“Eurovision-2011"
müsabiqəsindəki uğur türk dünyasının qələbəsidir
Bu qələbə
sevinci Qarabağda yaşanılacaq
Neçə aydır ki, Azərbaycanda yaşanılan "Eurovision-2011" müsabiqəsinin həyəcanlarının yeri sevinc, qürur hissi ilə əvəzləndi. Almaniyanın Düsseldorf şəhərinin "Esprit Arena"sında 56-cı "Eurovision" Mahnı Müsabiqəsində Azərbaycan bayrağının dalğalanması xalqın tarixi qələbəsidir.
Azərbaycanı yarışmada təmsil edən Eldar Qasımov və Nigar Camal dueti 25 ölkənin iştirakı ilə keçən müsabiqənin final mərhələsində Avstriya, Bosniya və Hersoqovina, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Litva, Moldova, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və Böyük Britaniya kimi dövlətlərə xalqın musiqi mədəniyyətini göstərə bildilər. Müsabiqədə birinci yeri Azərbaycan, ikinci yeri İtaliya, üçüncü yeri isə İsveç tutdu. Təmsilçilərimiz "Eurovision-2012" yarışmasını Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsinə nail oldular.
Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə yer tutan və yüksək səviyyədə təbliğ olunan Azərbaycan bu müsabiqədə nəyə qadir olduğunu sübuta yetirdi. Azərbaycan xalqının qələbə anlayışının daxilində duyub və yaşatmağa ehtiyacı olduğu zamanda bu böyük hadisə xalqın tələbatına böyük cavab oldu. Bu müsabiqədə qalibiyyət bütöv bir xalqın qələbəsinə çevrildi. Qələbəni yüksək səviyyədə qeyd edən xalqımızın müsabiqə ilə bağlı təəssüratları maraqlı və orijinaldır.
Respublikanın xalq artisti, Prezident təqaüdçüsü,
professor Ramiz Quliyev:
-
"Eurovision-2011" müsabiqəsinin Azərbaycan təmsilçiləri
Eldar və Nigar ifa etdiyi "Runnung scared" mahnısı ilə
qalibiyyətimizə imza atdılar. Səsvermə nəticəsində ən maksimum bal - 221 xal toplayan duet ifaçılarımız
bütün dünya xalqlarına gözəl ifa, səhnə
mədəniyyətini göstərə bildilər. Müsabiqənin
ilk günlərindən artıq qələbə əzmi hiss
olunmaqda idi. Artıq bu yarışmada Azərbaycanın səsi,
izi var idi. "Eurovision" Mahnı Müsabiqəsində
2008-ci ildən iştirak edən Azərbaycan Belqradda
keçirilən "Eurovision" yarışmasında ilk dəfədən
qalib 10-luqda təmsil olundu. Daha sonra Aysel və Araşın
duetinin 3-cü, Safuranın 5-ci yeri tutmaları qələbənin
yaxında olduğuna əsas verirdi. Gənclərimizin
Avropanın 43 ölkəsinin təmsilçiləri arasında
birinci yer tutması və qaliblərin əllərində Azərbaycan
və Türkiyənin dövlət bayraqlarını
dalğalandırmaları damarından türk qanı axan hər
kəsi sevindirdi. Bu tarixi qələbəmiz türk xalqının zəfəridir.
Azərbaycanın müstəqilliyinin 20-ci
ildönümündə qələbənin qazanılması
bir töhfədir.
Mən
deyərdim ki, bu müsabiqədə Azərbaycanın birinci
yerdə adının hallanması bütövlükdə
xalqımızın uğuru və qələbəsidir. Bu qələbənin
kökündə Azərbaycan sənətkarlarının
istedadı, duyumu dayanır. Bu, Tanrı tərəfindən
xalqımıza verilən istedad, vergidir. Azərbaycan musiqi mədəniyyəti
özünün uğurları ilə dünya səviyyəsində
imzalarını atmış və bu günlərdə
yaşadığımız sevinc həyəcanları da həmin
uğurların davamı kimi qiymətləndirilir.
"Eurovision" müsbiqəsində birincilik pilə-pillə,
zaman-zaman əldə olunan uğurdur.Biz, dünya xalqlarına,
Avropaya bir daha sübut etdik ki, Azərbaycan təkcə neft-qaz
ölkəsi deyil, həm də zəngin mədəniyyətə
malik dövlətdir. Azərbaycanın tarixi, coğrafi
mövqeyi, iqtisadiyyatı onun, həqiqətən də,
dünya xalqları içərisində seçilən bir
xalq olduğunu sübut edən bir həqiqətdir. Dünyaya
göstərdik ki, biz müstəqil, islam mədəniyyətinə
malik dövlət kimi hər sahədə böyük layihələrin
iştirakçısı və qalibi kimi
çıxış etmək qüdrətindəyik. Təbii
ki, bütün bunların - idman, mədəniyyət, təhsil
və digər sahələrdə dövlətimizə gətirilən
birincilik və medallar Azərbaycan rəhbərinin
bütün sahələrə göstərdiyi diqqətin nəticəsidir.
