Bölgələrin
sürətli inkişafı davam edir
Bərdədə 2004-cü ildən
bu günə kimi 10500-ə yaxın yeni iş yeri
açılıb
Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişaf etdirilməsi üçün konkret proqram və ya sənəd qəbul olunmasın. Hətta həmin proqramların icrasını sürətləndirmək məqsədilə lazımi maliyyə mənbələri və bütün texniki imkanlar da öncədən müəyyənləşdirilib. Həmin proqramların son məqsədi isə ölkə əhalisinin firavan yaşayışını təmin etmək, dövlətin məşğulluq strategiyasını uğurla reallaşdırmaqdan ibarətdir. Bu baxımdan, regional inkişafa dair ikinci Dövlət Proqramı, demək olar ki, bütün regionların, o cümlədən, Bərdənin qəsəbə və kəndlərinin inkişafı üçün münbit şərait yaratmışdır.
Ötən ilin
uğurları
Regional inkişafa dair ikinci Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində qədim Bərdə torpağında da inkişaf, tərəqqi, insanların həyat şəraitinin yaxşılaşdırılması, sahibkarlığa geniş meydan verilməsi, əhalinin elektrik enerjisinə, təbii qaza və içməli suya olan ehtiyacının ödənilməsi, yeni iş yerlərinin açılması diqqəti daha çox cəlb edir. Ötən il ərzində rayon üzrə ümumi məhsul istehsalı əvvəlki dövrlə müqayisədə 9,1 faiz çox olub. Eyni zamanda, bu artım kənd təsərrüfatında 16,5 faiz, tikintidə 14,9 faiz, nəqliyyatda 11,8 faiz, ticarətdə isə 33 faiz olmuşdur.
Rayonda
abadlaşdırma və yenidənqurma işləri
Müasir, abad və yaraşıqlı binalar, küçə, park və meydanlar bu qədim Bərdə diyarına xüsusi gözəllik və əzəmət verir. Dövlət Proqramının ikinci hissəsində qarşıya qoyulan vəzifələr Bərdə rayonunda da uğurla həyata keçirilməkdədir. Belə ki, ötən il şəhərin 10 küçəsinə 9,8 kilometr uzunluğunda asfalt döşənmiş, 50 kilometr uzunluğunda elektrik verilişi xətləri, 118 transformator əsaslı təmir olunmuş, 18,7 kilometr naqillər çəkilibdir. 1 saylı orta məktəbin, 1 və 3 saylı bağçaların daxili istilik sistemləri yenidən qurulmuş və qazanxanalar quraşdırılıb. Şəhərin qazlaşdırılması başa çatdırılmış, 19 kəndə təbii qazın verilməsi təmin olunub, 6 subartezian quyusu qazılıb istifadəyə verilib, Yuxarı Qarabağ kanalının maşın qolunun tikintisi bərpa olunubdur. Bütövlükdə il ərzində 16,7 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıbdır. Bunun 4 milyon manatı özəl vəsaitdir. O cümlədən, 6,2 milyon manatlıq əsas fondlar istifadəyə verilibdir ki, bunun da 1,6 milyon manatı daxili imkanlar hesabınadır. Çoxlu sayda istehsal və xidmət sahələri, fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir.
İçməli su, elektrik enerjisi və təbii qazla təchizat məsələləri əhalinin həyat şəraitinə ciddi təsir edən amillərdəndir. Rayon əhalisinin içməli suya tələbatını Su-Kanal İdarəsi həyata keçirir.
Bütövlükdə, il ərzində bütün maliyyə mənbələri hesabına rayonun iqtisadiyyatının inkişafına 14,5 milyon manat investisiya yönəldilmişdir ki, bu da əvvəlki illə müqayisədə 23,8 faiz çoxdur.
2004-cü ildən
bu günə kimi rayonda 10500-ə
yaxın yeni iş yerləri açılıb
Geniş vüsət almış abadlıq və
quruculuq işləri, fəaliyyətə başlayan təzə
müəssisələr əhalinin məşğulluğunun
artırılmasında, həyat şəraitinin
yaxşılaşdırılmasında mühüm rol
oynayır. Keçən
il rayonda 1175 yeni iş yeri açılmışdır ki,
ondan da 980-i daimidir. Beləliklə, 2004-cü ildən sonra
rayonda açılan iş yerlərinin sayı 10500-dən
artıq olubdur.
Əhalinin
məşğulluğunun artırılması, yeni iş yerlərinin
açılması geniş mənada həyat şəraitinin
yaxşılaşdırılmasına, demoqrafik məsələlərin
uğurlu həllinə səbəb olur. Elə bu
inkişafın nəticəsidir ki, əvvəllər müxtəlif
səbəblər üzündən rayonu tərk edən 327 nəfər
ötən il doğma ev-eşiklərinə qayıdıblar.
