1995-ci ilin
13-17 mart hadisələri...
Dövlətçiliyə qarşı xəyanətin
qarşısı müdriklik və qətiyyətlə
alındı
Bu gün müstəqilliyimizin
bərpası və onun qorunub saxlanılması,
torpaqlarımızın bütövlüyü,
toxunulmazlığı istiqamətində atılan vacib,
mühüm addımlar, dövlətimiz tərəfindən
aparılan uğurlu islahatlar, ardıcıl olaraq keçirilən
demokratik seçkilər, əhalinin güzəranının
yaxşılaşmasına xidmət edən uğurlu amillərdəndir.
Özündə vətəndaşlıq məsuliyyəti
hiss edən hər bir soydaşımıza məlumdur ki,
dövlətçiliyimizin azadlığı və müstəqilliyinin
qorunub saxlanması, inkişaf etməsi bir sıra çətin
yollar hesabına başa gəldi.
Bu
ağrılı-acılı yolda xalqımızın bir
çox ləyaqətli övladları ölkəmizin
müstəqilliyi, onun yenidən itirilməməsi uğrunda
öz canlarından keçdilər. Lakin müstəqilliyimizin
əldən verilməsi üçün tək xaricdən
yox, daxildən də canfəşanlıq edənlər
mövcud idi. Bir tərəfdən erməni-faşist daşnaklarının işğalçılıq
üzərində qurulmuş təcavüzkar siyasəti, digər
tərəfdən də ac qurdlar kimi dövlətçiliyimizi
parçalamağa cəhdlər göstərən xarici
qüvvələrin məkrli planları, bir yandan da şəxsi
mənafeləri və hərislikləri ilə onlara
qoşulan, dedikləri ilə oturub-duran yerli cinayətkar
ünsürlərin özbaşınalığı müstəqilliyimizi
ciddi təhlükə qarşısında qoyurdu. Bu olaylarla əlaqədar
Ulu Öndər Heydər Əliyev 1995-ci il martın 15-də Azərbaycan
dövlət televiziyası və
radiosu ilə xalqa etdiyi tarixi müraciətində vətənimizə
müstəqilliyimizə qarşı olan təzyiqlərin təkcə
ayrı-ayrı dairələrin təzyiqi
olmadığını vurğulamışdı: "Müstəqilliyimizə
qarşı olan təzyiqlər təkcə ayrı-ayrı
dairələrin təzyiqləri deyil. Təəssüf ki, Azərbaycanın
öz içərisindən çıxan adamların, vəzifə
hərislərinin də dövlət müstəqilliyimizə
zərbə vurmaq cəhdlərinin şahidlərisiniz".
Əlbəttə ki, xalqımız belə cəhdlərin bilavasitə şahidi oldu. Və nə yaxşı ki, Ulu Öndər bu cəhdlərin qarşısını vaxtında öz müdrikliyi, uzaqgörənliyi və qətiyyəti ilə almağa müvəffəq oldu. Bəlkə də sözügedən hadisələrin, mart olaylarının üstündən aylar-illər ötməsinə baxmayaraq, həmin hadisələrə barmaqarası baxanlar da tapılır. Onlar bu gün özlərini "xalqın adından danışan müxalifətçilər" qismində təqdim etsələr də, ən azından özlərini, eyni zamanda, olmuş həqiqətləri, tarixi unudan nankorlardan başqa heç nəyə yaramayanlardırlar. Ancaq həmin ünsürlərin unutqanlığı heç nəyi həll etmir. Çünki hər şeydən əfzəl unutmayan xalq məfhumu mövcuddur. XALQ UNUTMUR! Məhz bu səbəbdən də tarixi xatırlamaq lazımdır, qoy indiki nəsillər bilsinlər ki, müstəqilliyimizin yolları heç də hamar olmayıb, dövlətçiliyimizin formalaşması rahat şəkildə qurulmayıb. Bu mühüm işlərdə də irəliləyişimizə mane olanlar, badalaq gələnlər də ortaya çıxıb, "at oynatmaq" istəyiblər. Onların bəd, çirkin, xəyanətkar əməlləri baş tutmadı. 