YAP Binəqədi rayon təşkilatında gənclərlə görüş keçirildi

 

Əli Əhmədov: “Azərbaycan gəncliyi demokratik prinsiplər üzərində qurulan bir dövlətdə yaşadığı üçün özünü tamamilə xoşbəxt hiss edə bilər”

 

Dünən YAP Binəqədi rayon təşkilatında gənclərlə görüş keçirildi. Görüşdə Yeni Azərbaycan Partiyasının Sədr müavini, YAP-ın İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədov, YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov və başqaları iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov bildirdi ki, “Partiyanın sıraları günü-gündən genişlənir. Belə ki, partiyaya üzv olmaq üçün hər zaman gənclər müraciət edir. Təkcə may ayı ərzində YAP Binəqədi rayon təşkilatına 400-ə yaxın üzv daxil olub və bunların da əksəriyyəti gənclərdir”. İcra katibi bu gün təşkilata qəbul olunan 7 nəfər gənci təbrik edərək, onlara üzvlük vəsiqələri təqdim etdipartiyaya qəbul olunan gənclər YAP-ın sıralarında yüksək fəallıq nümayiş etdirəcəklərinə əminliyini bildirdi. Dedi ki, onlar partiyaya üzv olmaq qərarına gəlməklə öz həyatlarında ən düzgün addım atmış olublar: “YAP əzəmətli, güclü partiyadır və hər bir kəs ədalətin, gücün tərəfində olmaq istəyir. YAP bu gün özündə ədaləti ifadə edən iqtidar partiyasıdır. Ulu Öndər Heydər Əliyevin ideyalarını həyata keçirən bu partiya müasir dövrümüzdə hamımızın müşahidə etdiyi Azərbaycanın inkişafında həlledici rol oynayır. Bunun sayəsində ölkəmiz, demək olar ki, bütünlüklə yeniləşir. Bakının, eləcə də, ölkəmizin bütün bölgələrinin və guşələrinin siması dəyişir. Müasir Azərbaycan göz önündə yüksəlməkdədir. Bu, təkcə küçələrin gözəlləşməsi, yeni yolların çəkilməsi deyil, həm də, respublikanın çiçəklənməsi ilə müşayiət olunur. Beləliklə də, bu uğurlu siyasətin əhəmiyyətli ifadəsi insanların yaşayışının tamamilə dəyişməsində özünü göstərir. Bu nailiyyətləri görən Azərbaycan vətəndaşları Ulu Öndər Heydər Əliyev siyasətini, Onun yaratdığı partiyanı və həyata keçirdiyi ideyaları reallığa çevirən ölkə Prezidenti İlham Əliyevi qətiyyətlə dəstəkləyir. Çünki Azərbaycan vətəndaşları aydın şəkildə dərk edirlər ki, bu vaxta qədər Ulu Öndər Heydər Əliyevin siyasəti ölkəmizdə inkişafın və sabitliyin əsasını təşkil etmiş, bu gün də inkişafın fundamental amili kimi çıxış edir. Təbii ki, buna istinad edən hər bir Azərbaycan vətəndaşı, ölkəmizin gələcəyini Ulu Öndər Heydər Əliyev siyasətinin ideyaları ilə əlaqələndirir. Azərbaycan vətəndaşları ölkəmizin gələcəyini, eyni zamanda, Yeni Azərbaycan Partiyasında görürlər. Bu isə həm YAP-ın, həm də bu partiya sıralarında cəmləşmiş insanların üzərinə kifayət qədər şərəfli vəzifələr qoyur”.

İcra katibi həm YAP, həm də bu partiyanın təəssübkeşi olan Azərbaycan vətəndaşlarının üzərlərinə düşən məsuliyyəti və vəzifələri dərk etdiklərini bildirdi. Heydər Əliyev ideyalarını ardıcıl olaraq həyata keçirən partiya ilə öz həyatını birləşdirməyi hər bir gəncə arzu edən Ə.Əhmədov bu gün də Azərbaycanın Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ideyalarla sürətlə inkişaf etdiyini bildirdi.