Prezident İlham Əliyevin Azərbaycan
mədəniyyət işçilərinə göstərdiyi
diqqətin nəticəsi olaraq milli mədəniyyətimiz,
musiqimiz dünya ölkələrinə yol açır və
Avropa dinləyicisini riqqətə gətirir. Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevanın
qayğı və məqsədyönlü fəaliyyəti nəticəsində
Azərbaycan öz səsini dünyanın istənilən bir
ölkəsinin böyük səhnələrindən
eşidilir. Bu layihələr bir daha sübut edir ki, Azərbaycan
musiqisinin tarixi ənənəsi və kökü vardır.
Qonşu dövlətin mənfur niyyətləri puça
çıxır, hər zaman özünün tarixi
kökü, mədəniyyəti ilə dünyaya həyasızcasına
məlumatlar verən ermənilər "Eurovision"
müsabiqəsində Azərbaycan ifaçıları
qarşısında məğlubiyyətlərini göstərdilər.
Hər şeyin sahibi var. Oğurluq etməklə özünə
tarix yarada bilməzsən. Avropa miqyasında bir daha təsdiqləndi
ki, Azərbaycan xalqının tarixi, mədəniyyəti nəyə
qadirdir. Bir arzum var ki, uğurlarımız bizi daim
müşayiət etsin. Bu qələbənin davamı olaraq,
növbəti bayramımızı Dağlıq Qarabağda
qeyd edək. Şuşa musiqiçilər beşiyidir. Onun
kökü nəticəsində Azərbaycanda saysız
musiqiçilər yetişmişdir. Azərbaycan hər zaman
olduğu kimi bu gün də düzgün yoldadır. Hər
xalqın özünün torpağı, ənənəsi,
musiqisi olmalıdır ki, dünyada öz sözünü deməyə
qadir olsun. Azərbaycan belə bir xalqdır. Mən bir daha bu qələbə
münasibəti ilə bütün
Azərbaycan xalqını təbrik edirəm.
Respublikanın xalq artisti, Prezident təqaüdçüsü
Habil Əliyev:
- Bütün
Azərbaycan xalqı bayram əhval-ruhiyyəsindədir. Bu qələbə
bizə böyük bir sevinc yaşatdı. Ermənilərin
bu "Eurovision" Mahnı Müsabiqəsində təmsil
olunması və özlərinəməxsus yer tutmaları
onların Azərbaycanla müqayisədə Avropa dairəsində
hansı səviyyədə olduqlarını göstərən
əsas faktordur. Eldar və Nigarın Avropa səhnəsində
yaşadıqları və bizə nəsib etdikləri sevincli
anlar dünya xəritəsində bir nöqtə kimi
görünən Azərbaycanın böyük arenada qələbəsidir.
Bu qələbə bizim başqa uğurlarımıza bənzəmir.
Etiraf edək ki, Azərbaycana son illərdə müxtəlif
sahələrin mütəxəssisləri tərəfindən
medallar, fəxri mükafatlar və s. gətirilir. Bu, Azərbaycan
musiqisinin zirvəsi hesab olunur. Artıq növbəti
müsabiqədə Azərbaycan "Eurovision"a ev sahibliyi
edəcək. Bu, əlbəttə, bizim hər birimizə
böyük bir fəxrdir ki, iki gənc bu müsabiqəni Azərbaycana
gətirməyə nail oldular. Azərbaycan musiqisinin nə qədər
böyük dəyərə malik olduğu sübuta yetirildi.
Təbii ki, Eldarın belə bir səviyyədə musiqi təqdim
etməsi heç də təsadüfi deyil. Azərbaycan teatr
sənətinin böyük dahisi, əvəzedilməz ustad
Abbas Mirzə Şərifzadənin nəticəsi, təbii ki,
milli köklər üzərində böyüdüyündən
xalqın belə səviyyəli təmsilçisinə
çevrildi. Abbas Mirzə Şərifzadənin, Mərziyə
Davudovanın nəyə qadir olması bu gün gənc nəslə
onun simasında təqdim olundu. Onların bir damla qanı
Eldarın Avropanı fəth etməsi ilə nəticələndi.
