Avropa məkanında vahid miqrasiya sistemi yaradılır

 

Rəbiyyət Aslanova: "Dağlıq Qarabağ məsələsində status-kvonun qalması qaneedici deyil"

 

- Rəbiyyət xanım, ATƏT-in Parlament Assambleyası ilə Demokratik Təsisatlar İnsan Haqları Bürosu arasında gərginlik yaşanmaqdadır. Bu gərginliyin, qarşıdurmanın əsas səbəbi ilə bağlıdır?

- Bu qarşıdurmanın kökündə müxtəlif ölkələrdə keçirilən bu ya digər seçkilərə  bu iki təşkilatın ortaya fərqli yanaşma qoyması dayanır. Parlament Assambleyası ilə DTİHB-in hazırladığı hesabatlar arasında həmişə kəskin fərqlər olur indi belədir. Bu isə nəticə etibarilə xoşagələn hal deyil, yəni, konkret bir seçimlə əlaqədar olaraq,  bu iki təşkilatın ortaq mövqeyə gələ bilməməsi əslində ATƏT-in özünün nüfuzuna ciddi ziyan vurur. Axı necə ola bilər ki, bir təşkilatın bir qurumu seçkilərə bir cür, o biri qurumu başqa cür qiymət versin ya verir? Bu, artıq ATƏT-ə üzv olan ölkələrin bu təşkilatdakı nümayəndə heyətlərinin üzvlərində ciddi  narahatlıq yaradır.

- Rəbiyyət xanım, qurumda-status-kvonu saxlamaq məsələsi gündəmə gətirilib. Bu, dərəcədə qəbulediləndir?

- Mənim üçün bu gün Dağlıq Qarabağ  məsələsində status - kvonun qalması qaneedici deyil. Mən bu problemin həlli üçün ATƏT-i, onun Parlament Assambleyasını seçmişəm Dağlıq Qarabağ münaqişəsinin çözümü ilə əlaqədar burada öz həmkarlarımdan konkret münasibət, məsələnin gündəmə gətirilməsini istəyirəm. Moldova məsələsi, Kosovo məsələsi, Gürcüstan problemi müzakirə olunub, amma nədənsə mənim məsələnin - Dağlıq Qarabağ məsələsinin üzərindən sükutla keçilir. Bu, qədər reallığa gerçəkliyə uyğundur? Yəni, siyasi nüfuzunu bərpa etmək arzusunda olan bir qurum öz məkanındakı problemlərə, xüsusilə, münaqişəli problemlərə konkret münasibət bildirməli, onun üstündən sükutla keçməməlidir. Ona görə sözügedən qurumun Parlament Assambleyasında ATƏT-in rolunun, nüfuzunun artırılması ilə əlaqədar digər ölkələrin nümayəndələri öz mövqelərini ortaya qoydular.

- Konkret olaraq, hansı ölkələrin nümayəndələri hansı ölkələrlə bağlı mövqelər?

- Məsələn, burada Belarusla - oradakı sonuncu prezident seçkiləri ilə bağlı çox kəskin mövqe ortaya qoyuldu. Qeyd edim ki, bu məsələdə fikir ayrılıqları özünü büruzə verdi. Amma birmənalı şəkildə Belarusa qarşı kəskin mövqelər sərgiləndi. Bununla belə, həmin kəskin mövqelərdən, təzyiq elementlərindən irəli gələn konkret nəticələr yenə özünü göstərmədi. Xüsusilə, Rusiya Belarusa qarşı sərgilənən mövqelərin, təzyiqlərin əleyhinə çıxdı bəyan etdi ki, əgər bu ölkə bu məkana üzv olubsa, ona ancaq yardım etmək lazımdır. Ona qarşı bu cür aqressiv çıxış etməyə, mövqe sərgiləməyə ehtiyac yoxdur.

- Yeri gəlmişkən, ATƏT məkanına aid olan ölkələrdə, xüsusilə, Qərb ölkələrində zaman-zaman buraya köç edən miqrantlarla bağlı bir narahatçılıq təşviş yaşanmaqdadır.

- Bu məsələ elə ATƏT Parlament Assambleyasının qış sessiyasında da gündəmə gəldi hiss olunurdu ki, bunlar, xüsusilə, Afrika, Yaxın Şərq Asiya ölkələrindən gələn miqrantlardan, bu dalğadan bir qorxu hissi yaşayırlar. Onlar gələcəklər, çünki bir sıra ölkələr artıq öz sərhədlərini açıblar, viza rejimini yüngülləşdiriblər. Yəni, Avropa bu dalğaya hazır olmalıdır. Yadıma Umberto Bekonun məşhur bir ifadəsi düşür: "Üçüncü dünya artıq Avropanın qapılarını döyməkdədir. Siz istəsəniz , istəməsəniz onlar bu qapılardan  içəri girəcəklər". Mən deyirəm ki, siz bu gün o qapıları açasınız, o insanları normal şəkildə qəbul edəsiniz. Başqa cür mümkün deyil, ola da bilməz. Üçüncü dünya ölkələrində gedən prosesləri Avropa ölkələri görürdülər, görürlər "qızıl milyardlarla" qalan milyardlar arasındakı o kəskin fərqi gözəl bilirdilər bilirlər. Vaxtında bunun üçün tədbir görülmədiyinə görə, indi o axın gəlməkdə davam edəcək bununla əlaqədar artıq Avropa, ATƏT öz mövqeyini ortaya qoymalıdır. Özü , bu, birinci dalğa deyil, bu dalğalar hər zaman olub olacaq. Onu da qeyd edim ki, ATƏT, Avropa məkanına yeni miqrantlar ordusunun gəlməsi ilə əlaqədar çox çevik bir taktika hazırlamalıdırlar.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 12 mart.- S. 10.