Bu gün rayon əhalisinin sayı 145,1 min nəfərə
çatıb. Sahibkarlığın yaranması,
formalaşması və inkişafı dövlət siyasətinin
tərkib hissəsini təşkil edir. Əhalinin tələbatının
ödənilməsində, bazar münasibətlərinin tənzimlənməsində
sahibkarlar müstəsna rol oynayırlar. Ötən ildə
rayonda 821 hüquqi şəxs sahibkarlıq fəaliyyəti ilə
məşğul olur, 5 min 318 nəfər isə fiziki şəxs
kimi çalışır. Onların sayı il ərzində
3,9 faiz artmışdır. Bundan əlavə, 25 minə
yaxın ailə öz pay torpaqlarında sahibkarlıq fəaliyyəti
ilə məşğuldur. Sahibkarlar dövlətin dəstəyindən
uğurla bəhrələnirlər. Keçən il kənd təsərrüfatı
sahəsində çalışan 16 min 800 nəfərə
yaxın istehsalçıya 2,4 milyon manat yardım verilibdir.
Bundan əlavə, yüksək reproduksiyalı buğda və
yonca toxumu istehsal edən 24 nəfər dövlət tərəfindən
217 min manat yardım alıbdır. Buğda
istehsalçılarının aldıqları yardım isə
540 min manat olub.
Kənd təsərrüfatı məhsullarında
artım müşahidə edilir
Rayonun
iqtisadiyyatının əsasını təşkil edən kənd
təsərrüfatı məhsullarında artım
müşahidə olunur. Statistik məlumatlara görə,
keçən il 38,7 min tona yaxın taxıl, 3300 tona yaxın
pambıq, 27,9 min ton şəkər çuğunduru, 32,8 min
ton tərəvəz, 37,6 min ton bostan məhsulları, 6,7 min
ton meyvə istehsal edilibdir. Hazırda rayonda 81,7 min baş
qaramal, 129,7 min qoyun-keçi var. İl ərzində iri
malın sayı 1,7 faiz, davarın sayı 1,6 faiz
artmışdır.
İqtisadiyyatda
əsas yeri kənd təsərrüfatı tutsa da, burada sənayenin,
ilk növbədə, emal sahələrinin geniş perspektivi
vardır. Ötən il 6,7 milyon manatlıq sənaye məhsulları
istehsal olunub və xidmət işləri
görülübdür. Bunun təqribən 2,7 milyon manatı
qeyri-dövlət sektorunun payına düşür.
Təhsil və səhiyyədə
nailiyyətlər
Ölkəmizdə
təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin
inkişafına ciddi diqqət yetirilir. Ən əsası isə
odur ki, maddi-texniki baza möhkəmləndirilir, mövcud
elmi-texniki yeniliklər, qabaqcıl iş təcrübəsi
öyrənilib yayılır. Hazırda rayonda 75 ümumtəhsil
məktəbi, 32 uşaq bağçası fəaliyyət
göstərir. Orta məktəblərdə 23 min 200 nəfərə
yaxın şagird təhsil alır. Onların təlim və tərbiyəsi
ilə 3 min 255 nəfər müəllim məşğul
olur. Ötən ildə şəhər 2 saylı orta məktəbi
üçün 260 yerlik bina tikilib, İkinci Hacallı kəndində
200 şagird yerlik binanın tikintisi başa çatmaq üzrədir.
Şahməlilər kənd orta məktəbi
üçün 200 yerlik binanın tikintisi davam edir. Şəhər
4 saylı və Tumaslı kənd orta məktəblərində
əsaslı, şəhər 5, 6, 7 saylı, Gərənə,
Mehdili, Uğurbəyli, Türkmən və s. məktəblərdə
cari təmir-bərpa işləri aparılıb.
Rayonda səhiyyə
sahəsində də müsbət nəticələr
görünməkdədir. Belə ki, 211
çarpayılıq mərkəzi xəstəxana, 500 gəlişli
şəhər poliklinikası, 80 çarpayılıq
doğum evi, 60 çarpayılıq uşaq xəstəxanası,
uşaq poliklinikası, 75 çarpayılıq 5 kənd xəstəxanası
və s. fəaliyyət göstərir. Bütövlükdə,
müxtəlif ixtisaslar üzrə 298 nəfər həkim,
909 nəfər orta tibb işçisi əhaliyə xidmət
edir. Doğum evində Dövlət Proqramına əsasən əsaslı
təmir işləri aparılıb, Elmi- Tədqiqat
Hemotologiya və Transfiziologiya İnstitutunun Bərdə
bölməsi də açılıbdır.
Ümumiyyətlə,
bütün bu işlər, onu deməyə əsas verir ki, Bərdə
rayon ictimaiyyəti Ümummilli Liderimiz Heydər Əliyevin
ideyalarını uğurla həyata keçirən ölkə
Prezidenti İlham Əliyevin daxili və xarici siyasət xəttini,
birmənalı olaraq, dəstəkləyir və bundan sonra da
dəstəkləyəcəklər.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2011.- 6 may.- S. 13.