Heydər Əliyev zirvəsi illər ötdükcə daha uca görünəcək

 

YAP Binəqədi rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin 88-ci ildönümü geniş şəkildə qeyd olundu

 

Dünən YAP Binəqədi rayon təşkilatının və Binəqədi rayon icra hakimiyyətinin birgə təşəbbüsü ilə "Yeganə" şadlıq sarayında türk dünyasının böyük oğlu, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin 88-ci ildönümü ilə əlaqədar geniş tədbir keçirildi. Tədbir başlanmazdan öncə tədbir iştirakçıları  Fəxri Xiyabana gedərək, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, üzərinə tər gül-çiçək dəstələri düzüblər. Qeyd edim ki, tədbirdə Milli Məclisin deputatları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin doğum günü respublikamızda və onun hüdudlarından kənarda əlamətdar hadisə kimi geniş şəkildə qeyd edilir. Bu, təsadüfi deyildi. Ona görə ki, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrü dahi şəxsiyyətin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından çıxarmış, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Bu tədbirlər bu gündavam etməkdədir.

Milli Məclisin deputatı, tarix elmləri doktoru Yaqub Mahmudov qeyd etdi ki, bu gün xalqımız böyük bayram ərəfəsindədir. Bu böyük bayramı dünyanın hər yerinə səpələnmiş azərbaycanlılar böyük ruh yüksəkliyi ilə keçirirlər. Heydər Əliyev elə bir şəxsiyyətdir ki, 100 illərlə xalqımız Onunla nəfəs alacaq. Zaman keçdikcə  Onun yaratdığı böyük bir zirvə daha əzəmətli, daha uca görünəcək.

Y.Mahmudov bildirdi ki, çoxəsrlik dövlətçilik tariximizdə xüsusi yeri olan Ulu Öndər Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti və miqyası etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Beynəlxalq aləmdə cərəyan edən proseslərə təsiri baxımından həmişə seçilən və qlobal dünyanın ən aktual çağırışlarına cavab verən Azərbaycan rəhbəri zəmanəmizin tanınmış siyasi xadimləri sırasında şərəfli yer tutmuşdur. Y.Mahmudov Heydər Əliyevin keçdiyi həyat yoluna nəzər salaraq, onu daha şəxsiyyətlərlə müqayisəyə çəkdi. Lakin Onun heç dahi şəxsiyyətlə müqayisəyə gəlmədiyini qeyd etdi. Ulu Öndərə tükənməz xalq məhəbbətinin başlıca səbəblərindən biri odur ki, dahi Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində titanik fəaliyyət göstərmiş və fundamental uğurlara nail olmuşdur. Ümummilli Lider Azərbaycanın rəhbəri olduğu bütün dövrlərdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına diqqət göstərmiş və heç bir zaman qayğısını əsirgəməmişdir. Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətinin ayrı-ayrı istiqamətlərini təhlil etdikdə Ulu Öndərin öz ömrünü, həqiqətən də, xalqına həsr etdiyinin şahidi oluruq.

Bu gün Heydər Əliyev ideyaları, Onun böyük dövlətçilik siyasəti layiqli davamçısı İlham  Əliyev tərəfindən uğurla həyata keçirilir.

Çıxış edən millət vəkili Rafael Cəbrayılov bildirdi ki, Ulu Öndər Heydər Əliyev haqqında hər bir azərbaycanlı söz demək bacarığına malik olmalıdır. Natiq bildirdi ki, Azərbaycanın müasir tarixinin böyük bir dövrü bilavasitə Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.  Sonra o, dahi şəxsiyyətin həyat və fəaliyyətinə nəzər saldı. Ulu Öndərin xalqımızın tarixində və taleyində onun ən böyük xidmətlərindən biri müasir Azərbaycan dövlətini qurub yaşatmasıdır. Bütün dünyada görkəmli siyasi xadim, fenomen şəxsiyyət kimi Heydər Əliyevə böyük hörmət və ehtiram bəslənilir. Azərbaycançılıq ideyasının, milli həmrəyliyin, Azərbaycanın inkişaf modelinin formalaşmasında, onun dünyaya inteqrasiyasında, geniş islahatlar proqramının həyata keçirilməsində Ulu Öndərin xidmətlərini vurğuladı.

R.Cəbrayılov beynəlxalq aləmdə cərəyan edən proseslərə təsiri baxımından həmişə seçilən və qlobal dünyanın ən aktual çağırışlarına cavab verən Azərbaycanın dahi oğlunun tanınmış siyasi xadimlər sırasında şərəfli yer tutduğunu diqqətə çatdırdı.

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlar yeridilən siyasi xəttin doğruluğunu təsdiq etmişdir. Müstəqil Azərbaycan dahi rəhbərin müəyyənləşdirdiyi yolla gedərək sürətlə inkişaf edir.

Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru bildirdi ki, Vüqar Rəhimzadə Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin misilsiz fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir.

 Bütün həyatı boyu öz xalqına sədaqətlə xidmət etmiş Heydər Əliyevin ömür yolu hər bir azərbaycanlı üçün örnəkdir. Dinamik inkişaf yolu keçmiş Azərbaycan beynəlxalq təşkilatlara üzvdür. Dünya arenası Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır. Milli dövlətimizin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyev Azərbaycan dövlətinin atributlarını formalaşdırmışdır. Azərbaycanın  böyük bir məkana çevrilməsi onun inkişaf prosesindən xəbər verir. Bu gün hər bir   azərbaycanlı öz sahəsində dövlət quruculuğunda fəal iştirak etməli, Ümummilli Lider Heydər Əliyev ideyalarının təbliğatçısına çevrilməlidir.  

Binəqədi rayon icra hakimiyyətinin başçısı Alı Qocayev qeyd etdi ki, Heydər Əliyevin siyasi uzaqgörənliyi, dövlət idarəçiliyi bacarığı, müdrikliyipraqmatizmi bu dahi azərbaycanlının böyük siyasi xəttinin əsas tərkib hissəsidir. Ümummilli Liderin misilsiz bacarığı sayəsində respublikanın perspektivlidinamik inkişafını əsası qoyulmuşdur. İndi Azərbaycan sabit inkişaf edən lider ölkədir. Respublikada bölgələrin inkişafına dair uğurla həyata keçirilən siyasət bu gün Binəqədi rayonunda da öz əksini tapmaqdadır. Bu gün binəqədililər Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin də şəhər sakinlərinə bu cür münasibət bəslədiyini hiss edirlər.

Tədbirin sonunda 10 May  ərazi ilk partiya  gənclər təşkilatına daxil olan, mayın 10-da anadan olmuş 18 yaşı tamam olan 10 gəncə, eyni zamanda, partiya sıralarına qəbul üçün müraciət edən İlham "MR" məhdud Məsuliyyətli Cəmiyyətin 350 nəfərinə partiya vəsiqələri təqdim olundu. Sonra isə ənənəvi olaraq təşkilatın işində fəal iştirak etmiş üzvlərə  fəxri fərman və hədiyyələr təqdim olundu.

Tədbir bədii hissə ilə davam etdirildi.

 

 

ZÜMRÜD

 

Səs.- 2011.- 6 may.- S. 11.