Abdulla Şaiqin 130 illik
yubileyi qeyd olundu
XX əsr Azərbaycan
ədəbiyyatının klassiki,
görkəmli pedaqoq,
ictimai xadim Abdulla Şaiq Talıbzadənin anadan olmasının 130 illik yubileyi qeyd olundu. Bu münasibətlə
AMEA Nizami adına
Ədəbiyyat İnstitutunda
elmi sessiya keçirildi. Elmi sessiyanı giriş sözü ilə açan Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev Abdulla Şaiq Talıbzadəni Azərbaycan bədii-estetik
fikir tarixinin nadir simalarından biri, ömrünün 60 ilini milli ədəbiyyata təmənnasız xidmət
göstərmiş ədib
kimi qiymətləndirdi.
Akademik B.Nəbiyev
A.Şaiqi yardıcılığının
populyarlığına görə
Ü.Hacıbəyovla müqayisə
oluna biləcək sənətkar kimi səciyyələndirdi. B.Nəbiyevin fikrincə, yaradıcılığında
azyaşlı oxuculara
da geniş yer ayıran A.Şaiq onlara bu şeirlərlə dünyaya baxmaq üçün bədii pəncərə açıb.
A.Şaiq həm də
müasiri olduğu Sabirlərin, Səhhətlərin,
Nasehlərin mühiti
ilə gənclər arasında canlı körpü olub.
"O, bir tərəfdən
onların haqqında öz xatirələrini yazır, digər tərəfdən tələbələr
arasında klassik irsimizə münasibətdə
əhval-ruhiyyə aşılayırdı".
Filologiya
üzrə fəlsəfə
doktoru Arzu Hacıyeva "Abdulla Şaiqin ədəbi-tənqidi
görüşləri" adlı məruzəsində
A.Şaiqi yaradıcılığında
milliliklə bəşəriliyin,
ənənə ilə
müasirliyin, Şərqlə
Qərb sivilizasiyasının,
romantizmlə realizmin,
şeirlə nəsrin
mükəmməl sintezini
yarada bilən sənətkar kimi qiymətləndirdi. Məruzəçinin fikrincə, Abdulla Şaiq həm türklükdən, turançılıqdan
yoğrulmuş bir türk mütəfəkkiri,
həm də qlobal, bəşəri ideyaların carçısı,
milli-mənəvi dəyərlərin
yorulmaz təbliğatçısı,
həm də müasirliyin, novatorluğun
tərəfdarı olub.
"Abdulla Şaiq
ədəbiyyatşünas alimdir. XX əsrin
əvvəllərində yeni
yaranmaqda olan ədəbiyyatşünaslıq elminin tədqiqatçıların
qarşısına qoyduğu
vəzifələrin yerinə
yetirilməsi ədəbi
prosesin görkəmli
simalarından biri Abdulla Şaiqin də çiyinlərinə
düşdü. Müasir ədəbiyyatı
təhlil etmək üçün onun xələfi olan klassik ədəbiyyatla əlaqəsini müəyyənləşdirmək
lazım gəlirdi.
Bu da xalqımızın
bütöv ədəbiyyat
tarixini tərtib etmək zərurətini ortaya çıxarırdı.
Ədəbiyyat tarixini tərtib
etmək üçün
milli yazılı ədəbiyyatın haradan
başladığını və hansı ədəbi mərhələlərdən
keçib gəldiyini
müəyyənləşdirmək vacib idi. Abdulla Şaiq də özünün ədəbiyyat
tarixi konsepsiyası ilə ədəbi prosesdə yaxından iştirak etdi və o, yeni yaranmaqda olan ədəbiyyat tarixi və ədəbiyyat tarixçiliyi sahələrinin
elmi-metodoloji ənənələrinin
əsasını qoyanlardan
biri oldu. Onun ədəbiyyat tarixi konsepsiyası dövrün
ümumi ədəbi-elmi
atmosferini əks etdirməklə yanaşı,
orijinal, özünəməxsus
xüsusiyyətləri ilə
də səciyyələnir.
Alim ədəbiyyat tarixinin dövrləşdirilməsində xronoloji ardıcıllığa,
tarixilik prinsipinə, ictimai-sosial amillərə
və onların ədəbiyyatda əksinə
əsaslanırdı".
Ədib ədəbiyyatımızı milli
köklərindən ayırmır,
bu qırılmaz tellərin Azərbaycan xalqı və ədəbiyyatı üçün
nə qədər əhəmiyyətli olduğunu
dərk edirdi. H.Zeynallı, S.Mümtaz, B.Çobanzadə,
Ə.Abid kimi A.Şaiq də şifahi xalq ədəbiyyatını yazılı
ədəbiyyatın bazisi,
təməli hesab edən alimlər sırasında idi.
"Abdulla Şaiqin mənzil-muzeyi" mövzusunda
məruzəsində ədibin
nəvəsi və muzeyin direktoru Ülkər Talıbzadə
Abdulla Şaiqin sağlığında dəfələrlə
dövlət tərəfindən
mükafatlandırıldığını,
40 yaşında özünün
iştirakı ilə
yubiley mərasiminin keçirildiyini, 110 illiyi münasibətilə ev-muzeyinin
yaradıldığını, 120 illiyində muzeyin ekspozisiyasının açıldığını
bildirdi. O, hazırda ev-muzeyin fondunda təxminən 7 minə yaxın eksponat saxlandığını, muzeyin
elmi profil üzrə fəaliyyət
göstərdiyini qeyd
etdi.
Zümrüd
Səs.- 2011.- 19 may.- S.
12.