1995-ci ildə mart hadisələrinin törədilməsində, qanlı olayın vətəndaşların narahatçılığına səbəb olmasında özlərini ictimaiyyətə "məğlubedilməz" kimi sırıyan Cavadov qardaşları və onların xarici-daxili havadarları xüsusi canfəşanlıq göstərdilər. Onlar Xüsusi Təyinatlı Polis (XTPD və ya "OMON") Dəstəsindən istifadə edərək öz çirkin, məkrli çevriliş xislətlərini reallaşdırmağa cəhd göstərməkdəydilər. Onlar özlərini "universal silahlı qüvvə", "hərbi güc" adlandırır, heç kəslə hesablaşmaq istəməyərək, yalnız öz dediklərini yürütmək planlarını güdürdülər. Qan-qan deyərək ixtilaflar hesabına, mənasız və yersiz hərəkətlərlə vətəndaşlara "xox" gəlmək, qorxutmaq, bununla da çirkin siyasətlərini həyata keçirmək xəyalında olan "OMON"-çular get-gedə daha da harınlaşır, qızışıb özlərindən çıxırdılar. Onu da xatırladaq ki, hələ müstəqillik əldə etdiyimiz ilk illərdə, yəni AXC-Müsavat hakimiyyətinin hərc-mərclik dövründə, səriştəsiz adamların hakimiyyətdə olduqları zamanlarda belələrinə "qaşın üstdə gözün var" deyən tapılmırdı. Məhz bu səbəbdən, "cavadovlar silahlı qruplaşması" elə zənn edirdilər ki, belə bir vəziyyəti yenidən yaratmaq mümkündür. Hamı onların sözü və əmrləri ilə oturub-durmalı, hər kəs "OMON" adı gələndə bu silahlı quldur dəstəsinə təzim etməliymiş. Ancaq bir həqiqəti unutmuşdular ki, artıq zaman o zaman deyil, hakimiyyət də AXC-Müsavat iqtidarı deyil...
Xalqın yekdil arzu və tələbiylə Azərbaycanın müdrik oğlu, böyük siyasətçi, təcrübəli dövlət xadimi Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra, O, canı qədər sevdiyi Azərbaycanı düşdüyü bu kimi bəlalardan xilas etdi. Eyni zamanda, Ulu Öndər Heydər Əliyev müdriklik göstərərək yolundan azmışlara, xalqı-milləti əzab-əziyyətlərə, vahiməyə salanlara düz yol, işıqlı gələcək göstərdi, onları bu cür çirkin oyunlardan çəkindirmək istədi. Ulu Öndər onlara müraciətində dedi: "Mən 8-ci Kilometr qəsəbəsində yerləşən Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvlərinə bir daha müraciət edirəm. Onlara təklif edirəm: bütün niyyətlərdən əl çəkin, silahı yerə qoyun, ev-eşiyinizə gedin, sizin bütün təhlükəsizliyiniz təmin olunacaqdır. Əks-təqdirdə, dövlətin qanunları tətbiq ediləcəkdir". Bəli, müdrik rəhbər öz böyüklüyünü, humanistliyini, qarşıdurma yaratmaq istəyindən uzaq olmağını bütün dünyaya göstərdi. Lakin təəssüf ki, Cavadov qardaşları və onların havadarları haqq-ədalət yoluna qayıtmadılar. Qayıtmadılar ona görə ki, onların lüzumsuz iddiaları "böyük" idi. İzaha ehtiyacı olmayan bir həqiqətdir ki, xalqımızın tarixində qara ləkə kimi görünən 17 mart hadisələri Azərbaycanın dövlətçiliyinə, onun müstəqilliyinə qrşı yönəlmiş birbaşa qəsd idi. Yuxarıda qeyd etdiyimiz kimi, bu xoşagəlməz, arzuolunmaz, xalqın nifrət və qəzəbinə düçar olmuş üzdəniraq olayları dəstəkləyənlər də vardı. Məlumdur ki, bu hadisələr öz başlanğıc mənbəyini Qazax və Ağstafa rayonlarından götürmüşdü. Bunun da bir sıra məqamları mövcuddur. Xatırladaq ki, Xüsusi Təyinatlı Polis Dəstəsinin bir bölməsi Qazax rayonunda yerləşirdi. Özlərini