Ölkədə
yol-nəqliyyat infrastrukturunun davamlı inkişafı əhalinin
sosial-mədəni və sosial-iqtisadi vəziyyətinin
yüksəlməsinə xidmət edir
Nəqliyyat naziri Ziya Məmmədovun
yap.org.az-a müsahibəsi
- Ziya müəllim, ilk olaraq, Azərbaycanın
yol-nəqliyyat infrastrukturunun bugünkü inkişaf səviyyəsini
necə dəyərləndirdiyinizi bilmək istərdik?
- Ümumiyyətlə, ölkə iqtisadiyyatının kompleks inkişafı məhsuldarlığın artması, istehsalın səmərəliliyinin yüksəldilməsi və güclü infrastrukturun olması ilə sıx bağlıdır. Dünya təcrübəsi göstərir ki, sərbəst bazar iqtisadiyyatı şəraitində istehsal və sosial infrastrukturların rolu və əhəmiyyəti daha da artır. İnfrastruktur isə iki hissədən ibarətdir: istehsal və sosial.
İstehsal infrastrukturuna maddi istehsala xidmət edən sahələr - dəmir və şosse yolları, nəqliyyat, energetika, texniki təchizat sistemi, rabitə, su təchizatı, mühəndis qurğuları, kanallar, avtomat idarəetmə sistemləri, sosial infastruktura isə kadr hazırlığı,məişət xidməti, elm, maarif,səhiyyə mədəniyyət, ictimai iaşə, sərnişin nəqliyyatı, istilik sistemləri və s. daxildir.
Respublikamızın da sosial-iqtisadi münasibələrin keyfiyyətcə yeni mərhələsinə daxil olması, istehsal və sosial infrastruktur baxımından tərəqqi etməsi müxtəlif sahələrə, ilk növbədə isə Azərbaycanın nəqliyyat kompleksinə bilavasitə təsir göstərib. Bu sahənin inkişafında, xüsusilə, ötən əsrin 90-cı illərinin ortalarından yeni mərhələ başlayıb. İstehsal infrastrukturunun bütün sahələrində, o cümlədən, nəqliyyat sektorunda, 90-cı illərin ortalarından başlayaraq ardıcıl şəkildə islahatların aparılması, ölkənin əlverişli coğrafi mövqedə yerləşməsindən səmərəli şəkildə istifadə olunması, ölkələr arasında əlaqələrin genişləndirilməsi nəqliyyat kompleksinin yüksələn xətlə inkişafına gətirib çıxarıb.
Hazırda isə dinamik templə həyata keçirilən qlobal layihələr və Azərbaycan Respublikasının sürətli iqtisadi inkişafı ölkədə etibarlı və dünya standartlarına cavab verən nəqliyyat sisteminin təşkilini və inteqrasiyasını təmin edib. Azərbaycanın ərazisindən keçən nəqliyyat dəhlizlərinin infrastrukturunun sürətli inkişafı nəticəsində nəqliyyat xidmətlərinin effektivliyi yaxşılaşır, daşımaların sürəti və təhlükəsizliyi yüksəlir.
Bu gün respublikada nəqliyyat-yol kompleksinin inkişafı istiqamətində görülən işlər, o cümlədən, magistral avtomobil yollarının bərpası, ən ucqar kəndlərə yolların çəkilməsi, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində görülən irimiqyaslı işlər dövlətin bu sahəyə olan diqqətinin və ölkənin inkişaf perspektivlərinin göstəriciləridir.
Son illərdə Azərbaycan Respublikası iqtisadiyyatının hərtərəfli və sürətli inkişafı Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır, ölkəmiz bütün sahələrdə böyük nailiyyətlərə imza atır, iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlər sırasında durur. Bütövlükdə ölkə iqtisadiyyatının, o cümlədən nəqliyyat sisteminin inkişaf konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daha da təkmilləşərək uğurla davam etdirilir və bu sahədə aparılan ardıcıl islahatlar ölkənin nəqliyyat sektorunu da ən perspektivli sahələrdən birinə çevirib. Ötən il bütün növ nəqliyyat infrastrukturlarının etibarlılığının təmin olunması, nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görülüb, nəzərdə tutulan infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi dəstəyi sayəsində nail olunub. Əminliklə demək olar ki, müstəqilliyimizin son on ilində respublikanın nəqliyyat sistemi əhəmiyyətli dərəcədə genişlənib. Beynəlxalq yol-nəqliyyat sistemi ilə yanaşı, respublikadaxili, magistral, həm şəhərlərarası, həm də kənd yollarının tikintisi, təmiri geniş vüsət alıb. "Yol olmayan yerdə inkişaf da yoxdur", - deyən Prezident İlham Əliyev infrastruktur sahələrində, o cümlədən, yol təsərrüfatında aparılan quruculuq işlərini ölkəmizin və onun regionlarının inkişafının ən başlıca amili kimi qiymətləndirir. Yol-nəqliyyat infrastrukturunun yeniləşməsi ölkəmizin sosial-iqtisadi inkişafına əhalinin ümumi yaşayış səviyyəsinə təsir edən müsbət amillərdən sayıla bilər.
- Azərbaycanın
yol-nəqliyyat kompleksinin inkişafını şərti
olaraq, bir neçə mərhələyə bölmək də
olar. Bu bölgüyə həm müstəqillikdən əvvəlki,
həm də sonrakı mərhələlər daxildir. Lakin
Ümummilli lider Heydər Əliyev həm 1969-1982, həm də
1993-2003-cü illərdə bu sahənin dinamik
inkişafına xüsusi təkan verib. Ulu öndər Heydər
Əliyevin bu sahənin inkişafına verdiyi töhfələrdən
danışardınız...
