YAP Nəsimi rayon təşkilatında gənclərlə görüş keçirildi

 

Əli Əhmədov: "YAP-ın gücü, əzəməti, hər şeydən əvvəl, ilk növbədə, onun istinad etdiyi ideyalara və prinsiplərə söykənir"

 

Dünən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının qərargahında Azərbaycan xalqının dahi oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü, respublikamızın müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə "Azərbaycan gəncliyi İlhamla irəli" devizi altında təşkilatın ictimai həyatında xüsusi fəallıq göstərmiş  rayon gəncləri ilə görüş keçirildi.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət Həsənova  bildirdi ki, hər il istər respublikamızda, istərsə də ölkəmizin hüdudlarınday kənarda Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Bu il həm də  respublikamızın müstəqilliyinin bərpa edilməsinin 20 illiyidir. Bu istiqamətdə YAP Nəsimi rayon təşkilatı bir sıra  silsilə tədbirlərin keçirilməsini nəzərdə tutub.

Sonra "Heydər Əliyev  və Azərbaycan gəncliyi" filmi nümayiş etdirildi.

Görüşdə Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədov çıxış edərək gəncləri salamladı. O bildirdi ki, bu gün gənclərimizin Azərbaycanın inişafında misilsiz xidmətləri olan Heydər Əliyev siyasətini dəstəkləməsi təsadüfi deyil. Azərbaycanın prespektivli inkişafı Heydər Əliyevin varisi Prezident İlham  Əliyev tərəfindən həyata keçirilir.  YAP sıralarına daxil olan gənclər öz həyatlarında ən düzgün qərarlarından birini qəbul ediblər. YAP-ın 40 faizini gənclər təşkil edir. Bu partiyanın qurucusu Ulu Öndər Heydər Əliyevlə bağlı bütün niyyətlər Azərbaycanda sabitliyin, əmin-amanlığın, dincliyin təmin edilməsi ilə əlaqədar idi. Ona görə də, ruh yüksəkliyi ilə deyə bilərik ki, YAP 1992-ci ildə yarandıqdan sonra, qısa bir zaman çərçivəsində, Ulu Öndər Heydər Əliyev xalq tərəfindən Azərbaycanın Prezidenti seçildi bu partiyanın ideya əsaslarını təşkil edən bütün vəzifələrin icra edilməsi imkanı qazanıldı. Təbii ki, Azərbaycan xalqının həm Ulu Öndər Heydər Əliyevə, həm də Onun yaratdığı partiyaya olan ümidləri həyata keçirilməyə başladı.

Azərbaycanda sabitlik, əmin-amanlıq, dinclik təmin edilməyə başladı. Azərbaycanda bu gün davam edən sabitlik, əmin-amanlıq, dinclik təmin edildi. İqtisadi tənəzzül aradan qaldırılmağa, iqtisadi islahatlar həyata keçirilməyə başlandı. Ölkəmizin, bütövlükdə, islahatlar yolunda irəliləyişinə, beynəlxalq dəstəyin olmasına gətirib çıxardı.

Özünün siyasi taleyini Azərbaycanın bu möhtəşəm siyasi partiyası ilə bağlayan gənclər həm ictimai-siyasi fəallıq nöqteyi-nəzərindən, həm də şəxsi maraqlar özünü ifadə etmək baxımından kifayət qədər düzgün bir qərar çıxarıblar.

Azərbaycan gənclərinin xüsusi fədakarlıq nümunəsi göstərdiyini vurğulayan Ə.Əhmədov bugünkü gəncliyə güvəndiyini bildirdi. Gənclərimizin güvənc yeri olan YAP bugünkü Azərbaycan gəncliyinin həyat mövqeyini həm müəyyənləşdirməkdə, həm də ifadə etməkdə onlara ən düzgün yol göstərə biləcək yeganə, əzəmətli siyasi təşkilatdır, Azərbaycanın yaxın keçmişini, bugününü gələcəyini özündə ifadə edən əzəmətli bir partiyadır. Gənclər də, öz növbəsində, YAP-ın tarixi ideyaları, bugünü və gələcəyi ilə bağlı kifayət qədər geniş məlumata aydın təfəkkürə malikdirlər. YAP-ın gücü, əzəməti, hər şeydən əvvəl, ilk növbədə, onun istinad etdiyi ideyalara və prinsiplərə söykənir.

Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının ideya əsaslarını təşkil edən bütün  prinsiplər əzəmətli milli vəzifələr ardıcıl surətdə həyata keçirilib Azərbaycanın tamamilə yeniləşmiş,  iqtisadi cəhətdən inkişaf etmiş  ölkəyə çevrildiyini vurğulayan Ə.Əhmədov Ulu Öndər Heydər Əliyevin yaratdığı partiyanın adında ifadə olunan bu məfhumu özündə əks etdirən bütün gözləntilərin reallığa çevrildiyini qeyd etdi. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ideyalarla sürətlə inkişaf edir. Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi-sosial siyasət ölkəmizin sürətli və əzəmətli inkişafını təmin etmiş edir.

 YAP-ın Sədr müavini Ə.Əhmədov Azərbaycanın analoqu olmayan tərzdə iqtisadiyyatının yüksəldiyi, dünyada çox az-az rast gəlinən iqtisadi inkişaf nümunəsi olduğunu vurğuladı. YAP İcra katibi Azərbaycanda insanların rifahının yüksəldilməsi, yaşayış səviyyəsinin dəyişdirilməsi, bütövlükdə, həyat səviyyəsinin və həyat tərzinin yeniləşdirilməsi istiqamətində də çox böyük layihələrin həyata keçirildiyini gənclərin diqqətinə çatdırdı:  "Bu gün Azərbaycanda həm iqtisadiyyatın, həm də sosial həyatımızın inkişafı ilə yanaşı, eyni zamanda, Azərbaycanın simasının dəyişdirilməsinə yönəldilmiş, bütövlükdə, ölkəmizin müasirləşməsi və modernləşməsini özündə ehtiva edən əzəmətli Prezident siyasəti uğurla həyata keçirilməkdədir.

Ulu Öndər Heydər Əliyev siyasəti bu vaxta qədər Azərbaycana xidmət etdiyi, ölkəmizdə inkişafınsabitliyin əsasını təşkil etdiyi kimi, bu gün inkişafın fundamental amili kimi çıxış edir. Təbii ki, buna istinad edən hər bir Azərbaycan vətəndaşı, ölkəmizin gələcəyini Ulu Öndər Heydər Əliyev siyasəti ideyaları ilə əlaqələndirir. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşları ölkəmizin gələcəyini, eyni zamanda, Yeni Azərbaycan Partiyasında görürlər. Bu isə həm YAP-ın, həm də bu partiya sıralarında cəmləşmiş insanların üzərinə kifayət qədər şərəfli vəzifələr qoyur”.

Ə.Əhmədov YAP sıralarında 530 mindən çox ölkə vətəndaşının birləşdiyini də diqqətə çatdıraraq, bildirdi ki, bu günə  qədər Azərbaycan tarixində bu sayda insanı öz sıralarında birləşdirən YAP qədər güclü ikinci siyasi bir partiya mövcud olmayıb. YAP  Azərbaycan vətəndaşları tərəfindən məhz bu keyfiyyətdə dərk edilir qəbul edilir. YAP sıralarında olanlar Azərbaycanın yüksək intellektə, böyük vətənpərvərlik duyğularına, malik insanlardır. Elə bu insanların yüksək  fədakarlığı YAP-a yaxından bağlılığı, partiyanın ideyalarına, Onun Yaradıcısına olan sədaqəti, partiyanın Sədri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə sədaqətin bariz nümunəsidir. YAP-ın gücü getdikcə artacaq, bu partiyaya Azərbaycan vətəndaşlarının inamı daha da güclənəcək, partiyanın ölkəmizin ictimai-siyasi həyatındakı rolu daha da möhkəmlənəcək, Azərbaycanın gələcək inkişafını təmin edən amil olaraq fəaliyyət göstərəcək.