O, Azərbaycanda insanların rifahının yüksəldilməsi, yaşayış səviyyəsinin dəyişdirilməsi, bütövlükdə, həyat tərzinin yeniləşdirilməsi istiqamətində də çox böyük layihələrin həyata keçirildiyini gənclərin diqqətinə çatdırdı:Bu gün Azərbaycanda həm iqtisadiyyatın, həm də sosial həyatımızın inkişafı ilə yanaşı, Azərbaycanın siması dəyişdirilmiş, bütövlükdə, ölkəmizin müasirləşməsi və modernləşməsi təmin edilmişdir”.

Ə.Əhmədov YAP sıralarında 500 mindən çox ölkə vətəndaşının birləşdiyini də diqqətə çatdırdı. Bu vaxta qədər Azərbaycan tarixində bu sayda insanı öz sıralarında birləşdirən YAP qədər güclü ikinci siyasi bir partiya mövcud olmayıb. Hətta sovet hakimiyyəti dönəmində, birpartiyalılığın mövcud olduğu zamanlarda belə bu sayda partiya üzvü olmamışdı. İcra katibi bunun ən mühüm səbəbləri sırasında Ulu Öndər Heydər Əliyev ideyalarının bu gün partiyamızın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin insanlarımız tərəfindən dəsətəkləndiyini nəzərə çatdırdı və bildirdi ki, Azərbaycan vətəndaşları bu siyasətin həyata keçirilməsində bilvasitə iştirak edirlər. Onun dediyinə görə, YAP-ın sıralarına qoşulan hər bir kəs - istər gənc, istərsə də yaşlı nəsil bunu praktikada həyata keçirirlər:”Hər bir kəs, xüsusilə də, gənclər özlərinin potensiallarını ifadə etmək imkanına malik olurlar. Bu gün YAP sıralarında kifayət qədər gənclər də təmsil olunur. Partiyanın yarım milyondan arıq üzü olduğu halda, onun sıralarının 40 faizini gənclər təşkil edir. Bu, YAP-ın kifayət qədər maraqlı, onları cəlb edən təşkilat olduğundan xəbər verir. YAP özünün siyasi taleyini bu partiya ilə bağlamış hər bir gəncin özünü ifadə etməsi üçün mümkün olan imkanları yaratmağı əsas borcu hesab edir. Çünki Azərbaycanın gələcəyi bugünkü gəncliyin əlindədir. Bugünün gəncliyi Azərbaycanın gələcəyini təmin etməlidir. YAP elə təşkilatdır ki, gənclərimizin potensiallarını ortaya qoymağa meydan açır”.

Bu gün YAP gəncləri ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmək imkanı əldə etməklə yanaşı, həm də özlərini təsdiq edə bilirlər”, - deyən Ə.Əhmədov Yeni Azərbaycan Partiyasının üzvü olan gənclərin bundan sonra daha da güclənəcəyinə öz əminliyini ifadə etdi. Azərbaycan gəncliyinin rifahına, tərəqqisinə və yüksəlişinə həsr olunmuş bu cür səmimi görüşlərin əhəmiyyətindən bəhs edən Ə.Əhmədov bildirdi ki, bu gün ölkə Prezidenti İlham Əliyev Azərbaycan gəncliyinə böyük diqqət və qayğı ilə yanaşır, Onun gənclərin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi işlərin əzəməti göz önündədir. Bu gün müasir düşüncəli Azərbaycan gəncliyi öz sağlam gələcəyinin istiqamətlərini müəyyənləşdirərək, qəti qərarını verib.

Çıxışının sonunda Ə.Əhmədov gənclərin ona ünvanladığı çoxsaylı sualları cavablandırdı.

 

 

ZÜMRÜD

 

Səs.- 2011.- 27 may.- S. 7.