Qısa zamanda Dağlıq Qarabağ işğaldan azad edilə bilər
Elşad Mirbəşiroğlu: "Çünki Azərbaycanın
hərbi, siyasi və iqtisadi potensialı Ermənistandan qat-qat
üstündür"
- Müharibə başlayarsa, sizcə, Azərbaycan
işğal altında olan ərazilərini hansı zaman kəsiyində
azad edə bilər?
- Əminliklə deyə
bilərəm ki, əgər müharibə başlayarsa,
qısa bir zaman ərzində Azərbaycan işğal
altında olan ərazilərini, azad edəcək. Çünki
Azərbaycanın hərbi, siyasi və iqtisadi potensialı Ermənistandan
qat-qat üstündür. Bu günlər,
işğalçı ölkə olan Ermənistan hərbi
heyət saxlamaq gücündə deyil. Hətta
işğalçı dövlət hərbdə şəxsi
heyəti xaricdən alınan qrantlar və ianələrin
köməyi ilə saxlayır. Eyni zamanda, Ermənistan
işğal etdiyi torpaqları da öz gücünə saxlaya bilmir. Azərbaycanın hərbi büdcəsi, Ermənistanın
dövlət büdcəsini üstələyir. Bu da Azərbaycanın
kifayət qədər böyük hərbi potensialı
olduğunu sübut edir. Bir sözlə, ölkəmizdə
artıq peşəkar ordu
formalaşmışdır. Bildiyiniz kimi, Prezident
İlham Əliyev də dəfələrlə öz
çıxışlarında qeyd edib ki, biz sadəcə
olaraq, beynəlxalq hüququn prinsiplərini üstün
tutaraq, dünya ictimaiyyətinin sülh
çağırışlarına cavab verərək, bu danışıqları davam
etdiririk. Təbii ki, Dağlıq Qarabağ münaqişəsi
ətrafında aparılan bu danışıqlar bir nəticə
vermədiyi halda, tez bir zaman ərzində
hərbi yola ət ataraq, öz torpaqlarımızı
işğaldan azad edəcəyik.
- Rusiyanın Ermənistanla hərbi əməkdaşlığı
mövcuddur. Müharibənin gedişində Rusiyanın
Ermənistana hərbi
yardımı baş tuta bilərmi?
- Hər zaman Rusiya Ermənistana hərtərəfli hərbi yardım göstərib. Bu gün Ermənistanın ordusunda silah və əsgəri heyət mövcuddursa, bu, Rusiyanın hesabınadır. Ümumiyyətlə, Ermənistan təkbaşına Azərbaycanla heç bir halda hərbi sahədə rəqabət aparmaq gücünə malik deyil. Rusiya Azərbaycan-Ermənistan arasında hərbi potensialdakı uçurumu görərək, burada vəziyyəti nisbətən balanslaşdırmağa çalışır və işğalçı ölkəyə öz köməkliyini edir. Bir məsələni də qeyd etmək istərdim ki, Rusiya ilə Azərbaycan arasında da kifayət qədər isti münasibətlər mövcuddur. Hesab edirəm ki, Rusiyanın rəsmi dairələri də görür ki, Azərbaycan Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll etməyə çalışır. Burada sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, Azərbaycan öz ərazilərində hərbi əməliyyatlar aparmaq gücündən istifadə edəcəkdir. Bəli, Ermənistanla Rusiya arasında hərbi müqavilə mövcuddur və əgər Ermənistanın ərazilərinə hər hansı xarici müdaxilə olarsa, Rusiya bu istiqamətdə köməyini əsirgəməyəcəkdir. Amma Rusiya çox gözəl bilir ki, işğal altında olan ərazilər Ermənistana məxsus deyil. Əgər Azərbaycan öz ərazilərini işğaldan azad edərsə, bu, Rusiya Ermənistan ərazisi kimi qəbul olunmamalıdır. Bu halda Rusiya ilə Ermənistan arasındakı həmin saziş qəbul olmayacaqdır.
GÜLYANƏ
Səs.- 2011.- 12 mart.- S. 10.