Samux rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar bilik yarışı keçirildi

 

Samux rayonunda ümummilli lider H.Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı silsilə tədbirlər mayın 5-də davam etmişdir. Tədbirdə YAP Samux Rayon Təşkilatı, Təhsil şöbəsi və Gənclər İdman İdarəsinin birgə təşkil etdikləri ümumtəhsil məktəblərinin arasında "Bilik yarışı" keçirilmişdir. Tədbiri giriş sözü ilə açan YAP Samux Rayon Təşkilatının sədri Gündüz Bayramov Ulu Öndər H.Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən ətraflı bəhs etmişdir. Ümummilli lider H.Əliyevin "Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indiki gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır" tezisini xüsusi vurğulyaraq dahi şəxsiyyətin seçdiyi yolun Azərbaycana qazandırdığı uğurları tədbir iştirakçılrının nəzərinə çatdırdı və "Bilik yarışı" -nın iştirakçılarına uğurlar arzuladı. Bilik yarışında hər məktəbin komandasında beş nəfər olmaqla 26 məktəbin şagirdləri iştirak etmişdir. Sualların əksəriyyəti Ulu Öndər H.Əliyevin həyat və fəaliyyətinə həsr edilmişdir. Gərgin keçən yarışda öz bilik səviyyəsi ilə digər məktəblərdən fərqlənən Qovlarsarı kənd orta məktəbin komandası I yerə, Samux şəhər 1 saylı orta məktəbin komandası II yerə, Qarayeri qəsəbə 1 saylı orta məktəbin komandası III yerə layiq görülmüşdür. Qalib gələn hər üç komandaya Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.

 

 

RÖVŞƏN

 

Səs.- 2011.- 6 may.- S. 7.