ADR Şərqin ilk demokratik respublikasıdır

 

28 May Respublika Günü münasibətilə Tərtər rayon icra hakimiyyəti ilə YAP Tərtər rayon təşkilatının birgə tədbiri keçirilib

 

Dünən Tərtər icra hakimiyyəti Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatı ilə birlikdə 28 May Respublika Günü münasibətilə tədbir keçirib. Tədbir iştirakçıları əvvəl rayonun mərkəzində ucaldılmış Ulu Öndər, partiyanın yaradıcısı Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə əklil və gül-çiçək dəstələri düzüblər. YAP Tərtər rayon təşkilatının qərargahında keçirilən tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısının müavini Xatirə Məmmədova çıxış edərək, 28 May Respublika Gününün Azərbaycan tarixində ən əlamətdar günlərdən biri olduğunu söyləyib: “23 ay yaşayandan sonra o, süqut etdiuzun illər sovet hökumətinin tabeliyində qalmağına baxmayaraq, xalqımız demokratik ideyaları daim qoruyub saxlamağa müvəffəq oldu”. Tədbirdə çıxış edən YAP Tərət rayon təşkilatının sədri Ramiz Şabanov tarixi qürur yaddaşımız olan Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixində olan misilsiz xidmətlərindən danışaraq, xalqımızın milli dövlətçilik tarixində AXC-nin 23 aylıq fəaliyyətinin ayrı-ayrı məqamlarına toxundu və müstəqil Azərbaycan Respublikasının onun varisi olduğunu bildirdi: “XX əsrdə ikinci dəfə demokratik dövlət əldə etdikdən sonra Azərbaycan həmin demokratik cümhuriyyətin ənənələrini bərpa etdi. Azərbaycan dövləti özünün 1918-ci ildə qurulmuş demokratik cümhuriyyətin varisi olduğunu elan etdi. Məhz varislik prinsipinə görə, Respublika Günü Azərbaycanın dövlət müstəqilliyi günü kimi qeyd olunaraq, xalqın XX əsrdə qazandığı nailiyyətlərlə bağlı bir gündür. Şübhəsiz ki, XX əsrin sonlarında Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı demokratik, müstəqil Azərbaycanın dövlətinin qorunması, möhkəmləndirilməsi 1918-ci ildə əldə etdiyimiz uğurların əbədiyyətə qədər davam etməsinə səbəb olaraq dönüş yaratdı. Bu günün tarixi yaddaşlarda yaşanması, gənc nəsillərə tanıdılması, eləcə də, Azərbaycanı sevən, istəyən dost ölkələrə tanıtması bizim bir dövlət, bir millət olaraq tariximizə xidmət edəcək işlərdən biridir. Bu barədə düşünmək lazımdır. Təkcə bayram etmək yox, həm də o ənənələri yaşatmaq, inkişaf etdirmək, Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyümüzü təmin etmək, məhz Ümummilli Liderimiz Heydər Əliyev ideyalarına sədaqətimizin bilavasitə əməli surətdə təsdiqi olar”. Tədbirdə rayon mərkəzi xəstəxanasının həkimi Mətanət Hüseynova, Tərtər rayonu uşaq yaradıcılıq mərkəzinin işçisi Nuranə Mahmudova, rayon təhsil şöbəsinin metodisti Oqtay Məhərrəmov, şəhər 6 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Nəriman İskəndərli və başqaları AXC-nin Azərbaycan tarixindəki dövlətçilik sahəsində həyata keçirdiyi genişmiqyaslı siyasi, iqtisadi, mənəvi dəyərlərin qorunması və onun inkişaf etdirilməsi üçün apardığı gərgin milli mübarizənin müxtəlif mərhələri barədə məlumat veriblər. Çıxış edənlər bildiriblər ki, AXC-nin milli dövlətçilik tariximizdə yaranması xalqımızın milli mübarizə əzminin ən parlaq nümunəsi və qəhrəmanlıq salnaməsidir. Sonda Yeni Azərbaycan Partiyasına yeni üzv olanlara partiya üzvlük vəsiqəsi verilib.

 

 

Aytən

 

Səs.- 2011.- 27 may.- S. 13.