"Səs"
qəzeti ulu öndər Heydər Əliyevin anadan
olmasının 88-ci ildönümü münasibətilə
xüsusi buraxılış çap edib
Xalqımız müstəqil Azərbaycanın
qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin
anadan olmasının 88-ci ildönümünü böyük
təntənələrlə qeyd edir. "Əlincə"
Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olan "Səs"
qəzeti də ulu öndərin doğum gününə həsr
olunmuş xüsusi buraxılış çap edib. Üz
qabığında ulu öndərin "Biz Azərbaycanda
demokratik, müstəqil respublika quraraq sivilizasiyalı cəmiyyət
uğrunda mübarizə aparıb dünyəvi, bəşəri
dəyərlərin hamısından istifadə etməliyik.
Biz çalışamlıyıq ki, Azərbaycan uzun illərdən,
əsrlərdən sonra ilk dəfə müstəqilliyini
alaraq bütün dünyaya öz tarixi nailiyyətlərini,
öz milli ənənələrini nümayiş etdirə
bilsin. Azərbaycan xalqının bu barədə həm tarixi,
həm də müasir potensialı olduqca böyükdür.
Bunların hamısından səmərəli istifadə
olunarsa, Azərbaycan həm tam müstəqil, demokratik dövlət
olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik,
hüquqi, ümumbəşər dəyərlər əsasında
qurulan demokratik bir cəmiyyət olacaq" kəlmələri
ilə başlayan xüsusi jurnalda Heydər Əliyevin həyat
və fəaliyyətindən ətraflı şəkildə
bəhs olunub.
Buraxılışın
ilk səhifələrində Corc Buş, Vladimir Putin, Toni
Bleyer, Jak Şirak, Nursultan Nazarbayev, Rəcəb Tayyib Ərdoğan,
Kraliça II Elizabet, Seyid Məhəmməd Hatəmi, Georgi
Pirvanov, İslam Kərimov, Gerhard Şröder, Xu Szinto, II
İohan Pavel, Abdullah Gül, Çingiz Aytmatov, Butros-Butros
Qali, Tim Eqqar, Nikolay Baybakov kimi dünyaca məşhur siyasi
xadimlərin, dövlət rəhbərlərinin,
ziyalıların Heydər Əliyev haqqında dedikləri
fikriləri, təəssüratları dərc olunub. Jurnalda
eyni zamanda ümummilli liderin həyatı, ailəsi, dövlətçilik,
idarəçilik siyasəti ilə bağlı yazılar da
yer alıb. Bundan başqa "Vətənindən-Azərbaycandan
ayrı düşmüş Naxçıvanda"
başlıqlı yazıda ulu öndərin Kremldən
Bakıya gəlişindən 2 gün sonra 1990-cı ilin 22
iyul tarixində Naxçıvana pənah aparması, Azərbaycanın
qurtuluş mübarizəsinə başlaması, sonra
xalqın tələbi ilə Naxçıvan Muxtar Respublikasının
Ali Məclisinin sədri seçilməsi qeyd olunub. Xüsusi
buraxılışda həmçinin hakim Yeni Azərbaycan
Partiyasının qurulması, onun həmin illərdə cəmiyyətdə
yaratdığı böyük rezonans, onun bu günün və
gələcəyin partiyasına çevilməsi geniş yer
alıb. Qeyd edək ki, xüsusi nömrə ulu öndərlə
bağlı çoxsaylı fotolarla zəngindir.
Səs.- 2011.- 11 may.- S. 10.