Goranboy : ötən ilin uğurları cari ilin növbəti nailiyyətləri deməkdir

 

Ötən il Dövlət Proqramı çərçivəsində 3 iri istehsal müəssisəsi, 4 sosial obyekt və digər xidməti istehsal müəssisələri açılıb

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla yerinə yetirilməsinə dair təhlilin aparılması çərçivəsində mətbuat nümayəndələri regionlara səfərlər edir, inkişaf və tərəqqi proseslərini diqqətlə izləyirlər. Bu dəfə təqdim etdiyimiz  məqalədə biz Goranboy rayonunda görülən işlər və yeniliklər haqqında ilkin məlumatlarımızı oxucularımıza təqdim edirik. Regionların sosial-iqtisadi inkişafına dair Birinci və İkinci Dövlət proqramlarından irəli gələn vəzifələr Goranboy rayonunda da uğurla həyata keçirilməkdədir.

Belə ki, 2004-2010-cu illər ərzində rayonun sürətli sosial-iqtisadi inkişafı təmin edilibdir. Ötən il bütövlükdə, ölkəmizin həyatında olduğu kimi, Goranboy rayonunun sosial-iqtisadi və mədəni həyatında da əlamətdar və yaddaqalan olubdur. Rayon icra hakimiyyətinin məlumatına görə, rayonda bütün sahələrdə əvvəlki illərlə müqayisədə irəliləyiş əldə edilib, aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri daha sistemli və ardıcıl xarakter alıbdır. Dövlət Proqramı çərçivəsində tikilən “Gilan Holding”in yeni zavodunun, eyni zamanda, qaçqın və köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə rayonda 596 evdən ibarət yeni qəsəbə salınıb. Eyni zamanda, Goranboy-otel İstirahət Mərkəzi də ötən il goranboylulara təhvil verilib. Həmçinin, Dövlət Proqramı çərçivəsində 3 iri istehsal müəssisəsi, 4 sosial obyekt və digər xidməti istehsal müəssisələri də açılıb. Bu müəssisələrin açılması hesabına 746 yeni iş yeri yaradılıb ki, bunların da 500-dən artığı daimi olub. Goranboy rayonu turizmin inkişafına görə də əlverişli bir mövqedədir. Ötən il rayonun Gülüstan zonasında yeni istirahət yerlərinin tikintisi istiqamətində iş aparılıbdır. Orada bu günə qədər 3 istirahət zonası yaradılıb. İkinci Dövlət Proqramı çərçivəsində rayonun Gülüstan ərazisində daha müasir və daha iri həcmli istirahət zonalarının tikintisi planlaşdırılır.

 

Son 7 ildə 13914 yeri açılıbdır

 

Respublikamızın hər yerində olduğu kimi, Goranboy rayonunda da yeni müəssisələrin açılması insanların işlə təminatı deməkdir. Bu baxımdanGoranboy Sərbəst Dağ Mədəngips emalı, “Emil Müşfiqoğlu” MMC kənd təsərrüfatı məhsulları istehsalı, habelə, 4 tikinti, 5 ticarət və xidmət müəssisəsi, fiziki şəxslər tərəfindən isə 230 ticarət, xidmət və kənd təsərrüfatı obyekti işə salınıbdır. Son yeddi ildə həyata keçirilən bu ya digər tədbirlər hesabına 13914 yeri açılıbdır ki, bunun da 5365-i daimi yerləridir. Ötən ildə isə bu rəqəmlər müvafiq olaraq 1560 317 olubdur. Heç şübhəsiz ki, bütün bunlar əhalinin məşğulluğunun və maddi durumunun yüksəlişinə zəmin yaradır. Ötən il əhalinin gəlirləri 176,6 milyon manat (əvvəlki illə müqayisədə 4,8 milyon manat çox), xərcləri isə 167,8 milyon manat olubdur. Rayonda sənaye istehsalı, aqrar bölmədə məhsul istehsalı və emalı sahəsində ehtiyatlar çoxdur.

 

7 ildə Heydər Əliyev Fondunun vəsaiti hesabına 5 yeni məktəb binası, 9 məktəbdə 740 yerlik 52 əlavə sinif otağından ibarət tədris korpusları tikilib

 

Son 7 ildə isə 4140 yerlik 23 məktəb, o cümlədən, Heydər Əliyev Fondunun vəsaiti hesabına 5 yeni məktəb binası, 9 məktəbdə 740 yerlik 52 əlavə sinif otağından ibarət tədris korpusları tikilib, 16 məktəb əsaslı təmir edilibdir. Hazırda Heydər Əliyev Fondu tərəfindən şəhər 3 saylı, Respublika Təhsil Nazirliyi tərəfindən isə Tatarlı kənd tam orta məktəbləri üçün müasir tipli məktəblərin tikintisi aparılır. Ötən dərs ilində ali məktəblərə sənəd verən 706 məzundan 279 nəfəri, yəni 40 faizi tələbə adını qazanmış, onlardan 7 nəfəri 600 baldan yuxarı, 35 nəfəri 500-600 bal intervalında nəticə göstərib. Bu da 2009-cu ilin nəticələri ilə müqayisədə çoxdur.