polis, asayiş qoruyucuları adlandıran bu harınlamış, qudurğanlıq həddinə çatmış qüvvələr heç kimlə hesablaşmırdılar. Nə yerli icra hakimiyyətinin, nə hüquq-mühafizə orqanlarının işçilərinin dediklərinə məhəl qoyurdular. Bu azğınlaşmış, haqqın, ədalətin, yolundan sapmış qüvvələrin törətdikləri əməllər öz acı nəticələrini verdi. Haqlı cəzalarına çatmış Cavadov qardaşları və Azərbaycanın müstəqilliyini istəməyən qara qüvvələr çalışırdılar ki, Elçin Əmiraslanovun dəstələri respublikanın qərb bölgəsində bir xaos, hərc-mərclik yaratsınlar. Ona görə də istəyirdilər ki, bu gərginlikdən, dərəbəylikdən istifadə edib Bakıdakı havadarlarını, qaragüruhçuları ayağa qaldırsınlar. E.Əmiraslanovun rəhbərlik etdiyi silahlı quldur birləşmələri icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər işçilərinin səriştəsizliyindən istifadə edərək, Qazax- Ağstafa rayonlarında bir sıra strateji obyektləri ələ keçirməyə çalışdılar. Cəhdin ilk günləri onlar bir sıra strateji obyektləri, o cümlədən, icra hakimiyyətinin, polis-rabitə şöbələrinin inzibati binalarını tutmuşdular. Bununla da, necə deyərlər, onların ağızlarında dad qalmışdı. Onlar sonradan daha da azğınlaşaraq, Cavadov qardaşlarının rəhbərliyi ilə XTPD üzvlərinin cəbhə bölgəsindən kənarlaşdıraraq, Bakıya gətirmişdilər. Artıq bu gərginlik Bakıya keçmişdi. Bu azğınlaşmış dəstə və onlara qoşulanlar 8-ci kilometr qəsəbəsində yerləşən idman bazasını seçib orada "düşərgə-qərargah" salmışdılar. Özlərini "məğlubedilməz" hesab edərək, buradan hakimiyyətlə güc dilində danışmağa cəhd etməyə başlamışdılar. Hakimiyyətə yersiz hədə-qoxular gələrək, öz lüzumsuz istəklərinə nail olmağa çalışan həmin qaragüruhçular nə ilə nəticələnəcək olayların fərqinə belə varmırdılar. Müstəqilliyimizə və dövlətçiliyimizə qarşı törədilmiş həmin qanlı olaylar elə ilk andaca dəstəklənmədi. Vətəni, torpağı sevən, onun müstəqilliyini əziz tutan insanlar "çevriliş qəhrəmanlarına" nifrətlə, ikrahla baxdılar. Sağlam düşüncəli, xalqa və millətə, Vətənə və torpağa sədaqətli olan adamlar, hər zaman olduğu kimi, bu dəfə də Ulu Öndərimiz Heydər Əliyevin ətrafında sıx birləşdilər. Vətənə xəyanət edən cinayətkar ünsürlərin həbs olunmasını, törətdikləri bəd əməllərə görə cəzaya layiq görülməsini istədilər. Nəticədə, respublikamızın müqəddəs və müstəqil dövlətçiliyinə qəsd etmək xülyasına düşənlərin, bu şərəfsiz, qanlı-qadalı yola uyanları gözlərində qaldı. Qəsdin qarşısı vaxtında və qətiyyətlə alındı. Bu qanlı olaylardan neçə-neçə illər keçib. Lakin yaddan çıxmır, unudulmur. Çünki bu arzuolunmaz olaylar Vətənin bütövlüyünü, onun müstəqilliyini arzulayıb sevənlərin və bu müqəddəs amal uğrunda mübarizə aparanların ürəklərində bir yaddaş nümunəsi kimi qalıb. Çünki bu olaylar qaragüruhçu qüvvələr tərəfindən müasir dövlətçilik tariximizə vurulan qara ləkədir, dövlətçiliyimizə namərdcəsinə endirilən xəyanət qəsdidir.
R.RƏSULOV
Səs.- 2011.- 15 mart.- S. 5.