Daşkəsəndə 28 May - Respublika Günü
qeyd olundu
Dünən Yeni Azərbaycan Partiyasının Daşkəsən
rayon təşkilatı və
Daşkəsən rayon icra
hakimiyyəti 28 May Respublika
Günü münasibətilə
birgə ümumrayon tədbiri keçirib. Tədbirdə çıxış edən
Daşkəsən rayon icra
hakimiyyətinin başçısı
Əhəd Abıyev əlamətdar gün münasibətilə öz
təbriklərini çatdırdı.
Vurğuladı ki, 93 il əvvəl
may ayının 28-də xalqımızın
vətənpərvər qüvvələrinin
səyi ilə dövlət müstəqilliyinin
rəmzi olan üçrəngli bayrağımız
qaldırıldı. “Bununla da Azərbaycanın
müstəqilliyi bütün
dünyaya bəyan edildi” deyən Ə.Abıyev Azərbaycan
Xalq Cümhuriyyətinin
Şərqdə ilk demokratik
müstəqil dövlət
olduğunu söylədi.
Ə.Abıyev bu gün də xalqımızın
özünün istiqlal
bayramının parlaq
səhifəsi olan Azərbaycan Demokratik Respublikasının yaranması
gününü böyük
qürur hissi və təntənə ilə qeyd etdiyini
söylədi. “23 aylıq ömür yaşamış Azərbaycan
Xalq Cümhuriyyəti
regionda geosiyasi vəziyyətin dəyişməsi
ilə süqut edib. Qısa müddət ərzində
mövcud olmasına baxmayaraq, əsas dövlət institutları
məhz həmin dövrdə yaranıb.
Bugünkü Azərbaycan dövlətçiliyinin
kökləri müsəlman
Şərqində ilk demokratik
respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. Sovet İttifaqının
dağılması ilə
Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa edilib və dövlətçiliyini möhkəmləndirmək
üçün tarixi
fürsət qazandı.
Həmin vaxtlar çoxları qonşu Ermənistanın
hərbi təcavüzünə
məruz qalmış,
ağır iqtisadi böhran və daxili qeyri- sabitliyin
hökm sürdüyü
Azərbaycanın bu mürəkkəb vəziyyətdən
çıxacağına və
uğur qazanacağına
inanmırdı. Məhz 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsindən
sonra ölkənin davamlı inkişafı üçün ilkin şərt olan Azərbaycanın müstəqilliyi
və suverenliyinin möhkəmləndirilməsi istiqamətində
uğurlu strategiyanın
həyata keçirilməsinə
başlanıldı” deyən
Ə.Abıyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə
yönəlmiş strategiyası
Onun layiqli davamçısı Prezident
İlham Əliyev tərəfindən uğurla
davam etdirildiyini vrğuladı. Bu gün
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarını,
Onun qurub-yaratdıqlarını
dönmədən inkişaf
etdirən Prezident İlham Əliyev öz müdrik və məqsədyönlü
fəaliyyəti ilə
müstəqilliyimizi daha
da möhkəmləndirir”
deyən Ə.Abıyev
Azərbaycanın beynəlxalq
nüfuzunu, ictimai-siyasi
sabitliyin, iqtisadiyyatın
möhkəmləndirilməsi istiqamətində atılan
addımlar əhalinin
rifah halının yüksəldilməsinə göstərilən
diqqət və qayğı Ulu Öndər Heydər Əliyev ənənələrinə
sadiqliyin əyani təzahürü olduğunu
söylədi. Yeni Azərbaycan
Partiyası Daşkəsən
rayon təşkilatının sədri Meydanəli Yolçuyev də 28 May Respublika Günü münasibəti ilə öz təbriklərini çatdıraraq, bu günün mahiyyətindən
bəhs etdi. Bildirdi ki, bu gün
müstəqil Azərbaycan
1918-ci ildə yaranmış
Xalq Cümhuriyyətinin
varisi kimi özünün güclü
və sarsılsmaz siyasi xətti ilə dünyanın lider dövlətlərindən
birinə çevrilib.
Tədbirdə həmçinin, beynəlxalq idman yarışlarında ölkəmizin
bayrağını yüksəkliklərə
qaldırmış Daşkəsən
rayon gənclərinə qiymətli
hədiyyələr təqdim
edildi. Tədbir bədii özfəaliyyət
kollektivləri üzvlərinin
hazırladığı bayram
konserti ilə davam etdirilib.
Tapdıq
Qurbanlı
Səs.- 2011.- 27 may.- S. 11.