28 May Respublika Gününə həsr edilmiş tədbir keçirildi

 

Tədbir Nəsimi rayon icra hakimiyyəti YAP Nəsimi rayon təşkilatının birgə təşəbbüsü ilə reallaşdı

 

Dünən YAP Nəsimi rayon təşkilatının qərargahında 28 May Respublika Gününə həsr edilmiş tədbir keçirildi.

Nəsimi rayon icra hakimiyyəti YAP Nəsimi rayon təşkilatının birgə keçirdiyi tədbiri giriş sözü ilə icra başçısı Nəsib Məhəmməliyev açaraq, Azərbaycan tarixində müstəsna rola malik olan bu tarixin 93-cü ildönümünün respublika səviyyəsində qeyd olunduğunu diqqətə çatdırdı. O, qeyd etdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin göstərişi təkidi ilə bu bayram respublika səviyyəsində qeyd olundu. Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider uzaqgörən siyasəti ilə müstəqilliyin təməlini möhkəmləndirdi məqsədyönlü siyasəti nəticəsində ölkənin inkişafına nail oldu. Heydər Əliyev dövlətin müstəqilliyini, milli təhlükəsizliyimizi təmin edərək, ölkədə əmin-əmanlığa, inkişafa nail oldu. İcra başçısı Azərbaycan xalqının öz məqsədini, siyasi manevrlərini ortaya qoyub sivil səviyyədə dünyaya yol açdığını iştirakçıların nəzərinə çatdırdı. Bu gün Azərbaycan heç bir qurumdan, dövlətdən asılı olmayaraq inkişaf yolundadır.

Nəsib Məhəmməliyev məhz Azərbaycanın bugünkü uğurlarının  müstəqilliyimizin bizə verdiyi imkanlar nəticəsində reallaşmasını bildirdi. Müasir həyatımızda elm, təhsil, iqtisadiyyat, mədəniyyət sahəsində davamlı olaraq uğurlar Azərbaycan tarixinə yazılır. Cənab İlham  Əliyev Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır.

Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixinə yazdığı səhifələri nəzərə çatdırdı. Hər bir elmin öyrənilməsinin müəyyən məna daşıdığını diqqətə çatdıran M.Qurbanlı tarix elminin, bir sahə olaraq, araşdırılaraq öyrənilməsinin əhəmiyyətinə nəzər saldı. O, qeyd etdi ki, tarix elmi ona görə öyrənilir ki, insanlar ondan dərs alsınlar: “Tarixi öyrənmək bizdən əvvəl olan nəsillərin səhvini təkrar etməməkdə əhəmiyyətlidir. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi keçdiyi yol bizim nəslə yaşadığımız imperiyanın dövründə lazımi səviyyədə tədris olunmayıb. Biz ali məktəblərdə oxuduğumuz illərdə auditoriyada müəllimlər Azərbaycan tarixi ilə bağlı məsələlərə çox ehtiyatlı bir şəkildə söz açırdılar. Sovet tarixşünaslığı milli birliyimizin, milli tariximizin tədrisinə yol vermirdi. Heydər Əliyevin hakimiyyətə gəlişi onun səyi nəticəsində Azərbaycan tarixi geniş şəkildə tədris olundu tarixin reallıqlarına elmi şəkildə nəzər salmaq imkanı qazandıq. O vaxt bizə düşmənçilik etmiş kəslərdən xəbərsiz olaraq yaşayırdıq. Andraniklərin Azərbaycana qarşı etdikləri siyasi təzyiqlər bizə lazımi səviyyədə öyrədilmirdi. Təəssüf ki, ittifaq çərçivəsində yaşadığımız illərdə ermənilərə məlumatlar çatdırılır türklərlə bağlı konflikdə öz mövqelərini nümayiş etdirirdilər”.

Mübariz Qurbanlı bildirdi ki, Azərbaycan tarixi bizə ədəbiyyat vasitəsilə çatdırılmış bir çox reallıqlarla məhz bu nümunələr vasitəsi ilə tanış olmuşuq. M.Qurbanlı onu da diqqətə çatdırdı ki, dünyada 10 mindən artıq xalq var bu xalqların bəziləri assimliyasiyaya uğrayır, o cümlədən, erməni yunanlar da bu qismdə olan xalqlar sırasındadır. Belə ki, onlarda artım olmadığından, məhvolma ehtimalları artmaqdadır. Azərbaycan isə inkişaf etmiş bir dövlət kimi dünya dövlətləri sırasında imzası olan müstəqil bir ölkədir. BMT-nin qarşısında bayraqları dalğalanan ölkələrdən biri Azərbaycandır. Azərbaycan tarix boyu mübarizələrdə olmuş, müstəqilliyinə doğru yol getmişdir. Millət vəkili Azərbaycan Xalq Cümhuriyyətinin qiymətinin müstəqillik illərində Heydər Əliyev tərəfindən verildiyini 80 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzaladığını da diqqətə çatdırdı. AXC-nin 80-ci ildönümündə parlamentdə 2 gün ərzində dinləmələr .davam etdirilmiş Heydər Əliyev həmin prosesdə iştirak etmişdir. Bu gün müstəqilliyimizin bizə verdiyi nailiyyətlərdən biri kimi Azərbaycan Xalq Cümhuriyyətinin ildönümünü qeyd edir.

Tədbirdə çıxış edən Nəsimi rayon 133 saylı orta məktəbin direktoru Füzuli Həsənov başqaları Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, dövrün ab-havasından, cümhuriyyətin 23 ay yaşamasının səbəblərindən danışaraq, 20 illik tarixini qeyd edəcəyimiz müstəqilliyimizin məhz bizlərə yaratdığı şərait nəticəsində ölkədə gedən iqtisadi, mədəni sosial islahatların keçirilməsini vurğuladılar.

 

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs.- 2011.- 27 may.- S. 13.