- Ulu öndər Heydər Əliyevin görkəmli dövlət xadimi, peşəkar siyasətçi olmaqla yanaşı, həm də respublikanın xalq təsərrüfatına dərindən bələd olan ölkə başçısı olduğu barədə fikirlər artıq aksiomdur. Çünki, 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə yeridilən iqtisadi və sosial siyasət sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişaf etməsi, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının dərin bilicisi olmaqla müvəffəq olmaq mümkün idi. Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi müddət ərzində respublikamızın hərtərəfli inkişafına nail olub. Məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatların sayəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi. Respublikada aparılan geniş miqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı. Azərbaycan gənclərinin elmin və təhsilin dərinliklərinə yiyələnməsi və ölkənin sabahı üçün peşəkar kadr olması üçün Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlılın keçmiş ittifaqın ən nüfuzlu ali məktəllərində təhsil almaları üçün şərait yaradıldı.
Onun 14 illik fəaliyyəti ərzində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikaları sırasında ən ön yerlərdən birini tutmasına gətirib çıxardı. Heydər Əliyev bu fəaliyyəti ilə tək həmin dövrün Azərbaycanı və vətəndaşları üçün yox, həm də gələcək Müstəqil Azərbaycanının möhkəm təməlini, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının təməlini qoyub.
Yol mədəniyyət və inkişaf deməkdir. Buna görə də 1969 -cu ildə Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev yeni yolların çəkilməsinə, köhnələrinin bərpa edilməsinə xüsusi diqqət yetirirdi. Onun respublikaya rəhbərlik etməyə başladığı dövrdə asfalt yolların ümumi uzunluğu 12,7 min kilometr idisə, 14 il ərzində Azərbaycanda yolların salınması sahəsində aparılan işlərin nəticəsində bu rəqəm 20,4 min kilometrə çatdırıldı. "Heydər Əliyev çəkdiyi yollarla Azərbaycanı öz müstəqilliyinə çatdırdı" - deyənlər tamamilə haqlıdırlar. Yol irəliləyiş, mədəniyyət, daha mütərəqqi intellektual səviyyə deməkdir. Eyni zamanda nəqliyyat-kommunikasiya xətlərinin bütün növlərinin inkişafı, genişləndirilməsi və yeniləşdirilməsi üzrə böyük işlər aparılırdı. 1982-ci ildə bütövlükdə nəqliyyatın yük dövriyyəsi 57,5 milyard ton-kilometr təşkil etmiş və 1969-cu illə müqayisədə 42 faiz artmışdı. O dövrlərdə respublikaya rəhbərlik edən Ümummilli liderimiz Heydər Əliyevin ölkənin inkişafına verdiyi önəmli diqqətdən Azərbaycan dəmir yolu da kənarda qalmamışdır. Ulu öndər keçən əsrin 80-ci illərinin əvvəllərində istər Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə, istərsə də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən, ümumilikdə, Sovet respublikalarının nəqliyyat sistemini, o cümlədən, dəmir yolunun fəaliyyətini daim diqqət mərkəzində saxlamış və onun inkişafına xüsusi önəm vermişdir.
Keçən əsrin 60-70-ci illərində məhz Ümummilli liderimizin rəhbərliyi altında o zamankı Sovetlər İttifaqının ən böyük çeşidləyici stansiyalarından biri olan Şirvan stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir yolu xətləri, Azərbaycan Dövlət Dəmir Yolunun öz fəaliyyətini həyata keçirməsində çox mühüm əhəmiyyəti olan digər dəmir yolu stansiyaları inşa edilərək istismara verilmişdir. Görülən işlərin nəticəsində dəmir yolu vasitəsilə daşınan yüklərin həcmi həmin dövrlərdə 80-90 milyon tona çatdırılmışdır.
Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Dövlət Dəmir Yolunun inkişafının ən sürətli və parlaq dövrü Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri əhatə edir. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin şəxsi fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi.
1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir.
Məlumdur ki, XX əsrin 90-cı illərinin əvvələrində Sovetlər İttifaqı dağıldıqdan sonra, bütövlükdə Azərbaycanda olduğu kimi, Azərbaycan polad magistralı da da tənəzzülə uğramış, qonşu ölkələrlə iqtisadi əlaqələr kəsilmiş, istər yük, istərsə də sərnişin daşınması minimum həddə enmiş, bəzi istiqamətlərdə daşımalar tamamilə dayandırılmış və bunun nəticəsində dəmir yolu infrastrukturu, demək olar ki, tamamilə dağıdılmış, ixtisaslı kadrlar dəmir yolundan uzaqlaşmış və ölkə polad magistralı tamamilə iflic vəziyyətinə düşmüşdü.
Erməni təcavüzü nəticəsində Azərbaycan dəmir yolunun 240, 4 km. sahəsi işğal altına düşmüş və təsərrüfatlara təxminən 45 mln. 060 min ABŞ dolları məbləğində ziyan dəymişdir.
15 iyun 1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtmış və öz qayıdışı ilə ölkədə baş verən tənəzzülü dayandırmağa müvəffəq ola bilib.
O vaxtdan başlayaraq Azərbaycan dəmir yolunda dönüş nöqtəsinin əsası qoyulmuş və ölkə polad magistralı dirçəliş dövrünə başlamışdır. Belə ki, Ümummilli lider Heydər Əliyevin tövsiyə və göstərişlərinə uyğun olaraq bir sıra iqtisadi islahatlar aparıldı. Dəmir yolunun idarəetmə strukturları dəyişdirilərək xidmət və şöbələrin bazasında müstəqil idarə edilən istehsalat birlikləri, müəssisə və təşkilatlar yaradıldı. Hazırda bu işlər uğurla davam etdirilir.
Bu dövrlərdə, istər ölkədaxili, istərsə də qonşu ölkələrdə sərnişin daşınmasının yüksək səviyyədə təşkil olunması üçün xüsusi tədbirlər görülmüş, dəmir yolu öz daxili imkanları hesabına sərnişin vaqonlarının təmirinə başlamış və qısa vaxt ərzində yüksək standartlara cavab verə bilən sərnişin vaqonları hazırlanaraq istismara verilmişdir.
