Azərbaycanda
"Turizm ili" elan edilməsi ölkəni perspektivli
məkana çevirir
Son
illər respublikamızda turizm sahəsində dövlət
siyasəti uğurla həyata keçir. Ölkəmizin
mövcud turizm potensialının beynəlxalq aləmdə
tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin
təşkili, turizmin müxtəlif növlərinin
inkişaf etdirilməsi istiqamətində işlər
görülməkdədir. Azərbaycanda turizmin
inkişafı ölkə Prezidentinin daim diqqət mərkəzindədir.
Prezident
İlham Əliyevin Sərəncamına əsasən, "Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramı" turizmin
inkişafına geniş meydanlar açır. Proqramda turizmin
qeyri-neft sektorunun inkişaf etmiş aparıcı sahələrindən
birinə çevirmək əsas vəzifələrdən
biri olaraq qarşıya qoyulur. Son illərdə Azərbaycanda
turizmin ölkə iqtisadiyyatının mühüm hissəsinə
çevrilməsi, bu sahədə kiçik və orta
sahibkarlıq üçün möhkəm bazanın
yaradılması regionların infrastruktur cəhətdən də
inkişafını təmin edir. Digər tərəfdən,
ölkəmizin malik olduğu təbii sərvətlər,
tarixi abidələr Azərbaycana turist axınını şərtləndirən
mühüm amillərdir. Ölkəmizdə turizmin inkişaf
etdirilməsində bu sahədə dünyanın qabaqcıl
ölkələrinin təcrübəsindən istifadə
edilir. Azərbaycan turizmin təşkili ilə bağlı
müxtəlif layihələrin icrasına əlverişli məkandır.
Belə ki, təbii zənginliklərlə əhatə olunan
ölkəmizdə yeni, müasir mehmanxanalar şəbəkəsinin
yaradılması da Azərbaycana turist axınını
sürətləndirir.
Qeyd
edək ki, turizmin inkişafına müstəqillik
qazanıldıqdan sonra imkanlar açıldı. Hələ
2001-ci ildə Ümummilli Lider Heydər Əliyev ölkəmizin
turizm potensialının iqtisadi-sosial həyatımızdakı
rolunu dəyərləndirərək, bu sahədə əhəmiyyətli
qərarlar qəbul etmişdir.Hüquqi-normativ aktların qəbul
edilməsi çərçivəsində "Azərbaycan
Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər
üçün" Dövlət Proqramı bu istiqamətdə
görülən işlər sırasındadır. Qeyd olunan
Proqramın tələblərinə uyğun olaraq, turizm sahəsində
beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilmiş,
ölkəyə bir sıra aparıcı beynəlxalq
investisiya şirkətləri cəlb olunmuş,
respublikamıza gələn turistlərin sayı ildən-ilə
artmışdır.
2002-ci
ilin aprel ayından başlayaraq hər il ölkəmizdə
"AİTF" Beynəlxalq Turizm Sərgisi keçirilir. Bu
sərgidə iştirak edən xarici ölkələrin turizm
şirkətlərinin sayı ildən-ilə artır. Prezident
İlham Əliyevin Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda
"Turizm ili" elan edilməsi bu sahənin daha da inkişaf
etdirilməsi istiqamətində mühüm addım oldu. Kifayət
qədər turizm potensialı olan Azərbaycan bu sahədə
dünyanın aparıcı ölkələri ilə rəqabətə
girməyə və öz imkanlarını nümayiş
etdirməyə qadirdir. Artıq beynəlxalq tədbirlərin
keçirildiyi məkana çevrilən Azərbaycanda turizm sərgilərinin
təşkili bu sahəyə olan marağın göstəricisidir.
Belə sərgilər, həm də ölkəmizin turizm
imkanlarının nümayiş etdirilməsi üçün
əlverişli imkanlar yaradır. Bu ilin "Turizm ili" elan
edilməsi Azərbaycanı perspektivli turizm ölkəsinə
çevirir, bu sahəyə maraq və diqqət ilbəil
artır. Azərbaycanda növbəti dəfə keçirilən
10-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər,
2-ci Ümumrespublika Daxili Turizm Sərgiləri buna əyani
subut oldu. Belə ki, dünyanın 24 ölkəsindən 230
şirkətin təmsil olunduğu sərgi Azərbaycanın
turizm sektoruna öz töhfələrini verəcək. Bu
günə qədər keçirilən sərgilərlə
müqayisədə biz bunun şahidinə çevrilirik. Azərbaycanın
uğurlu iqtisadi inkişafı, dayanıqlı sabitlik
respublikamıza turist axınını şərtləndirən
əsas amillərdəndir. Azərbaycanın coğrafi
baxımdan əlverişli məkanda yerləşməsi, flora
və fauna növlərinin müxtəlifliyi ölkəmizin
turizm imkanlarını daha da artırır. İlbəil sərgidə
iştirakçıların say çoxluğunun
mövcudluğu bu tədbirə beynəlxalq səviyyədə
yaranan marağın təzahürüdür. İlk dəfə
keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər
Sərgisində 5 ölkədən 26 şirkət iştirak
edirdisə, indi onların sayı xeyli artmışdır. Ötən
illər ərzində sərgiyə təxminən 900-ə
yaxın şirkət qatılmışdır. 2007-ci ildə
ölkələrin sayı 18-ə şirkətlərin
sayı isə 60-a çatmışdır. Bu statistika ilbəil
ölkə turizminə beynəlxalq məkanda diqqətin
artdığını göstərir.
Qeyd
edək ki, beynəlxalq sərgi ilə yanaşı 2-ci
Ümumrespublika Daxili Turizm Sərgisi də öz zənginliyi
ilə diqqəti cəlb etdi. Azərbaycanın 15 rayonundan 83
turizm subyekti iştirak edirdi. 10-cu Azərbaycan Beynəlxalq
Turizm və Səyahətlər, 2-ci Ümumrespublika Daxili
Turizm Sərgiləri sübut
etdi ki, Azərbaycanda turizm sahəsi inkişafdadır. Bu sərginin "Turizm ili" ndə
keçiriləməsi əlamətdar hadisəyə
çevrildi.
Ölkədə
mövcud olan dinamik inkişafın nəticəsidir ki, Azərbaycan
bölgələrinin turizm imkanları genişlənir. Statistikaya
nəzər salsaq, deyə bilərik ki, ötən il Azərbaycana
1 milyon 962 min 906 nəfər gəlmişdir ki, onlardan da 1
milyon 494 min 725 nəfəri turistlərdir. Bu göstərici
artıq inkişafın və Azərbaycan olan diqqətin əsas
və danılmaz nümunəsidir.
NƏZAKƏT
Səs.- 2011.- 12 may.- S. 11.