sovet" küçəsi, "Xutor", "Kubinka" deyilən ərazilərin yenidən qurulması üçün layihələr hazırlanır. İnanırıq ki, bir neçə ildən sonra həmin ərazilərin Bakının gözəl mərkəzlərindən birinə çevriləcəkdir. Eyni zamanda, Bakı bu gün müasir obyektlərin tikildiyi bir məkan kimi qəbul edilir. Belə ki, Heydər Əliyev Mərkəzinin tikintisi tək Azərbaycanın deyil, bütün dünyanın diqqətində olan böyük bir memarlıq nümunəsidir. Eyni zamanda, Prezidentin müşavirədəki çıxışında maraqlı məqamlardan biri , bu gün şəxsi evlərin qeydiyyata alınması üçün dövlət tərəfindən bütün prosedurların sadələşdirilməsi məsələsidir. Prezident tərəfindən müvafiq tapşırıqlar verildi. On minlərlə insan özünün tikdirdiyi evi çox az sənədlər vasitəsi ilə qeydiyyata aldıra biləcəkdir:

Bütün bunların hamısı göstərir ki, Azərbaycan, konkret olaraq, Bakı şəhəri daim ölkə Prezidentinin diqqətindədir. Beləliklə , Bakının inkişafı Azərbaycanın inkişafı ilə bağlı olacaqdır.

Ümumiyyətlə, bu gün Bakının, Bakıətrafı qəsəbə kəndlərin sosial-iqtisadi mədəni siması görülən abadlıq işləri sayəsində xeyli dəyişmiş, dinamik davamlı inkişafın əsası qoyulmuş, başqa sözlə, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə çevrilməsi prosesi baş vermişdir. Bu isə görülmüş görüləcək işlər sahəsində, sözün həqiqi mənasında, əsil sıçrayış deməkdir.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 12 mart.- S. 4.