Yeni uğur strategiyası

 

2009-2013-cü illərə dair Dövlət Proqramının əsas xüsusiyyətlərindən biri işğal olunmuş rayonlarda sosial-iqtisadi layihələrin həyata keçirilməsi ilə bağlıdır

 

2004-2008-ci illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"  Azərbaycanın bütün rayonlarının iqtisadisosial həyatında əhəmiyyətli dərəcədə kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb olub. Bu proqramın məntiqi davamı olan yeni iqtisadi inkişaf konsepsiyası olan yeni Dövlət Proqramı 2009-2013-cü illəri əhatə edərək, ölkəmizin iqtisadi, sosial, infrastruktur, sahibkarlıq, investisiya siyasətinin başlıca istiqamətlərini əhatə edir. 2009-2013-cu illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasından 2 il vaxt keçməsinə baxmayaraq, bu müddətdə sənədin icrası ilə bağlı çox mühüm tədbirlər həyata keçirilib. Ötən müddət ərzində regionların inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər davam etdirilib, rayonlarda abadlıq-quruculuq, yenidənqurma işləri sürətləndirilib. İnfrastruktur təminatının yaxşılaşması üçün mühüm addımlar atılıb.

Ötən müddətdə müxtəlif regionlardakı şəhər və kəndlərdə yaşayış məntəqələrində həyata keçirilmiş sosial-iqtisadi inkişaf layihələri və genişmiqyaslı islahatlar onu göstərir ki, yeni proqramın icrasının ilk 2 ili çox uğurlu olub. 2009 və 2010-cu illər əhatəli layihələrin həyata keçirilməsi bütün bölgələrin yaşayış ərazilərində kompleks tədbirlərin reallaşması ilə yadda qalıb. Dövlət Proqramına uyğun olaraq makroiqtisadi inkişafın sürətlənməsi, ölkə iqtisadiyyatının bütün sahələrində dinamizmin yüksəlməsinə zəmin yaradan davamlı tədbirlərin həyata keçirilməsi, regionlarda yerlərinin yaradılması ilə bağlı konkret layihələrin icra olunması, infrastruktur təminatı ilə əlaqədar işlərin gerçəkləşməsi nəzərdə tutulduğundan da yüksək səviyyədə yerinə yetirilib.

Eyni zamanda, rayon və kəndlərdə həll olunmamış məsələlərin, əsasən də, kommunal xidmətlərin təminatı və infrastrukturun yaxşılaşdırılması ilə bağlı tədbirlər planının həyata keçirilməsi bütün bölgələrin sosial-məişət qayğılarının minimuma enməsi üçün əlverişli imkanlar yaradıb. Bölgələrdə hər bir kəndin problemlərinin həll olunması üçün yüzlərlə layihələr həyata keçirilib.

Yeni Dövlət Proqramının icrasına başlanılmasının dünyada maliyyə böhranının dərinləşdiyi bir dövrə təsadüf etməsinə baxmayaraq, hökumətin düşünülmüş makroiqtisadi siyasəti və böhrana qarşı effektiv tədbirlər görmək məharəti, respublikamızın dinamik inkişafını sürətləndirməklə yanaşı, regionlarda həyata keçirilən islahatların və layihələrin də dinamizminin yüksəlməsinə stimul verib. Bunu ötən ilin statistikası da təsdiq edir. Belə ki, ötən il ölkəmizdə 32,5 milyard manatlıq ümumi daxili məhsul istehsal olunubdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çoxdur. Ölkənin qeyri-neft sektorunda əlavə dəyər istehsalı 5,4 faiz, neft sektorunda isə 2,4 faiz artmışdır. Qeyd etdiyimiz kimi, son illər ölkə iqtisadiyyatında yüksək sənayeləşmə tendensiyası müşahidə olunur. Sənayenin neft sektoru ilə yanaşı, qeyri-neft sahələrində də məhsul buraxılışının həcmi getdikcə artır. Belə ki, ötən il ərzində ölkə üzrə 22,5 milyard manatlıq sənaye məhsulu istehsal olunubdur. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.

Son illərdə bütün dövlətlərin ən mühüm iqtisadi rayonlarında böhranla bağlı real sektorun bir çox sahələri iflasa uğrayaraq, fəaliyyətini dayandırdığı halda, Azərbaycanın rayonlarında belə bir hal nəzərə çarpmayıb. Təkcə onu demək kifayətdir ki, son yeddi il ərzində Azərbaycanda maaşlarpensiyalar orta hesabla 5-6 dəfə artmış, yoxsulluğun səviyyəsi 4 dəfə azalmışdır. Ötən müddətdə ölkəmizin büdcə gəlirləri 12 dəfə, hərbi xərclər isə təqribən 20 dəfə artmışdır. Prezident İlham Əliyevin yeddi il əvvəl ölkədə yeni yerlərinin yaradılacağı ilə bağlı verdiyi vədlər də artıq öz praktik həllini tapmışdır. Belə ki, ötən müddətdə Azərbaycanda 900 mindən çox yeni yeri açılmışdır ki, bu da ölkədə məşğulluq strategiyasının uğurla reallaşmasına dəlalət edir. Son yeddi il ərzində Azərbaycanın valyuta ehtiyatlarının 18 dəfəyədək artması isə, öz növbəsində, ölkəmizin iqtisadi cəhətdən xeyli güclənməsinə səbəb olmuşdur. Ölkənin maliyyə imkanlarının xeyli dərəcədə genişlənməsi nəzərdə tutulmuş bütün sosial proqramların reallaşdırılmasına, nəhəng investisiya layihələrinin uğurla həyata keçirilməsinə imkan yaratmışdır.

Göründüyü kimi, Azərbaycanın son illər yürütdüyü müstəqil iqtisadi siyasəti onu dünyadaregionda yüksək nüfuz sahibinə çevirmişdir. Artıq özünün enerji təhlükəsizliyini tam təmin etmiş Azərbaycan Respublikası hazırda bir sıra dünya ölkələrinə də bu sahədə mühüm töhfələr verir. Ötən illər həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində "İnkişafın Azərbaycan modeli"nə nail olmuş ölkəmiz yüksək tərəqqi yolu ilə inamla irəliləyir, sosial-iqtisadi inkişaf sahəsində yeni-yeni uğurlara imza atır.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 21 may.- S. 8.