Heydər
Əliyev ölkəmizin inkişafı üçün
mükəmməl irs,
dövlətçilik məktəbi yaratmışdır
Yeni Azərbaycan Partiyası Yasamal
rayon təşkilatının Yasamal rayon icra hakimiyyəti
ilə birgə təşkil etdiyi təntənəli
tədbir keçirildi
Dünən Yasamal rayon icra hakimiyyətinin akt zalında Yeni
Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Yasamal
rayon icra hakimiyyəti
ilə birgə təşkil etdiyi geniş tərkibli, təntənəli
tədbir keçirildi. Tədbirdə rayon fəalları və ictimaiyyət
nümayəndələri iştirak
edirdilər. Tədbiri giriş
sözü ilə açan
YAP Yasamal rayon
təşkilatının sədri Fikrət İsmayılov
iştirakçıları və qonaqları salamladıqdan sonra dedi ki,
bu gün bütün dünya
azərbaycanlıları Ulu Öndər
Heydər Əliyevin 88-ci ildönümünü
qeyd etməyə hazırlaşır:
"Bu ad bizim üçün
hər şeydən əzizdir. Respublikamızın
hazırkı inkişafı, tərəqqisi, dünya
dövlətləri arasında lider
ölkələrdən biri kimi tanınması məhz Heydər
Əliyevin bizlərə miras qoyduğu siyasi xətt
nəticəsində gerçəkləşmişdir. Tarixi
proseslərə bələd olan hər bir azərbaycanlı çox
gözəl bilir ki,
Heydər Əliyev olmasaydı, artıq bu
gün dünya
xəritəsində Azərbaycan adlanan respublika mövcud
olmazdı. Onun Azərbaycan xalqının
xilaskarı olması hər birimiz üçün fərəh və qürur mənbəyidir". Fikrət
İsmayılovun çıxışından sonra
YAP sıralarına yenicə daxil olmuş gənclərə partiya
vəsiqələri təqdim olundu. Sonra söz filologiya elmləri doktoru
Nizaməddin Şəmsizadəyə verildi.
N.Şəmsizadə öz
çıxışında qeyd etdi ki, bu
gün Azərbaycan dövləti,
Azərbaycan xalqı bütün
sahələrdə qazandığı fərəhli
günlərini yaşayır.
Daha sonra söz YAP Yasamal rayon təşkilatının sədr müavini, Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədova verildi. Tağı Əhmədov çıxış edərək, bildirdi ki, Ulu Öndərin dahiliklərindən biri də ondan ibarət idi ki, bu böyük şəxsiyyət bütün sahələrdə geniş bilgilərə sahib olmaqla insanları valeh edirdi: "Eyni zamanda, bir nəqliyyatçı kimi, deyə bilərəm ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda gördüyü nəhəng işlərdən biri də nəqliyyat sektoruna aid olub. Məhz 34 kilometrə malik olan Bakı Metropoliteninin 25 kilometrlik məsafəsi Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə çəkilərək istifadəyə verilib." Sonra çıxış etmək üçün söz alanlar- Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev, YAP Yasamal rayon idarə heyətinin üzvü Rasim Nəbiyev, millət vəkili Etibar Hüseynov müxtəlif mövzulardakı çıxışlarında vurğuladılar ki, ölkənin çətin anlarında Azərbaycanın inkişaf konsepsiyasını məhz Heydər Əliyev yaradıb. Eləcə də, bütün təzyiqlərə baxmayaraq, ölkəmizin neft strategiyasını qurub və buradan gələn gəlirləri qeyri-neft sektoruna yönəldərək, ölkə iqtisadiyyatının inkişaf etməsində nəhəng işlər görüb. Çıxış edənlər sonda bir daha vurğulayıblar ki, bu dahi şəxsiyyət ölkəmizin hərtərəfli inkişafı üçün mükəmməl irs, dövlətçilik məktəbi yaratmışdır. Bu gün böyük Öndərimizin siyasi xətti uğurla davam etdirilir. Ölkə Prezidenti Cənab İlham Əliyevin fəaliyyəti bütün bu gerçəkliklərə, həqiqətlərə bariz nümunədir.
RÖVŞƏN
RƏSULOV
Səs.- 2011.- 6 may.- S. 7.