ŞƏRQİN
İLK MÜSTƏQİL RESPUBLİKASI
Nurlanə Əliyeva: "28 may -
millətimizin şərəf və ləyaqət
tarixidir"
May ayı bayramlar,
sevincli günlər ayıdır. Bu ayın ilk günlərindən başlayaraq
xalqımız may ayının
10-da Ümummilli Liderimiz
Heydər Əliyevin anadan olmasının ildönümünü təntənəli
şəkildə qeyd
etdi. Bakıda, Ulu Öndərin
adını daşıyan
sarayın qarşısındakı
parkda isə möhtəşəm Gül
bayramı təşkil
edildi. Bu sevincli tarixi günün ardınca xalqımız növbəti
"Eurovision-2011" Mahnı Müsabiqəsində qələbə
sevinci yaşadı.
Eyni zamanda, xalqımız müstəqil demokratik
dövlətimizin yaranmasının
93-cü ildönümünü qeyd etməyə hazırlaşır.
YAP Qadınlar Şurasının
sədri, professor Nurlanə
Əliyeva bizimlə söhbətində bütün
dünya azərbaycanlılarını
"Eurovision-2011" Mahnı Müsabiqəsində qazandığı
qələbə münasibətilə
təbrik etdi və müsabiqədəki
birinciliyin Azərbaycan
xalqının qələbəsi
olduğunu söylədi. 28 May Respublika
Günü ilə bağlı ölkəmizdə
keçirilən bayram
tədbirlərini bayramların
bayramlara qovuşması
kimi dəyərləndirən
N.Əliyeva qələbələrin
işğal altında
olan Dağlıq Qarabağda da davam etdiriləcəyinə
əmin olduğunu bildirdi:
- May ayı xalqımız üçün, bütün
türk dünyası
üçün mübarək
aydır. Bu baxımdan
28 may Azərbaycan tarixinin
respublika quruculuğu baxımından açılmış
yeni mərhələsidir.
93 il öncə qurulmuş Azərbaycan Demokratik Cümhuriyyətinin,
şübhəsiz ki,
hər birimizin qəlbində xüsusi yeri var. Elə bir azərbaycanlı tapmaq olmaz ki,
28 may tarixini qürur hissi ilə xatırlamasın. Cümhuriyyət qurucuları olan ziyalılarımız Demokratik
Respublikanı min bir əziyyətlə qursalar
da, təəssüf hissi ilə qeyd etməliyik ki, erməni daşnakları və rus işğalı nəticəsində onun ömrü uzun olmadı. Amma hər bir azərbaycanlı
respublikanın varlığı
ilə azadlığın
nə olduğunu daddı və inandı ki, çox keçməyəcək müstəqilliyimiz
bərpa olunacaq. Cümhuriyyət
tarixini araşdıranlar
yaxşı bilirlər
ki, onun ömrünün qısa olmasına baxmayaraq, 23 ay ərzində çox böyük işlər görülmüş, parlamentdə
dövlət quruculuğu
ilə bağlı ciddi qanunlar qəbul olunmuş, paytaxt Gəncədən Bakıya köçürülmüş,
ordu quruculuğuna başlamış və nəhayət, ölkənin
ərazisi həmin illərdə azərbaycanlılara
qan udduran erməni daşnaklarından
təmizlənmişdi.
XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa edən Azərbaycan xalqı dünyaya əyilməz və mübariz xalq olduğunu nümayiş etdirdi. Düzdür, dövlətçiliyin bərpası çətin və ağır proseslər nəticəsində əldə olundu. Daxili çəkişmələr bizi dövlət müstəqilliyimizi itirmək təhlükəsi qarşısında qoymuşdur. Əgər Ulu Öndərimiz Heydər Əliyev olmasaydı, indi qurduğumuz respublikanın da ömrü uzun olmaya bilərdi. Lakin Heydər Əliyev Azərbaycan adlı bir gəminin bacarıqlı kapitanı kimi ölkəni bütün fırtınalardan məharətlə qoruyaraq, onu iqtisadi və siyasi inkişaf yoluna gətirib çıxartdı. Ümummilli Liderimizin fəaliyyəti nəticəsində qazanılan nailiyyətlər Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından son dərəcə dəyərlidir. Bütün mənalı həyatını xalqına həsr etmiş Ulu Öndərimiz Heydər Əliyevin siyasi xadim və dövlət rəhbəri kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, dövlət idarəçiliyi məktəbi yaratmışdır. Akademik Ramiz Mehdiyevə istinadla deyə bilərik ki, siyasi lider dahiliyi yaşadığı zamana və gələcəyə təsiri, idarəetmə qərar qəbul etmə tərzlərində novatorluq keyfiyyətləri ilə önəmli sayılır. Belə ki, Ulu Öndər bütün keyfiyyətlərinə yüksək mənəviyyatına, siyasi liderlik xüsusiyyətlərinə görə alternativsiz, fenomenal şəxsiyyət idi. Bütün həyatını doğma Azərbaycanın xoşbəxtliyinə həsr edərək, bu yolda ölçüyəgəlməz və misilsiz xidmətlər göstərən, bəşər tarixində təkrarı olmayan dahi Heydər Əliyev Azərbaycanı müstəqil bir dövlət kimi ən ağır təhlükələrdən xilas etmiş, qısa zaman ərzində ölkədə sabitlik və əmin-amanlığı bərqərar edərək, respublikamızı inkişaf yoluna səfərbər etmiş, xalqımızın iqtisadi, sosial-mədəni tərəqqisini stimullaşdıran, ümumən Azərbaycan cəmiyyətinin hərtərəfli inkişafını təmin etməyə qadir olan müdrik siyasi strategiyanın müəllifi olmuşdur. Ulu Öndərimiz Heydər Əliyevin böyük xidmətlərini Azərbaycan xalqı sonsuz minnətdarlıq hissi ilə qeyd edir. Fərəhlidir ki, Ümummilli Liderimizin müdrik siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu isə müstəqil ölkəmizə yeni-yeni tarixi nailiyyətlər qazandırır, dövlət müstəqilliyimizi daim gücləndirir və Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olmaqla dünya birliyində fəal mövqe qazanır.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2011.- 19 may.- S. 6.