 

İqtisadi-sosial sahədə əldə edilən nailiyyətlər

 

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının reallaşdırılması, respublikanın hər yerində olduğu kimi, Goranboyda da uğurla davam etdirilir. Belə ki, aparılan işlərin miqyası genişləndirilmiş, rayonda tikinti, abadlıq, quruculuq işləri bütün yaşayış məntəqələrini əhatə etmişdir. Ötən il Goranboy şəhərinin Füzuli, Civəzadə, Ü.Hacıbəyov, C.Cabbarlı, R.Bağırov, M.Nağıyev və E.Bağırov küçələrinə 3,3 kilometr asfalt örtük salınmışdır. Goran Qızılhacılı qəsəbələri, habelə, Şahməmmədli kəndi istiqamətlərində müasir üslubda giriş qapıları inşa edilibdir. Şəhər ərazisində 14 kilometr uzunluğunda səki yan daşları düzülmüş, 3000 kvadratmetr səki yenidən tikilib, Vüqar Bayramov küçəsi müasir üslubda yenidən qurularaq 2 tərəfli hərəkət təmin edilib, 3 yolun arasında yaşıllıq zolağı salınmış, müasir işıqlanma sistemi qurulubdur. Həmçinin, C.Cabbarlı küçəsində yol 2 metr genişləndirilib, yaşıllıq salınıbdır. Şəhərin mərkəzi küçələri boyu 900 metr uzunluğunda müasir memarlıq üslubunda yeni hasar tikilibdir. Hazırda 300 metr hasarın tikintisi davam etdirilir. Əsaslı şəkildə yenidən qurulmuş 5800 metr uzunluğunda yolun kənarlarına yaşıllıq zolağı salınıbdır. Ümumiyyətlə, “Ekologiya iliçərçivəsində rayon ərazisində 87 min ədəd ağacgül kolları əkilibdir.

 

Sosial mənşəli infrastrukturun müasir standartlara uyğunlaşdırılması

 

Rayonda sosial mənşəli infrastrukturun müasir standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər, mütəmadi olaraq uğurla həyata keçirilməkdədir. Bu baxımdan, əhalinin təbii qazla təchizatı sahəsində ciddi tədbirlər görülmüşdür. Ötən il Goranboy şəhərində 5 min 725 metr, Dəliməmmədli şəhərində 1088 metr qaz xətləri yenidən çəkilmişdir. Veyisli kəndi yaxınlığında məcburi köçkünlər üçün salınmış 596 evdən ibarət yeni qəsəbə tamamilə qazlaşdırılıbdır. Qızılhacılı qəsəbəsində vaxtilə təbii qazdan istifadə etmiş 296, Səfikürd kəndində 560, Cinli Boluslu kəndində 280 abonentin qaz təchizatı bərpa edilib, digər yaşayış məntəqələrində 276 abonentin mənzili yenidən qazlaşdırılıbdır. Abonentlərin sayı 9330-dan 11 min 300-ə çatdırılıbdır. Ötən ilAzəriqazİstehsalat Birliyi Goranboy şəhərindən Aşağı Ağcakənd qəsəbəsinədək 315 millimetrlik polietilen boru ilə 36,6 kilometr daşıyıcı qaz kəməri, həmçinin, Meşəli, Börü Şəfəq kəndlərində mənzillərin qazlaşması üçün kənddaxili paylayıcı qaz xətləri çəkilibdir. Yaxın vaxtlarda bu kəndlər qazla təmin olunacaqdır. Vaxtı ilə təbii qazdan istifadə etmiş Veyisli Aşağı Ballıqaya kəndlərinin qaz təsərrüfatının yenidən bərpası ilə əlaqədar müxtəlif diametrli polietilen borularla Veyisli kəndində 30 kilometr, Aşağı Ballıqaya kəndində isə 8,5 kilometr daşıyıcı paylayıcı qaz xətləri yenidən çəkilib, həmin kəndləri təbii qazla təmin etmək üçün son tamamlama işlərinə başlanılıbdır. Növbəti illərdə rayonun bütün yaşayış məntəqələrinə təbii qaz veriləcəkdir.

Goranboy rayonunda təbii su mənbələri məhduddur. Ölkə Prezidentinin tapşırığı ilə ayrılmış vəsait hesabına artıq yeni su kəmərinin tikintisinə başlanıb. Ümumilikdə, 73 kilometr su, 27,5 kilometr kanalizasiya xətti çəkiləcəkdir ki, bununla da şəhərdə hər iki problem öz köklü həllini tapacaqdır. Su kəmərinin tikintisi başa çatdıqdan sonra kəmər keçən və bu kəmərə qoşulacaq 27 min nəfərdən çox əhali ekoloji cəhətdən təmiz su ilə təchiz olunacaqdır.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 24 may.- S. 8