YAP Gədəbəy rayon təşkilatının təşəbbüsü ilə Ulu Öndərin xatirəsinə həsr olunmuş futbol turnirinə start verilib

 

Dünən YAP Gədəbəy rayon təşkilatının təşəbbüsü ilə rayonun ayrı-ayrı bölgələrinin gənclərdən ibarət komandalarının iştirakı ilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş futbol turnirinə start verilib. Gədəbəy şəhər stadionunda təşkil olunmuş tədbiri giriş sözü ilə açan təşkilatın sədri Ramazan Muradov idmançılar qarşısında çıxış edərək Ulu Öndərin keçdiyi şərəfli həyat yolundan danışıb. O, qeyd edib ki, respublikamızın hər bir bölgəsində olduğu kimi, Gədəbəy rayonunda da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar tədbirlər davam etdirilir. Keçirilən bütün tədbirlər bir daha göstərir ki, Azərbaycan müstəqilliyinin yardıcısı və memarı, xalqımızın əvəzsiz Lideri Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayır. O, Heydər Əliyevin siyasi rəhbərliyi dövründə Azərbaycanın inkişaf etmiş dünya dövlətləri sırasında özünə layiqli yer tutduğunu iştirakçıların diqqətinə çatdırıb. Onun həyata keçirdiyi islahatlar nəticəsində ölkəmiz demokratik, hüquqisivil dövlətə çevrilmişdir. R.Muradov turnir iştirakçılarına əzimkar mübarizə və qələbələr arzulayaraq YAP Gədəbəy rayon təşkilatı idarə heyətinin qərarına əsasən 1, 2 və 3-cü yerləri tutacaq komandalar üçün mükafatlar təsis edildiyini diqqətə çatdırıb.

 

 

NƏZAKƏT

 

Səs.- 2011.- 7 may.- S. 10.