Yol nəqliyyatı sisteminin inkişaf etdirilməsi Azərbaycandan yükdaşımanın xeyli artmasına səbəb olub. Belə ki, bu nəqliyat yolu ilə Azərbaycandan 1996-cı ildə 345 min, 2002-ci ildə isə artıq 33 milyon tondan çox yük daşınmışdı.
Bakı Beynəlxalq Dəniz Limanı yeni İpək Yolunda baş körpüyə çevrildi. Bu keçid dünya standartlarına uyğun olaraq yenidən quruldu. Xəzər Nəqliyyat Donanmasında yük tutumu 320 min ton olan 69 gəmi, o cümlədən, 34 tanker və 27 quru yük, 8 sərnişin gəmisi və bir bərə-gəmi var idi. 1990-ci illə müqayisədə 2002-ci ildə dəhliz vasitəsilə yük daşınması 6,5 dəfə, 2002-2008-ci illərdə isə 8,1 dəfə artıb.
Nəqliyyat sektorunda 1996-cı ildən başlayaraq, müşahidə olunan stabil artım haqqında danışdığımız mərhələdə də davam edib. Bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən 98,4 milyon ton və ya əvvəlki ilə müqayisədə 6,3 faiz çox yük daşınıb. 1996-2002-ci illərdə ümumilikdə, nəqliyyat sektorunda yük daşınması üzrə orta illik nisbi artım 15,6 faiz təşkil edib. 1996-2002-ci illərdə daşınmış yüklərin 54,6 faizi avtomobil,16,1 faizi boru kəməri, 17,7 faizi dəmir yolu, 11,6 faizi isə dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib. Aparılmış araşdırmalar göstərir ki, 1993-2003-cü illərdə nəqliyyat sistemində, o cümlədən yükdaşımada da əhəmiyyətli dəyişikliklər baş verib.
1996-cı ildən etibarən nəqliyyat kompleksinin mühüm sahələrindən olan sərnişin daşınmasında böyük nailiyyətlər əldə edilmişdir. Bu sahədə əhəmiyyətli islahatlar aparılmış, nəticədə mülkiyyətində olan avtomobil nəqliyyatı müəssisələrin özəlləşdirilməsi və fiziki şəxslərə verilməsi, habelə özəllərin və onların normal fəaliyyəti üçün şərait yaradılması nəticəsində 2002-ci ildə sərnişin daşınmasının 58,8 faizi bilavasitə fiziki şəxslər tərəfindən həyata keçirilib.
Beynəlxalq Avrasiya nəqliyyat dəhlizinin reallaşması respublikanın müstəqillik illərində əldə etdiyi ən uğurlu nailiyyətlərdən biri olmaqdadır. Avropa-Qafqaz- Asiya ölkələri arasında yüklərin qarşılıqlı olaraq faydalı və təhlükəsiz ötürülməsi sahəsində bu dəhliz regional nəqliyyat dəhlizləri ilə rəqabət aparan dəhlizə çevrilib və ölkə iqtisadiyyatının inkişafında yerüstü nəqliyyat kompleksinin formalaşmasına ciddi təsir edən amillərdən birinə çevrilib.
Xüsusilə qeyd etmək istəyirəm ki, Ulu öndər Heydər Əliyevin 1998-ci il 5 avqust tarixli 743 saylı Fərmanı ilə Nəqliyyat Nazirliyinin yaradılması respublikada idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan məqsədyönlü struktur islahatlarının tərkib hissələrindən biri olub. 2003-cü il 10 iyun tarixli 880 saylı Fərman ilə isə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə təsdiq edilib və nazirlik fəaliyyətə başlayıb. Məhz, bundan sonra respublikamızın yol-nəqliyyat kompleksinin inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb.
- Ulu öndərin
siyasi kursunu uğurla davam edirən Prezident İlham Əliyevin
rəhbərliyi dövründə yol-nəqliyyat sahəsində
görülən işlər daha da sürətləndirilib.
Son illər ərzində bu sahədə əldə olunan
nailiyyətləri necə qiymətləndirirsiniz?
- Bəli, bu gün Azərbaycanın bütün bölgələrində yeni, müasir tələblərə cavab verən yol-nəqliyyat infrastrukturu yaradılır. Bunlar hamısı 1996-2003-cü illərdə nəqliyyat-yol kompleksi sahəsində əldə edilən nəticələri əsasında davam etdirilir.
Aparılan təhlillər onu göstərir ki, yol-nəqliyyat sistemlərinin, avtomobil yolları şəbəkəsinin təkmilləşdirilməsi, bütövlükdə, Azərbaycanın sosial-iqtisadi tərəqqisini - sahibkarlığın, turizmin, kənd təsərrüfatının, sosial infrastrukturun, eləcə də mədəni həyatın inkişafını sərtləndirdiyindən bu sahəyə diqqətin artırılması olduqca vacibdir. Həmçinin, nəqliyyat-yol sisteminin müasir standartlara uyğun inkişaf etdirilməsi eyni zamanda, ölkəmizin geostrateji mövqeyi, beynəlxalq magistralların kəsişdiyi bir coğrafi məkanda yerləşməsi baxımdan da aktualdır.
Bu istiqamət dövlət nəzarətində olmaqla, bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Respublika Prezidenti İlham Əliyevin hələ 11 fevral 2004-cü ildə imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda (2004-2008-ci illər) yol infrastrukturunun bərpasına, inkişaf etdirilməsinə və yeniləşdirilməsinə necə böyük həssaslıqla yanaşdığını bir daha nümayiş etdirmişdir. Eyni zamanda, dövlət başçısının yol-nəqliyyat sistemində mövcud problemlərin kompleks həlli məqsədilə 25 oktyabr 2005-ci il tarixində imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar yerli əhəmiyyətli avtomobil yolarının tikintisi və təmiri ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam mühüm əhəmiyyətə malik olub. Respublika Nazirlər Kabinetinin bu sərəncam əsasında hazırladığı "Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı" ölkə Prezidenti tərəfindən imzalandıqdan sonrakı dövrdə bu sahədə əsaslı işlər görülüb.
