Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsi

 

Bu gün Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, özünəməxsus məktəbi ilə tanınan və sevilən Emin Sabitoğlunun doğum günüdür. 1937-ci il 2 noyabr tarixində dünyaya göz açan Emin Sabitoğlu saysız musiqi nömrələri ilə ömrün naxış payını bəstələdiyi musiqilərdə əks etdirərək, zəngin, bir-birindən fərqlənən və insan zövqünü melodik təsiri ilə riqqətə gətirən mətnlərə musiqi bəstələmişdir. Bu bəstələr müxtəlif yaş dövrünə mənsub olan insanların ruhi dünyasının ehtiyacını ödəyə biləcək mahnılardır.

Emin Sabitoğlunun kövrək notları bir əsrdən o bir  əsrə pərvaz edib, onun Azərbaycan professional estrada musiqisinin tanınan və məharətlə yazıb yaradan siması olduğundan xəbər verəcək. Bu notların ömrü uzun olduğundan onun müəllifinin də həyatı bu musiqi parçaları ilə yaşayacaqdır. Emin Sabitoğlu düşüncəsindən axıb gələn notlarda həyatın rənglərini duymamaq mümkün deyildir. Bir ləpə tək sakit, mülayim, sərt, səsli-küylü, burulğanlı olan bu notlarda Emin Sabitoğlu dünyasının meyarı dayanır. Həyata olan ölçüsü estrada musiqilərində özünün büruzu verir. Emin Sabitoğlu sənət yolunda parlayan bir sima olana qədər bu sənəti dərindən mənimsəmiş, böyük bəstəkarların sənətkarlıq məktəbindən bəhrələnmişdir. Belə bəstəkar ilk musiqi təhsilini orta ixtisas musiqi məktəbində almış, sonra ali təhsilli mütəxəssis olmaq arzusu onu Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) gətirmişdir. Burada o, Qara Qarayevin sinfində dərs alır. İstedadlı tələbə olduğundan, o, iki ildən sonra Çaykovski adına Moskva Dövlət Konservatoriyasına keçirilir. Burada isə dünya şöhrəli bəstəkar Yuri Şaporinin bəstəkarlıq sinfində təhsilin davam etdirir.

 Tərcümeyi-halında göstərilir ki, Emin Sabitoğlu 1961-ci ildə “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü.Hacıbəyov adına Dövlət Konservatoriyasında müəllim işləyib. Musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir. O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayı dəqiq deyildi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə,Lənkəran, Mingəçevir, Naxçıvan  teatrlarının tamaşalarına musiqi bəstələyib.

 Bəstəkarın teatrkino yaradıcılığında mahnı, estrada, simfoniya və digər janrlar yer alıb. Bu mənada, bəstəkar yaradıcılığının çoxşaxəliliyi teatrkinoda yaratdığı əsərlərinin fərqliliyində özünü göstərib. Ədəbi əsərlərin səhnə təcəssümündəki hadisələri müxtəlif çalarlarla dilləndirən  məqamlar bəstəkar duyumu, istedadı ətrafında cəmlənib.

 Emin Sabitoğlunun kino musiqiləri də bədii komponentlərin dəyərli vasitəsi kimi həmişə milli kinomuza zənginlik gətirib. O, müxtəlif kinorejissorlarla A.Babayev, F.Əliyev, R.Ocaqov, H.Seyidbəyli və başqaları ilə yaradıcılıq yolunda olub.

 Emin Sabitoğlunun peşəkar yaradıcılığı 40-a yaxın filmə uzunömürlü ekran həyatı bəxş edib. Bu sırada olan filmlərdən “Gün keçdi”, “Dədə Qorqud”, “Dantenin yubileyi” və s. adlarını çəkmək olar. Onun müxtəlif səpkili musiqiləri filmlərin mövzusu ilə paralel olaraq sosial problemləri təhlil edir, həyat hadisələrinin fəlsəfi dərinliklərini açıqlayır, kadraltı mənalara aydınlıq gətirirdi. Həmin musiqiləri bu güngeniş tamaşaçı auditoriyası rəğbətlə dinləyir. Bu, o deməkdir ki, hər evdə, hər məkanda Emin Sabitoğlunun nəfəsi duyulurduyulacaq.

 1979-cu ildən etibarən görkəmli kinorejissor Rasim Ocaqovla Emin Sabitoğlunun mütəmadi yaradıcılıq prosesi bəstəkar ideyalarının bədii təfəkkürlə, rejissor improvizələri ilə vəhdətinin önəmini bir daha təsdiqlədi. Rasim Ocaqov çəkdiyi filmlərin bir çoxunun musiqi taleyini Emin Sabitoğlu yaradıcılığına etibar etmişdi. Bunlardan “Bağlı qapı”, “Həm ziyarət, həm ticarət”, “Ad günü”, “İstintaq”, “Ölsəm... bağışla” və s. filmləri onların müştərək filmləri olduğundan Azərbaycan kinofilmləri sırasında uzunömrlülük qazanıb. Bu filmlərin musiqiləri, mahnıları nəinki müğənnilərin fərdi repertuarlarında, həmçinin, televiziyateatr tamaşalarında uğurla istifadə edilib.

 Filmlərdəki bütünlükdə psixoloji cəhətləri kadrlarla həmahəng səsləndirmək məharətində olan Emin Sabitoğlu hər bir personajın düşdüyü vəziyyəti belə məharətlə musiqi vasitəsi təqdim etmək bacarığında idi. Psixoloji dram janrında olan “Ölsəm... bağışla” filmində nakam məhəbbəti olan iki gəncin taleyini, puç olmuş arzularını musiqinin bədii səviyyəsi etibarı, məntiqi mənası ilə bəstəkar təsirləndirinci, emosional bir şəkildə təqdim edir. Musiqinin təsiri altında nəzərə çarpan kadrların səciyyəvi cəhətləri filmlərin psixoloji nüanslarını aydınlaşdırır. Bu mənada, bəstəkar yaradıcılığının rejissor ideyaları ilə vəhdəti ekran əsərinin müasir səslənməsinə imkan yaradır, əsərin ictimai mənası adi əhvalat xarakteri daşımaqdan da artıq əhəmiyyət kəsb edir.

 Emin Sabitoğlunun bütün kino musiqiləri dramaturq mədəniyyətini, intellektini, zəngin dünyagörüşünü, romantik dünyasını, bütünlükdə, bədii əsərlərin səviyyəsini yüksək formada təqdim edir.

 Buya digər məqamlar Emin Sabitoğlunun kino yaradıcılığını özündə ehtiva edən cəhətlərdir. Onun yaradıcılıq yoluna nəzər saldıqda, bəstəkarın keçdiyi zəngin və təkrarsız yol istedadlı bəstəkar olaraq fəaliyyətini göstərir. Bu gün Emin Sabitoğlunun doğum günündə onun sənət ştrixlərini diqqət çəkib, sənəkarlıqla bağlı keçdiyi yola nəzər saldıqda, bəstəkarın şaxəli fəaliyyətini görürük. Sənətkar keçdiyi bu yolla Azərbaycan kino, teatr, esrtada sənətinə özünün əbədi möhürünü vurmuşdur. 

 

 

Zümrüd

 

Səs.- 2011.- 2 noyabr.- S. 12.