Azərbaycan Bəstəkarlar
İttifaqının
üzvü Tahir Əkbər:
- Mən
deyərdim ki, bu qələbə Azərbaycan tarixində,
musiqi sənətində olan ilk tarixi böyük uğurdur. Düzdür,
bizim musiqinin bütün janrları dünyaya əks-səda
salmışdır. Əlbəttə ki, bu hadisənin
mühiti vardır. Bu mühiti Azərbaycan vətəndaşının
Azərbaycan milli-mənəvi dəyərlərinə,
musiqimizə və incəsənətimizə olan diqqət
formalaşdırmışdır. Mehriban xanım Əliyevanın
YUNESKO səviyyəsində milli sərvətlərimizin
dünyanın şah əsərləri sırasında layihələr
əsasında daxil etməsi, sözsüz ki, dünya
xalqları arasında Azərbaycanın imicinin daha da
artmasına gətirib çıxarıb. Bu yarışmada Mədəniyyət
və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin,
İctimai Televiziya və Radiosu ilə yanaşı, Heydər Əliyev
Fondunun da yeri və payı xüsusidir. İctimai
Televiziyanın efirində 7 həftə davam edən seçim
turunun sonunda 76
yarışmaçı arasında münsiflər heyətinin
səsvermə nəticəsində Eldar və Nigar dueti daha
çox səs toplayaraq, Azərbaycanın 2011-ci ildəki
"Eurovision" Mahnı Müsabiqəsində təmsil etmək
hüququ qazanmışdı. Bu etimad özünü təsdiqlədi.
Duet ifaçılarının gənc olmasına baxmayaraq,
uğur qazandılar. İl yarım bundan əvvəl, səsinin
yoxlanılması ilə bağlı mənə müraciət
edən Eldar bu gün "Evrovision" müsabiqəsində
böyük sensasiya doğurdu. Onun qeyri-adi bariton yönlü
səsi müsabiqənin bütün
iştirakçılarından fərqliliyini göstərdi.
Onu da qeyd edim ki, Eldar çox istedadlı gəncdir. O, ingilis,
alman, rus, fransız dillərini gözəl bilir. Müxtəlif
xalqların dillərinin bilicisi, gözəl ifası, səhnə
mədəniyyəti, daxili mənəvi keyfiyyətləri hələ
onu çox müşayiət edəcəkdir. Biz artıq onun
və Nigarın simasında Avropa miqyasında
sözümüzü deyə bildik.
Azərbaycan Bəstəkarlar
İttifaqının katibi, respublikanın xalq artisti, professor
Ramiz Zöhrabov:
- Yarım əsrdən artıq bir zaman məsafəsində keçirilən bu müsabiqədə Azərbaycanın son illər ərzində ardıcıl olaraq iştirakı onun musiqisinin hansı səviyyədə olduğunu bir daha dünya xalqlarına göstərdi. 4 il "Eurovision" müsabiqəsində iştirak edən Azərbaycan qısa bir zaman kəsiyində birinci yeri əldə edə bildi. Bu, həm seçilən ifaçıların gözəl səs imkanlarına malik olmasının, həm oranjimanın yüksək səviyyədə edilməsinin, həm də səhnədə bu cütlüyün yüksək mədəniyyət göstərməsinin nəticəsində əldə edildi. Onu da qeyd edək ki, rəssam işi yüksək keyfiyyəti ilə diqqəti cəlb edirdi. Nadir hallarda təsadüf olunur ki, bir xalqın təmsilçisi ardıcıl əsas yerləri götürmüş olsun. Bu da, Azərbaycan ifaçılarına nəsib oldu. Mən inanıram ki, növbəti müsabiqələrdə də Azərbaycan bu qalibiyyəti əldən verməyəcək. Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova verdilər. Bu göstəricilər Azərbaycan ifaçılarına olan diqqət idi. Bu nəticə, ilk növbədə, Azərbaycan dövlətinin mədəniyyətinə və incəsənətinə verilən yüksək önəmin təzahürüdür. Eyni zamanda, bu həm də xalqımızın nə qədər böyük potensiala malik olduğunu, ölkəmizdə istedadlı gənclərin yetişdiyini təsdiq edir. Bu qələbə həm də milli birliyimizin, həmrəyliyimizin nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi "Bizim gücümüz bizim birliyimizdədir".
Bu qələbə türk dünyasını qələbəsidir. Bildiyiniz kimi, Türkiyənin nüfuzlu qəzetləri bu tarixi qələbəmizi öz qələbələri kimi qeyd edib. "Hürriyyət", "Vətən" və digər nüfuzlu qəzetlər Azərbaycan gənclərinin qələbə anının sevincini əks etdiriblər. Düsseldorf şəhərində keçirilən 56-cı "Eurovision" müsabiqəsində Azərbaycanın təmsilçiləri Eldar Qasımov və Nigar Camalın duetinin qalibiyyəti bizim tarixi mədəniyyətimizin qələbəsidir.
NƏZAKƏT
Səs.- 2011.- 17 may.- S. 10.