2005-ci ildən sonra yol-nəqliyyat sistemində həyata keçirilən tədbirlər və görülən işlər uğurlu nəticələrə gətirib çıxarıb. Belə ki, ölkə Prezidenti12 oktyabr 2006-cı il tarixdə "Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun yaradılması haqqında" Sərəncam imzalayıb. Sərəncamda xüsusi olaraq vurğulanır ki, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının təmin olunmasında, o cümlədən, regionlarda sahibkarlığın daha geniş yayılmasında və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasında müasir tipli yolların əhəmiyyəti çox böyükdür.
Yol-nəqliyyat sektorunun inkişafı milli maraqlarımızın təmin olunmasına xidmət etməkdədir. Yol nəqliyyat sisteminin dövrün tələblərinə uyğun olaraq yeniləşməsi, müasir infrastrukturun formalaşması baxımından yeni mərhələ kimi tarixə çevrilməkdədir. Respublika yol-nəqliyyat infrastrukturunun beynəlxalq standartlar səviyyəsinə yüksəlməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Ölkə başçısının 22 fevral 2007-ci il tarixli Sərəncamı ilə Nəqliyyat Nazirliyinin tabeliyində "Azəryolservis" ASC-nin yaradılması isə ölkənin avtomobil yolu təsərrüfatı sahəsində xidmətin səmərəli təşkilinə, ümumi istifadə olunan avtomobil yollarının, körpülərin, tunellərin və digər təyinatlı yol şəbəkələrinin istismarı, bərpası, yenidən qurulması və tikilməsi ilə bağlı digər tədbirlərin yerinə yetirilməsinə imkanlar açılıb.
Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yeniləşdirilməsi ilə bağlı həyata keçirilən layihələr paytaxtın və bütün regionların həyatında mühüm dönüş yaradıb. Son illərdə daha geniş miqyas alan nəqliyyat infrastrukturunun yenidən qurulması və bərpası ilə bağlı tədbirlər bu bölmədə yeni keyfiyyət və kəmiyyət çalarları ilə zənginləşərək ölkəmizin ümumi, iqtisadi-sosial dinamikasına mühüm təsirini göstərib. Hazırda nəqliyyat sektoru qeyri-neft bölməsində əsas sahələrdən hesab olunur. Həmin sahədə ümumi inkişaf tempi əhəmiyyətli dərəcədə artıb.
2004-2009-cu illərdə nəqliyyat sektorunda 3,4
dəfə artım müşahidə edilib. 2006-2010-cu illərdə
dövlət büdcəsindən nəqliyyat sektorunun
inkişafına 5 milyard dollar vəsait ayrılıb. Bundan
başqa, beynəlxalq maliyyə institutları tərəfindən
sözügedən sahəyə 2 milyard dollardan artıq kredit
vəsaiti cəlb olunub. Ümumilikdə,
son 5 ildə bu sahəyə 7 milyard dollardan artıq investisiya
yatırılıb.
Azərbaycanın
avtomobil yolları şəbəkəsinin inkişaf etdirilməsi
üzrə həyata keçirilən layihələrin maliyyələşdirilməsi
üçün cari ilin dövlət büdcəsində 722
milyon manat vəsaitin ayrılması nəzərdə tutulub və
birinci rübdə bu işlərə 134,5
milyon manat vəsait xərclənib. Ümumi istifadədə
olan avtomobil yollarının saxlanması üçün
2011-ci ilin dövlət büdcəsinin "Avtomobil
yolları" məqsədli büdcə fondunda 170 milyon manat
məbləğində vəsaitin ayrılması nəzərdə
tutulmuş və yanvar-mart aylarında 60 milyon manat istifadə
olunub. Bakı şəhərinin avtomobil yollarının
saxlanması üçün isə cari ilin dövlət
büdcəsində 24 milyon manat məbləğində vəsaitin
ayrılması nəzərdə tutulub və birinci rübdə
4,5 milyon manat xərclənib.
Prezident
İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin ən
mühüm istiqamətlərindən biri respublikamızda ən
müasir standartlara cavab verən nəqliyyat obyektlərinin və
geniş şəbəkəli nəqliyyat sisteminin yaradılmasına
nail olmaqdır. Ötən illər ərzində
nəqliyyat bölməsində əldə olunmuş
uğurlu nəticələr bu sektorun dinamik
inkişafının təmin olunmasından xəbər verir.
2004-2009-cu illər ərzində regionlarda nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsi layihələri çərçivəsində
400 kilometrdən artıq magistral yol çəkilib. Bundan başqa, təxminən 700 km respublika əhəmiyyətli
və 2950 km yerli əhəmiyyətli yollarda təmir işləri
aparılıb. Bu müddət ərzində
onlarla yeni körpü tikilib, 30-dan çoxu təmir edilib.
2011-ci
ilin birinci rübündə tikilmiş və təmir
olunmuş avtomobil yollarının uzunluğu 175,7
kilometrdir. Bunun 93,5 kilometri respublika əhəmiyyətli,
82,2 kilometri yerli əhəmiyyətli yollardır. Həmçinin, bu dövrdə 6 körpü tikilərək
istismara verilib.