Gənclərin Azərbaycanın inkişafında çox əzəmətli bir güc olduğunu bildirən YAP-ın Sədr müavini partiyamız dövlətimiz də, bu gücdən faydalanmalı, Azərbaycanı inkişafı naminə, ondan səmərəli şəkildə istifadə etməlidir. Azərbaycanın gələcəyinin sahibləri bugünkü gənclərdir. "Ona görə də, gənclər bugünkü sabitliyin, əmin-amanlığın, dincliyin qorunmasında maraqlı olmalıdırlar" deyə vurğulayan Milli Məclisin üzvü Ə.Əhmədov bu gün müxalifətin radikal qanadının bir sıra gəncləri öz ətraflarına çəkmək üçün müəyyən vasitələrdən istifadələrə cəhdlər etdiklərini də diqqətə çatdırdı. Lakin bu cəhdlərin heç bir nəticə vermədiyini bildirdi. Bu gün isə ölkəmizdə möhkəm dövlətçilik ənənələri formalaşdırılıb ki, bu da istənilən məsələdə ən doğru addımın atılmasını diqtə edir. Ona görə də, ölkəmizin, xalqımızın bugünü, sabahı gələcəyi üçün çalışan Yeni Azərbaycan Partiyasının məfkurəsi, düşüncəsi, idealları Azərbaycan inkişafına bağlıdır. Azərbaycan inkişafı isə hər bir vətəndaşın həyatının yeniləşməsi və yaxşılaşması deməkdir.

Sonra YAP-ın İcra katibi Nəsimi rayon təşkilatının gənclərinə təhsildə uğurlar arzulayaraq, dövlət quruculuğunda yaxından iştirak etməyə və mövqedən daha qətiyyətli addımlar atmağı tövsiyə etdi.

YAP Nəsimi rayon gənclər birliyinin üzvü Züleyxa Şirinova bildirdi ki, yeni nəslin hərtərəfli inkişafının əsas şərtlərindən biri gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi mədəni həyatında təmin edilməsidir. Azərbaycan gəngliyi bu gün, hər şeydən əvvəl, Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməli, Ümummilli lider Heydər Əliyev ideyalarını əsas tutmalıdır. Ölkəmizdə gənclər siyasətinin məqsədləri prinsipləri və istiqamətləri ön plana çəkilməlidir.  O bildirdi ki, bu gün düşüncəli gənclərimiz Ümummilli Lider Heydər Əliyev ideyalarını dəstəyir.Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətini uğurla davam etdirən Prezident İlham  Əliyev  bu siyasətin həm də mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edib. Müasir düşüncəli Azərbaycan gəncliyini Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə və Onun ideyalarına sadiq qalmağa çağırdı.

Tədbirdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev  Ümummilli Lider Heydər Əliyevin  hər zaman əhalinin bütün  sosial təbəqələrinə, eyni zamanda, gənclərə böyük dövlət qayğısından danışaraq, onların sosial-məişət problemlərinin həllinə yaxından gömək göstərdiyini diqqətə çatdırdı. Hələ 70-80-ci illərdə hakimiyyətə gəldiyi ilk illərdə gənclərimizin təhsil alması, onların savadlanması üçün xarici ölkələrə göndərilməsini nəzərə çadıraraq,  o dövr üçün bunun bir fakt olmasını vurğuladı.  Bu gün Onun məqsədyönlü gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir.  İcra hakimi qeyd etdi ki, gənclərimizin istiqamətlənməsi, onların həyat fəaliyyətinin yaxşılaşdırılması üçün "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" adlı Sərəncam imzalayıb. Bu gün gənclər siyasəti İlham Əliyev tərəfindən balanslaşdırılmış şəkildə həyata keçirilir. 

Tədbirin sonunda Nəsimi rayonunun ictimai-siyasi həyatında fəallıq göstərmiş bir qrup gəncə diplom hədiyyələr, eyni zamanda, partiyanın sıralarına qəbul edilmiş gənclərə partiya vəsiqələri təqdim olundu.

 

 

ZÜMRÜD

 

Səs.- 2011.- 4 may.- S. 4.