Akademik Milli Dram Teatrı Özbəkistandan qayıdıb
Akademik Milli Dram Teatrı Özbəkistanın
paytaxtı Daşkənd
şəhərində keçirilən
“Teatr. UZ2” İkinci Beynəlxalq Teatr Festivalında iştirak edib. Festival Özbəkistanın
dövlət müstəqilliyinin
20 illiyinə həsr olunub. “Mədəniyyət
və İncəsənət
Forumu” Fondu (Fond Forum),
“Özbəkteatr” Yaradıcılıq-İstehsalat
Birliyi və Özbəkistanın Gənclər
Teatrı tərəfindən
təşkil olunan festivalda yerli kollektivlərlə yanaşı,
Almaniya, Böyük Britaniya, İsrail, Ukrayna, Tacikistan kimi ölkələrin müxtəlif teatr kollektivləri də iştirak edib. Teatrın mətbut katibi Elçin Cəfərovun qəzetimizə verdiyi məlumata görə, festivalın rəsmi açılış mərasimi
keçirilib və “Rus səhnəsi” (Almaniya, Berlin) teatr kollektivinin ifasında yapon nasiri və
dramaturqu Yukio Missimanın
“Maskanın tövbəsi”
tamaşası nümayiş
olunub.
Festival çərçivəsində
Daşkənd Dövlət
Musiqili Komediya Teatrınının “İyirmiyaşlılar.UZ”
(İ.Jiyanov, R.Şerezdanov),
Özbəkistan və
Almaniyanın müştərək
layihəsi olan “Diydor” teatr-studiyasının
“Ekizlər” (F.Lüdviq),
Özbək Dövlət
Dram Teatrının “Medeya”
(Evripid), Kokand Şəhər
Musiqili Dram Teatrının
“Şinel” (N.Qoqol), Özbəkistan Milli Akademik Dram Teatrının
“Qum üzərində məhəbbətin
gözəlliyi” (A.Raxmatov),
Özbəkistan Akademik
Rus Dram Teatrının
“Balzaminovun evliliyi” (A.Ostrovski), Özbəkistan
Gənc Tamaşaçılar
Teatrının “Şahzadəni
kim xilas edəcək?” (M.Vaytışko),
Qaraqalpaq Dövlət
Gənc Tamaşaçılar
Teatrının “Şərəfli
qocalıq” (P.Yoriyev), Ə.Nəvai adına
Dövlət Akademik Böyük Opera və Balet Teatrının “Maysarın kələkləri”
(S.Yudakov), Özbəkistan
və Britaniyanın birgə layihəsi Work in Progressin “Ən kədərli povest...” (U.Şekspir və Ə.Nəvainin əsərləri
əsasında), M.Taşmuhammedov
adına Kaşkadar Vilayət Musiqili Dram Teatrının “Leyli və Məcnun” (Ə.Nəvai), Özbəkistan
Gənclər Teatrının
“Kibritli qız” (Q.Anderson), M.Uyğur adına Surxandar Vilayətinin Musiqili Dram Teatrının “Ana” (Ş.Rizaev),
Özbəkistan Gənclər
Teatrının “Ömər
Xəyyam bürcü”
(T.Zülfüqarov), Özbəkistan
Dövlət Akademik
Dram Teatrının “Tənha
qadın” (D.Fo, F.Rame), İzrailin Goodman
Theatre Ber-Şeva Teatrının
“Onunla ilk görüş”
(N.Labyut), V.Mayakovski adına Tacikistan Dövlət Rus Dram Teatrının “Rüstəm
və Zöhrab”, Simferepol Krım-Tatar Akademik Musiqili Dram Teatrı ilə Özbəkistan Milli Akademik Teatrının “Tənha ulduz” (N.Abbosxon) tamaşaları da nümayiş olunub. Kollektiv 24-27 oktyabr tarixlərində
Daşkənddə olub.
Teatr festivala Fransa yazarı Jan Koktonun “İnsan səsi” pyesi əsasında hazırlanan tamaşa ilə yollanıb.
Tamaşanın quruluşçu rejissoru
İlham Elxanoğlu, quruluşçu rəssamı
xalq rəssamı, dövlət mükafatı
laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Səbuhi
Məmmədov, rejissor
assistenti Rəfiqə
Musayevadır. Tamaşa Sahib Novruzovun tərcüməsi
əsasında hazırlanıb.
Janrı
“iki hissəli
melodrama” kimi təyin olunmuş tamaşada rolları xalq artisti Bəsti Cəfərova və əməkdar artist Elşən
Cəbrayılov ifa ediblər. Tamaşa Özbəkistan
Gənclər Teatrının
binasında
nümayiş olunub.
Milli teatrımız tamaşanı
Azərbaycan dilində,
rus titrləri ilə nümayiş etdirib. Tamaşada Daşkənddəki Azərbaycan diasporunun üzvləri, Özbəkistanın
ədəbiyyat, mədəniyyət
və incəsənət
xadimləri, teatrşünaslar,
aktyor və rejissorlar, tələbələr,
jurnalistlər iştirak
ediblər. Tamaşa böyük
maraq hissi ilə qarşılanıb.
Səfər çərçivəsində
Akademik Milli Dram Teatrının nümayəndə
heyəti Azərbaycanın
Özbəkistandakı səfiri
Namiq Abbasovun qəbulunda olub. Azərbaycanın Özbəkistandakı səfirliyi səfər zamanı teatra dəstək olub. Milli Dram Teatrının tamaşası
nümayiş olunan gün tamaşadan öncə teatrın foyesində Azərbaycanın
milli dekorativ-tətbiqi
sənətini və ölkəmizin müasir həyatını əks etdirən rəngarəng sərgi təşkil edilib. Sərgidə Azərbaycanın görkəmli sənətçisi
Müslüm Maqomayevin
ifasında mahnılar
səslənib. Teatrın
kollektivi, həmçinin,
Daşkənddə yerləşən
Nizami Gəncəvinin
heykəli önünə
əklil qoyub və Azərbaycan Mədəniyyəti Mərkəzinin
fəaliyyəti ilə
yaxından tanış
olub.
Festival çərçivəsində, həmçinin, bir sıra ustad dərsləri, müzakirələr,
seminarlar və “Mərkəzi Asiya teatrlarının dünya
teatr prosesində rolu və əhəmiyyəti.
İyirmi illik müstəqil
teatr prosesinin nəticələri” mövzusunda
forum keçirilib. Xatirə kimi
Akademik Milli Dram Teatrına festivalın diplomu və simvolik hədiyyə təqdim olunub. Akademik Milli Dram Teatrının bu festivalda iştirakı
milli teatrımızın
dünya teatr məkanına inteqrasiyası
istiqamətində atılan
əhəmiyyətli addım
kimi dəyərləndirilməlidir.
Zümrüd
Səs.- 2011.- 1 noyabr.- S. 12.