Özəl sektor inkişaf edir
Dövlət Proqramının
uğurlu icrası əhalinin rifah halının daha da
yaxşılaşdırılmasına xidmət edir
Məlum
olduğu kimi, “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrası istiqamətində ikinci mərhələyə start
verilmişdir. Məhz bu proqramın bölgələrdə
uğurlu icrası nəticəsində, ölkə
iqtisadiyyatında inkişaf perspektivləri daha da
artmış, müxtəlif sahələrdə yeni iş yerləri
açılmış, infrastrukturlar yaradılmış, nəhəng
quruculuq işləri həyata keçirilmişdir. Bu da, təbii
ki, əhalinin rifah halının
yaxşılaşdırılmasına xidmət edən
növbəti uğur kimi səciyyələndirilmişdir. Əgər
yaxın tarixə müraciət etsək görərik ki, bir
neçə il öncə, regionlarda işsizlik və yoxsulluq
səviyyəsi daha yüksək idi. Bu da əhalinin regionlardan
paytaxta axınını sürətləndirirdi. 2004-cü ildə regionların
inkişafı ilə bağlı qəbul edilən Dövlət
Proqramı bu problemin qarşısının alınmasında
mühüm rol oynadı. Bu proqram icra olunduqdan sonra, 2009-cu ildə
ikinci Dövlət
Proqramının qəbul edilməsi Azərbaycan
regionlarının sosial-iqtisadi inkişafını daha da
sürətləndirdi. Belə ki, regionlarda yeni sənaye
müəssisələrinin tikilməsi, infrastrukturun
yaxşılaşdırılması, məktəblərin, xəstəxana
və diaqnostika mərkəzlərinin, idman olimpiya mərkəzlərinin
tikintisi, yolların abadlaşdırılması, turizm
üçün əlverişli mühitin yaradılması nəticəsində
bölgələrimizdə 100 minlərlə yeni iş yeri
yaradılıb ki, bu da işsizliyin və yoxsulluğun
azaldılmasına əhəmiyyətli dərəcədə
təsir göstərib. Burada statistik rəqəmlərə
mürac
Sənayeləşmə prosesinin
sürətlənməsi
Bu
gün Azərbaycanda sənayeləşmə prosesinin sürətlənməsi
istiqamətində də müəyyən işlər
aparılmaqdadır. Bunun regionlarda həyata keçirilməsi
həmin ərazilərdə kiçik və orta sahibkarlığın
inkişafına təkan verə bilər. Hazırda bu istiqamətdə
tədbirlər həyata keçirilir. Belə ki,
sahibkarlığın inkişafı, iqtisadiyyatın
bütün sahələrində, xüsusilə, prioritet
inkişaf sahələrində işgüzar fəaliyyət
üçün normativ-hüquqi, təşkilati və maliyyə
təminatı səviyyəsinin yüksəldilməsi,
kiçik və orta sahibkarlığın dünya
iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi,
ixrac potensialının artırılmasında və cəmiyyətin
sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi
nəzərdə tutulur. Təcrübə göstərir ki,
bazar münasibətləri sisteminin formalaşmasında
sahibkarlığın inkişafı nəinki əsas yerlərdən
birini tutur, hətta deyərdim ki, sahibkarlıq bazar münasibətlərinin
atributudur. Bu günə qədər sahibkarlığın
hüquqi bazasının formalaşması istiqamətində
mühüm normativ sənədlər qəbul edilib. Sahibkarlığın
inkişafına əngəl törədən süni maneələrin
qanunvericilik qaydasında aradan götürülməsi, sərbəst
bazar subyektlərinə sağlam iqtisadi mühitin
yaradılması, sahibkarlıq fəaliyyəti ilə məşğul
olanlara yardımın göstərilməsi bu istiqamətdə
inkişafı sürətləndirir. Son illərdə Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə kiçik və orta
sahibkarlara təxminən 700 milyon manat həcmində güzəştli
kredit verilib.
Özəl sektorun əhəmiyyəti
Bu
gün ölkə iqtisadiyyatının böyük hissəsi
- 80 faizindən çoxu özəl sektorun payına
düşür. Lakin burada neft sektoru üstünlük təşkil
edir. Eyni zamanda, bunun qeyri-neft sektorunun xeyirinə dəyişməsi
tendensiyası müşahidə olunmaqdadır. Həyata
keçirilən dövlət proqramları bu prosesin sürətlənməsinə
də kömək edir. Ekspertlərin
rəyinə görə, regionlara investisiya qoyuluşunu
sürətləndirmək üçün
stimullaşdırıcı tədbirlərin bir qədər də
gücləndirilməsinə ehtiyac var. Regionların
inkişafına 2004-cü ildən etibarən bütün
maliyyə mənbələri hesabına 15,5 milyard dollar, o
cümlədən, ötən il 3,4 milyard dollar məbləğində
investisiya yönəldilib, bunun sayəsində yüzlərlə
əhəmiyyətli layihələr icra olunub. 2011-ci ildə
regionlarda 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə
115 milyon manat güzəştli kreditlər verilib. Bu kreditlərin
artırılması, sahibkarlara dövlət büdcəsindən
ayrılan vəsaitlərin həcminin ildən-ilə
artırılması, iş adamlarının fəaliyyətinə
süni müdaxilələrin aradan qaldırılması,
antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin
gücləndirilməsi iş adamları tərəfindən
də razılıqla qarşılanır.
R.RÖVŞƏN
Səs.- 2011.- 24 may.- S. 11.