Dövlət
başçısının birbaşa
tapşırığı əsasında yenidən qurularaq
istifadəyə verilən 4 beynəlxalq tipli
aeroport-Naxçıvan, Gəncə, Lənkəran və
Zaqatala şəhərlərindəki hava limanları
müasir standartlara cavab verməklə yanaşı, Azərbaycanın
beynəlxalq mülki aviasiya sistemindəki mövqeyinin əhəmiyyətli
dərəcədə möhkəmlənməsinə səbəb
olub. Artıq təkcə, paytaxtdan deyil, bölgələrdən
də Avropa və Asiyaya beynəlxalq miqyaslı
uçuşların həyata keçirilməsi
mümkünləşib. Bu tipli hava limanlarının
istifadəyə verilməsi həm də xarici iş adamlarının
regionlara gediş-gəlişinin asanlaşmasına, bölgələrdə
turizm sektoruna marağın artmasına mühüm təsir
göstərməkdədir. Bundan başqa, Azərbaycanda
beynəlxalq standartlara cavab verən limanların tikintisi həyata
keçirilməkdədir. Ələtdə
və Lənkəranda yeni dəniz limanının tikintisi nəqliyyat
sektorunun ən iri investisiya tutumlu sahə olmasını şərtləndirmiş
olur.
Bütövlükdə, ölkədə yol-nəqliyyat
infrastrukturunun davamlı inkişafı əhalinin sosial-mədəni
və sosial-iqtisadi vəziyyətinin yüksəlməsinə
xidmət edir.
- Bu günə qədər
görülmüş işlər artıq hər kəsə
bəllidir. Çünki, estetik baxımından cəlbedici
yolların salınması və tunellərin, körpülərin,
yeraltı keçidlərin inşası hər kəsin diqqət
mərkəzindədir. Bəs, bundan sonra
hansı addımlar atılacaq?
-
Respublikanın nəqliyyat sektorunda əldə edilmiş
nailiyyətlərin daha da genişləndirilməsi və
irimiqyaslı layihələrin reallaşması istiqamətində
aparılan işlərin davam etdirilməsi 2011-ci ildə
qarşıda duran əsas vəzifələrdəndir və
bu istiqamətdə görülən işlərin məqsədyönlü
şəkildə həyata keçirilməsi
bütünlükdə nəqliyyat-yol kompleksinin
inkişafına xidmət edəcək.
Azərbaycanın nəqliyyat infrastrukturunun Avropanın ən
inkişaf etmiş dövlətlərinin yol təsərrüfatı
ilə bağlı standartlarına, ən son
texnologiyalarına uyğun qurulur. Bu gün dünyada tətbiq
olunan ən modern avadanlıqlar və vasitələr
respublikamızın yol təsərrüfatında istifadə
olunur. Paytaxtla yanaşı, Bakının
kəndlərinin də yol infrastruturunun yenidən qurulması
ilə bağlı sistemli tədbirlər həyata
keçirilməkdədir. Heydər Əliyev Beynəlxalq
Aeroportu-Mərdəkan dairəsi-Bilgəh qəsəbəsi ərazisində
avtomobil yollarının genişləndirilməsi və
tikintisi, Bilgəh, Nardaran, Maştağa, Kürdəxanı,
Pirşağı, Fatmayi, Goradil, Novxanı, Saray, Corat, Buzovna,
Zuğulba, Şüvəlan, Pirallahı, Dübəndi, Zirə
və digər kəndlərin yol təsərrüfatının
yenidən qurulması sərnişinlərin keyfiyyətli nəqliyyat
xidmətləri ilə əhatə olunması və əhalinin
rahatlığı üçün mühüm rol oynayacaq. Bu istiqamətdə davam etdirilən işlər həmin
ərazilərdə yaşayan sakinlərin rahat gediş-gəlişinin
təmin edilməsi baxımından olduqca böyük əhəmiyyət
daşıyır. Qeyd edim ki, cənab
Prezident İlham Əliyevin göstərişinə əsasən,
artıq Bakı şəhərinin ətraf kənd və qəsəbələrində
daxili yolların təmiri və çəkilməsi prosesi də
başlanıb. Artıq bir sıra qəsəbələrdə
daxili yollar hazırdır.
Nəqliyyat infrastrukturunun yenidən qurulması ilə
bağlı proqramlar ən ucqar rayonları və cəbhə
bölgələrindəki yaşayış məntəqələrini
də əhatə etməkdədir. Füzuli rayonunun Zobucuq
yaşayış massivində yeni çəkilmiş 15
kilometrlik yol, eləcə də, körpünün
açılışı, Ağdam rayonunun yol-nəqliyyat
sisteminin yenidən qurulması hökumətin bu sahəyə
yüksək qayğısının təzahürü kimi dəyərləndirilə
bilər.
