Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü Samux rayonunda qeyd olunub

 

6 may 2011-ci il tarixdə YAP Samux rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açıb. Rayon təşkilatının sədri Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətindən, onun zəngin dövlətçilik təcrübəsindən, Heydər Əliyev ideyalarının Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb etdiyindən ətraflı bəhs edib. O, vurğulayıb ki, Azərbaycan tarixinin 34 ili Heydər Əliyevin adı ilə bağlıdır:" Belə ki, bu dövr ərzində Ulu Öndər Azərbaycan dövlətini millətini ən çətin məqamlardan çıxartdı. Ölkənin iqtisadi-siyasi mədəni tərəqqisini nail oldu. Yenicə müstəqqillik əldə etmiş ölkədə ictimai-siyasi sabitliyin yaranmasını, əhalinin sosial-rifahının yaxşılaşdırılmasını təmin etmək məqsədilə ölkədə genişmiqyaslı islahatların aparılması layihələrini hazırlayaraq həyata keçirərək müstəqil Azərbaycanı dünya birliyində inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəltdi". Tədbirdə həmçinin YAP Samux rayon təşkilatının aparat rəhbəri Həmzə Həmzəyev, təhsil şöbəsinin inspektoru, YAP üzvü Nizami Məmmədov, şura üzvü Şəmistan Yusifov idarə heyyətinin üzvü Süleyman Əliyev çıxış etdilər. Çıxışlarda bir daha vurğulandı ki, Heydər Əliyevin zəngin irsi nəinki bu gün, xüsusi ilə gələcək nəsillər üçün böyük önəm kəsb edir. Natiqlərin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev cəmiyyətə yeni düşüncə tərzi verdi, idarəçilik məktəbi yaratdı.

 

 

R.RƏSULOV

 

Səs.- 2011.- 7 may.- S. 11.