“31 martın soyqırımı günü"
kimi rəsmiləşməsindən
13 il ötür
Məhz Ulu Öndər Heydər Əliyevin
Fərmanından sonra bu faciə "Soyqırımı
Günü" kimi qeyd olundu
Minlərlə azərbaycanlının
vəhşicəsinə qətlə
yetirilməsilə nəticələnən
31 mart hadisələrindən
93 il ötür. Məhz bu tarixin soyqırımı
günü kimi qeyd olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli
Liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı
Fərmanla hər ilin mart ayının
31-i soyqırımı günü
kimi qeyd olunur. Son iki əsrdə ermənilər azərbaycanlılara
qarşı məqsədyönlü
şəkildə etnik
təmizləmə və
soyqırımı siyasəti
yürüdüblər.
Bu məkrli siyasət nəticəsində
soydaşlarımız öz
tarixi ata-baba yurdlarından deportasiya olunub, kütləvi qətl və qırğınlara məruz
qalıblar. "Böyük
Ermənistan" yaratmaq
xülyasından ruhlanan
erməni qəsbkarları
1905-1907-ci illərdə azərbaycanlılara
qarşı açıq
şəkildə genişmiqyaslı
qanlı aksiyalar həyata keçirdilər.
Ermənilərin Bakıda
başlanan vəhşilikləri
digər bölgələrimizlə
yanaşı, indiki Ermənistan ərazisindəki
Azərbaycan kəndlərini
də əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi
dağıdılaraq, yerlə
yeksan edildi, minlərlə azərbaycanlı
vəhşicəsinə qətlə
yetirildi. Bunlardan ən dəhşətlisi
1918-ci il mart ayının sonları, aprel ayının əvvəllərində törədilib.
Bakı ilə yanaşı, Şamaxı,
Quba, Zəngəzur, Xaçmaz, Hacıqabul, Salyan və Göyçayda minlərlə
azərbaycanlı vəhşicəsinə
qətlə yetirilib.
1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən
çox azərbaycanlını
qətlə yetirmiş,
10 minlərlə insanı
öz torpaqlarından
qovmuşdur. Təkcə
Bakıda 10 minə yaxın azərbaycanlı
xüsusi qəddarlıqla
öldürülüb, Şamaxıda
58 kənd dağıdılmış
7 min nəfər (1653
qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın
dağlıq hissəsində
150, Zəngəzurda 115, İrəvan
quberniyasında 211, Qars
əyalətində 92 kənd
yerlə yeksan olunmuş, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilmişdir. İrəvan
azərbaycanlılarının çoxsaylı müraciətlərinin
birində ("Aşxadavor"
("Əməkçi") qəzeti, 2 noyabr 1919-cu il) göstərilirdi ki, azərbaycanlıların
bu tarixi şəhərində və
onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış,
131 min 970 nəfər
isə öldürülmüşdür.
Törədilən soyqırımı
uzun illər gizlədilib, fakt ört-basdır edilib. Tarixin hələ tam açılmamış
səhifələrindən biri olan bu
soyqırımı hadisəsi
xalqımıza qarşı
dəfələrlə törədilmiş
kütləvi qətl
kimi qiymətləndirilməlidir.
Tarixi faktlar təsdiq edir ki, son
iki əsrdə azərbaycanlılara qarşı
məqsədyönlü şəkildə
həyata keçirilmiş
bu soyqırımı
siyasəti nəticəsində
soydaşlarımız qədim
Azərbaycan torpağı
olan, indi Ermənistan adlandırılan
öz doğma torpaqlarından didərgin
salınmışlar. Lakin indi erməni
terrorunu sübut edəcək kifayət qədər tarixi sənəd, şahid ifadələri var. 1998-ci il martın 26-dan Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə
31 mart soyqırımı
günü kimi qeyd edilir. Tarixi
faciə haqqında bilgilər, sənədlər
dünyaya təqdim edilir. Azərbaycanlılara
qarşı törədilən
soyqırımı faktları
ilə bağlı həqiqətləri müxtəlif
ölkələrdə təbliğ
edən tədbirlər
keçirilir, elmi konfranslar təşkil edilir. Erməni vəhşiliyini sübut edən dəlillər təsdiqlə qarşılanır.
Amma təəssüf
ki, dünya hələ də susur. Başda Birləşmiş Millətlər Təşkilatı
olmaqla beynəlxalq qurumlar, ABŞ, Rusiya və Fransa kimi nəhəng dövlətlər 31 mart soyqırımına beynəlxalq
qiymətin verilməsindən
boyun qaçırır.
Əslində, bu münasibət ikili standartların bariz nümunəsindən başqa
bir şey deyil. Tarixdə olmayan, heç bir fakta söykənməyən
qondarma erməni soyqırımına anlayışla
yanaşan, erməni yalanlarına inanan beynəlxalq birlik 31 mart hadisələrinə hüquqi qiymətin verilməsindən çəkinir.
Bu ermənipərəstlik tarixin
sonrakı mərhələrində
daşnak terrorçularına
cəsarət verdi və yeni faciələrin
baş verməsinə
zəmin yaratdı. 31
mart hadisələrinə
görə erməni terrorçuları beynəlxalq
birlik tərəfindən
cəzalandırılsaydılar, yəqin ki, Xocalı qətliamını, Azərbaycan torpaqlarında etnik-mədəni
tarixi terror törətməyə cəsarət
edə bilməzdilər.
Lakin beynəlxalq birliklər tərəfindən
bu addım hələ də atılmayıb. Ancaq Azərbaycan xalqına
qarşı törədilmiş
bütün soyqırımı
faciələrini qeyd etmək məqsədilə
Ümummilli Liderimiz Heydər Əliyevin 27 mart 1998-ci il "31 mart Azərbaycanlıların
Soyqırımı haqqında"
Fərmanı ilə
31 Mart Azərbaycanlıların
Soyqırımı Günü
elan edildi.
RƏFİQƏ HÜSEYNOVA
Səs.- 2011.- 30 mart.- S. 11.