Ümumilikdə,
ötən il Bakı - Ələt (4 - 14-cü km), Bakı -
Qazax - Gürcüstan sərhədi avtomobil yolunun 43-cü
km-i, - Cingirdağ, Bakı - Qazax - Gürcüstan sərhədi
avtomobil yolunun 57-ci km-i - Qobustan dövlət qoruğu, Xocasən
- Lökbatan, Ələt - Hacıqabul avtomobil yollarının
tikintisi işləri davam etdirilib. Muğanlı -
İsmayıllı - Qəbələ avtomobil yolunun 40 - 80-ci
km hissəsinin və Gəndob - Xaçmaz - Yalama - Rusiya sərhədi
avtomobil yolunun Gəndob - Xaçmaz hissəsinin təmiri layihələrinin
icrasına başlanılıb. Oğuz rayonunda
Xalxal çayı üzərində, Qusar-Əniğ-Ləzə
avtomobil yolunda Qusarçay üzərində və Şəki
rayonu ərazisində Şin çayı üzərində
körpülər tikilib istifadəyə verilib. Bakı
- Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi
yolunun 16 - 134 km sahəsinin sement - beton örtüklə I dərəcəyə
uyğun yenidən qurulması, bu yolun tərkib hissəsi olan
Şabran şəhərinin əhatə yolunun və Dəvəçi
çayı üzərində uzunluğu 540 poqon metr olan
körpünün, həmçinin uzunluğu 34 km olan Gəndob
- Quba yolunun tikintisi başa çatdırılaraq istismara
verilib. Bakı - Ələt - Gürcüstan sərhədi
avtomobil yolunun Ucar - Yevlax və Qazax - Gürcüstanla dövlət
sərhədi hissələrində işlər başa
çatdırılıb, həmin yolun Bakı - Ələt,
Kürdəmir - Ucar, Yevlax - Gəncə avtomobil yolunun 0 - 50-ci
km hissəsi, Gəncə-dairəvi, , Ələt - Astara -
İran ilə dövlət sərhədi, Bakı - Rusiya ilə
dövlət sərhədi avtomobil yollarında və Bakı
- Şamaxı - Muğanlı avtomobil yolunun Şamaxı -
Muğanlı hissəsində yenidənqurma işləri davam
etdirilir. Bakı - Şamaxı - Muğanlı -
Yevlax avtomobil yolunun Muğanlı - Yevlax hissəsi və
Tağıyev-Sahil avtomobil yollarında tikinti işlərinə
başlanılıb. Yevlax - Gəncə
avtomobil yolunda əlavə 2 zolağın tikintisi işlərinə
başlanılıb və yol yatağında torpaq işləri
yerinə yetirilib. Bakı şəhərində
Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin
("Əzizbəyov" dairəsi) və Ziya Bünyadov
prospekti ilə Azadlıq prospektinin kəsişmələrindəki
yol qovşaqlarının sonuncu mərhələsində və
Qələbə meydanında ("Gənclik" metro
stansiyası) müxtəlif səviyyəli yol
qovşaqlarında tikinti işləri davam etdirilir. Heydər
Əliyev Hava Limanı - Mərdəkan dairəsi - Bilgəh
mövcud avtomobil yolunun (19 km) 8 cərgəli hərəkət
üçün yenidən qurulması layihəsi üzrə
yolun Mərdəkan dairəsinədək olan 7 km sahəsində
və Bilgəh - Sumqayıt yeni avtomobil yolunda tikinti işləri
intensiv olaraq davam etdirilir. Mikayıl Hüseynov küçəsi
ilə Şövkət Ələkbərova küçəsinin
kəsişməsində, "Azneft" meydanında,
Neftçilər prospekti 81 ünvanında və prospektin
Bülbül prospekti ilə kəsişməsində,
Azadlıq meydanı və Dəniz vağzalının
qarşısında, Niyazi küçəsi ilə Adil
İsgəndərov küçəsinin kəsişməsində,
Parlament prospektində Şəhidlər Xiyabanının
qarşısında 7 ədəd yeraltı piyada keçidinin
layihələndirilməsi və tikintisinə
başlanılıb.
Əsas
etibarı ilə respublika əhəmiyyətli magistral avtomobil
yollarında hərəkətin təhlükəsizliyinin təmin
olunması məqsədi ilə, "Təhlükəsizlik Kəmərlərindən
İstifadə" olunmasının vacib olmasını təbliğ
edən və yol-nəqliyyat hadisələri zamanı xəsarət
alanlara vaxtında tibbi yardım göstərilməsini
asanlaşdırmaq məqsədi ilə "Yol-Qəza Tibb
Xidməti"nin yerini və telefon nömrələrini
göstərən lövhələr
quraşdırılıb.
Bu ilin
yanvar ayının 24-də Prezident İlham Əliyev
paytaxtın Xəzər rayonunda avtomobillərin və
piyadaların daha sıx olduğu ərazidə - Aeroport dairəsi-Zuğulba
yolunun 4,4-cü kilometrliyində yeni inşa olunmuş yerüstü
piyada keçidinin, Heydər Əliyev Beynəlxalq Aeroportu -
Zuğulba qəsəbəsi avtomobil yolunda inşa edilmiş
Binə yol qovşağının, Xəzər rayonunda
avtomobillərin hərəkətinin daha intensiv olduğu
Aeroport dairəsi- Zuğulba yolunun 1,6 kilometrlik hissəsində
inşa olunmuş yeni yeraltı piyada keçidinin və hava
limanı qovşağı körpü keçidinin
açılış mərasimlərində iştirak edib.
Bununla yanaşı, cənab Prezident İlham Əliyev cari ilin
fevral ayının 9-da Qazax-Gürcüstan dövlət sərhədi
avtomobil yolunun, Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil
yolunun, fevralın 10-da Kürdəmir-Ucar magistral avtomobil
yolunun yenidənqurmadan sonra istifadəyə verilmiş 42
kilometrlik hissəsinin açılışlarında
iştirak edib.
Həmçinin,
aprelin 14-də isə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev ölkənin cənub
bölgəsinə səfəri çərçivəsində
Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi
avtomobil yolunda aparılan tikinti və yenidənqurma, Ələt-Astara-İran
İslam Respublikası dövlət sərhədi avtomobil
yolunun Masallı-Astara hissəsinin Sərçuvar kəndi ərazisində
aparılan tikinti işləri ilə tanış olub.
Amma bununla belə respublikamızın yol-nəqliyyat
kompleksinin qurulması istiqamətində görəcəyimiz
işlərin sayı çoxdur.
Yol-nəqliyyat sektorunda həyata keçirilən layihələrin
sırasına həm də sərnişin nəqliyyatı
parkının yenilənməsi də daxildir. Paytaxtın və
bölgələrdəki şəhərlərin
yollarını beynəlxalq standartlara uyğun şəkildə
yenidən qurmaq, yeni körpüləri və
yolötürücülərini tikib istifadəyə verməklə
bərabər, müasir ictimai nəqliyyat növlərinin alınmasını
da yaddan çıxarmırıq. Yəni,
müasir tipli yol infrastrukturunun yaradılması avtomobil
parkının yeniləşməsini də tələb edir.
Məhz buna görə də, son illər
dünyanın ən nüfuzlu avtomobil şirkətlərinin
istehsalı olan nəqliyyat vasitələrinin alınaraq
ölkəmizə gətirilməsi və sərnişinlərin
istifadəsinə verilməsi ilə bağlı davamlı tədbirlər
görülməkdədir. Hazırda
paytaxtın sərnişindaşıma sektorunda iritutumlu,
komfort salona malik və bütün növ vasitələrlə
təchiz edilmiş, rahatlığı ilə sərnişinlərin
zövqünü oxşayan avtobusların sayı əhəmiyyətli
dərəcədə üstünlük təşkil edir.
Bu tədbirlərin davamı kimi artıq şəhərin
taksi parklarının da müasirləşdirilməsi, sakinlərə
göstərilən taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi
istiqamətində işlər həyata keçirilməyə
başlanılıb. Ötən ayın
sonunda Bakıya gətirilən Avropa standartlarına cavab verən
müasir taksi maşınları bu sahədə görülən
işlərin başlanğıcı sayıla bilər.
- Son günlər ərzində nəqliyyatın
intellektual idarəetməsi haqqında diskusiyalar gedir. Eyni
zamanda, "Bakı şəhər ərazisi
üçün strateji nəqliyyat planının
hazırlanması" layihəsi haqqında
danışılır...
-
Bildiyiniz kimi, ötən il Azərbaycan Respublikası ilə
Yenidənqurma və İnkişaf Bankı arasında
imzalanmış Qrant Sazişinə əsasən həyata
keçirilən "Bakı şəhər ərazisi
üçün strateji nəqliyyat planının
hazırlanması" layihəsi çərçivəsində
yekun planın təqdimatına həsr olunmuş konfrans
keçirilib. Konfransda layihə üzrə məsləhətçi
- Finlandiyanın "WSP" şirkətinin nümayəndələri
Strateji Nəqliyyat Planının məqsədləri, Bakı
şəhərinin ərazisi üçün nəqliyyatın
gələcək imkanları, nəqliyyat sistemi ssenarilərinin
müəyyən edilməsi, qiymətləndirilməsi və
investisiya strategiyaları, şəhər ərazisində
parklanmanın idarə olunması, intermodal terminallarda parklanma
tədbirləri, "TransCad" modelinin hazırlanması və
tətbiqi üzrə təqdimatlar keçiriblər.
Konfransda, həmçinin, "Bakı şəhər ərazisi
üçün strateji nəqliyyat planı"nın
icrası ilə bağlı gələcək əməkdaşlığa
dair təkliflər, o cümlədən, Bakı şəhərində
İntellektual İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar
olaraq, svetofor-siqnal sisteminin təkmilləşdirilməsi,
şəhər ərazisində parklanma siyasətinin təkmilləşdirilməsi,
şəhərin girişlərində parklanma
üçün duracaqların təşkili və
parklanmanın idarə edilməsi, ictimai nəqliyyatın xidmət
keyfiyyətinin yaxşılaşdırılması məqsədilə
texniki servis (xidmət) məntəqələrinin
yaradılması, şəhər nəqliyyatının
optimallaşdırılması üçün
"Paramiks" proqramının alınması və tətbiqi,
avtobus sürücüləri üçün
simulyatorların alınması və tətbiqi məsələləri
də müzakirə olunub.
Azərbaycanda
nəqliyyatın intellektual idarə olunması sisteminin
yardılması prosesi gələn il
fevralın sonunda başa çatacaq. Sistem
Bakıda sərnişin nəqliyyatının nizamlanması və
idarə edilməsi məqsədilə yaradılır. İntellektual idarəetmə mərkəzinin
tikintisi üzrə işlərin bu ilin sonunda başa
çatdırılması planlaşdırılır. Mərkəzin
tikintisinə keçən il
başlanılıb. Layihənin dəyəri 77
milyon dollara yaxındır. Sistem çərçivəsində
avtobus dayanacaqları üçün 639-a yaxın meydanın
("cib"lərin), taksilər üçün 140 meydan
yaradılması planlaşdırılır. Artıq 375 yeni dayanacaq yaradılıb, daha 289
dayanacağın yaradılması nəzərdə tutulur.
Eləcə də 42 dayanacağın yerinin dəyişdirilməsi
planlaşdırılıb ki, onlardan 10-u ləğv olunacaq.
Bu işlər yol polisi və intellektual sistemin
yaradılması prosesində iştirak edən koreyalı
mütəxəssislərlə birgə aparılır. Bakıda intellektual sistemin yaradılması çərçivəsində
yenitipli 450-yə yaxın avtobus dayanacağı yaradılacaq
ki, burada elektron tablo yerləşdiriləcək. Bu da nəqliyyatın hərəkətini və
avtobusların marşrutlarını müşahidə etməyə
(peyk vasitəsilə) imkan verəcək. Həmçinin,
dayanacaqlarda quraşdırılan tablolar və kameralar vasitəsilə
dayanacaqların yerləşdikləri məkanın
effektivliyinin, onun zəruriliyinin və əhali tərəfindən
istifadə olunmasının monitorinqi keçiriləcək.
İntellektual sistem elektrontipli 150-yə yaxın
yeni işıqforların yerləşdirilməsini nəzərdə
tutur.
- Məlum
olduğu kimi, Bakı Beynəlxalq Dəniz Ticarət
Limanının tikintisi həyata keçirilir. Bu
iri layihənin reallaşması ölkəmizə
yükdaşımalar sahəsində hansı
üstünlükləri verəcək?
- Bəli,
2010-cu il noyabr ayının 3-də Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
iştirakı ilə "Yeni Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı kompleksi"nin tikintisi üzrə təməlqoyma
mərasimi keçirilib. Nəqliyyat Nazirliyinin sifarişi ilə
Hollandiyanın "
Yeni liman Bakının Qaradağ rayonunun Ələt qəsəbəsinin
ərazisində inşa edilir. Liman kompleksinin ərazisi
400 hektar nəzərdə tutulur. Tikinti
işləri üç mərhələdə aparılacaq.
Birinci mərhələ 3 il 6 ay ərzində
reallaşdırılacaq. İlkin mərhələdən
sonra liman kompleksində ildə 10 milyon tona qədər yük
və TEU standartlarında 40 min konteyner işləniləcək.
İkinci mərhələdə bu rəqəmlər
müvafiq surətdə 17 milyon tona və 150 min konteynerə
çatdırılacaq. Üçüncü
mərhələdə isə limanın
yükaşırımı gücü ildə 25 milyon tona və
1 milyon konteynerə bərabər olacaq. Layihə
çərçivəsində avtomobil və dəmir
yolları, giriş kanalı, körpülər, bərə
terminalı, quru yük terminalı, konteyner sahəsi və
sair inşa olunacaq. Limanın məhz, bu ərazidə
yaradılmasının əsas məqsədi Azərbaycanda nəqliyyatın
təhlükəsizlik məsələlərini uğurla həll
etmək, Bakını Xəzər hövzəsində
çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə
çevirmək, Xəzəryanı ölkələr
arasındakı əməkdaşlığı dərinləşdirmək
və nəticədə Şimal-Cənub və Şərq-Qərb
nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə
şərait yaratmaqdır.
- Respublikamızın iştirak etdiyi
beynəlxalq nəqliyyat layihələri haqqında da məlumat
verməyinizi istərdik. Azərbaycanın bu
cür layihələrdə iştirakı hansı səviyyədədir?
-
Bildiyiniz kimi, nəqliyyat sektorunda strateji layihələr
sırasında beynəlxalq əhəmiyyətli magistral
yolların çəkilişi də mühüm yer tutur. Beynəlxalq miqyaslı layihələrin həyata
keçirilməsi isə ölkəmizin nüfuzunun və
strateji mövqeyinin möhkəmlənməsinə baza
yaradıb. Böyük İpək Yolunun
istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars tranzit dəhlizlərinin
yaradılması istiqamətində işlərin həlledici
mərhələyə qədəm qoyması Azərbaycanın
regionda Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzi
nöqtəsinə çevrildiyini göstərir. Hazırda inşası davam etdirilən Bakı-Rusiya
və İran dövlət sərhədləri üzrə
avtomobil yollarının yenidən qurulması və digər
layihələr respublikamızın trans-nəqliyyat mərkəzi
kimi strateji mövqeyini daha da möhkəmləndirəcək.
Ulu öndərimiz Heydər Əliyev tərəfindən
təməli qoyulan və möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən uğurla davam etdirilən
iqtisadi islahatlar respublikamıza böyük uğurlar gətirib,
ölkə iqtisadiyyatının sürətli
inkişafına səbəb olub. Ümummilli
liderimiz Heydər Əliyev ölkənin siyasi rəhbərliyində
olduğu bütün dövrlərdə polad magistralın
inkişafına daim qayğı göstərib. Onun rəhbərliyi
ilə yaradılmış nəqliyyat infrastrukturunun
inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi
Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə
aparılır, ölkəmiz "Bakı-Tbilisi-Qars" və
"Şimal-Cənub" beynəlxalq və regional nəqliyyat
dəhlizlərinin reallaşması prosesində aktiv
iştirak edir.
Bu gün "Bakı -
Azərbaycan tərəfinin önəm verdiyi layihələrdən
biri də "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizidir.
Qara dəniz ətrafı dairəvi magistral yol ideyası isə regional problemin həllindən asılıdır. Yəni, layihə ilə bağlı Azərbaycan rəhbərliyinin mövqeyi dəqiq və dəyişməzdir: Dağlıq Qarabağ problemi tamamilə tənzimlənməyənə və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini azad etməyənə qədər Yerevanla həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq mümkün deyil.
Bu layihəyə əsasən, Qara dəniz ətrafında dairəvi avtomobil yolunun uzunluğu 12 ölkədən keçməklə, 7 min kilometr təşkil edəcək. Yolun əsas marşrutu və birləşdirici yollar Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukraynanın ərazisindən keçəcək. Ümumilikdə, Bakı Qara dəniz ətrafında dairəvi avtomobil yolunun yaradılması layihəsini dəstəkləyir və bu layihə çərçivəsində işləməyə hazırdır. Qara dəniz ətrafında dairəvi avtomobil yolunun layihəsi çərçivəsində mövqeyimiz TRASECA layihəsi və digər belə layihələr çərçivəsindəki kimi olacaq.
- Ziya müəllim,
son olaraq, istərdik dövlətimizin bu peşənin sahiblərinə
göstərdiyi diqqət və qayğı barədə fikirlərinizi
öyrənək...
- Son illər ərzində
bilavasitə Azərbaycan Respublikasının Prezidenti Cənab
İlham Əliyevin şəxsi diqqət və
qayğısı nəticəsində ölkəmizin nəqliyyat-yol
kompleksi sahəsində uğurlar əldə edilib, nəqliyyat
sisteminin beynəlxalq nəqliyyat sisteminə
inteqrasiyasının sürətləndirilməsi, ölkədə
dayanıqlı nəqliyyat sisteminin yaradılması,
mövcud problemlərin həll edilməsi istiqamətində
işlər aparılıb. Cənab Prezident
bütövlükdə nəqliyyat-yol kompleksinə çox
yüksək diqqət və qayğı göstərir. Qazanılan
bütün uğurlar bilavasitə cənab Prezidentin
tapşırıq və tövsiyələrinin məntiqi nəticəsidir.
Nəqliyyatçılara verilən yüksək qiymət bizi
daha böyük məsuliyyətlə işləməyə
sövq edir.
Səs.- 2011.- 5 may.- S. 7, 10-11.